şum. sag-gig-ga – “qarabaşlılar”
Cənubi Mesopotamiyanın qədim əhalisi.
Ş. bəşər tarixində ən qədim sivilizasiyalardan birinin – Mesopotamiya sivilizasiyasının yaradıcıları sayılırlar. Onlar şumer dilində danışıblar. Antropoloji cəhətdən Ş. Aralıq dənizi və Balkan-Qafqaz irqlərinə aid edilirlər. Ehtimala görə, onlar yaşadıqları ərazinin avtoxton əhalisi olmasalar da (Ş.-lərin etnik mənşəyi hələ də dəqiq müəyyənləşdirilməyib), artıq e.ə. V minillikdə burada məskunlaşıblar. E.ə. III minilliyin ortalarında Ş.-in şərqi sami tayfaları – akkadlarla qaynayıb-qarışması prosesi başlayıb. E.ə. II minilliyin I yarısında bu proses Ş.-in tamamilə akkadların tərkibinə daxil olması ilə nəticələnib. Buna baxmayaraq, e.ə. II–I əsrlərədək şumer dili Mesopotamiyada elm və dini mərasimlər dili olaraq qalıb. Ş. ilk yazı sistemi olan mixi yazını yaradıblar. Şumer mədəniyyəti Yaxın Şərqin bir çox xalqlarının mədəniyyətlərinin inkişafı üçün bünövrə rolunu oynayıb.
Tarix terminləri lüğətiQədim Hindistanda mövcud olmuş 4 başlıca silkdən (varnalardan) ən aşağısı.
Digər üç silkin nümayəndələrinə xidmət etmək Ş.-ın borcu sayılıb. Ehtimallara görə, Ş. varnası arilərin özlərinə tabe etdikləri yerli əhali nümayəndələrindən formalaşıb. Sonralar isə kölələri, əsirləri, asılı kəndliləri, icarədarları və öz torpağı olmayan digər şəxsləri də Ş.-a aid ediblər. Onların dövlət vəzifələri tutmaq, torpaq üzərində mülkiyyət qazanmaq, habelə siyasi həyatda və dini mərasimlərdə iştirak etmək hüquqları olmayıb. Eramızın ilk əsrlərindən Ş.-a qarşı tətbiq olunan məhdudiyyətlərin bəziləri aradan qaldırılıb.
Həmçinin bax:
Tarix terminləri lüğətialm. staat – dövlət
Federasiya quruluşlu bir sıra dövlətlərdə (ABŞ, Meksika, Braziliya, Hindistan, Avstraliya və s.) dövlət-ərazi vahidi.
Ş. mərkəzi hakimiyyətin razılığı ilə dövlətin bəzi atributlarına (konstitusiya, qanunvericilik orqanı, ayrıca qanunlar və s.) malik olur. Ş.-ın səlahiyyətləri ölkənin əsas konstitusiyası, habelə özünün ali qanunu ilə müəyyən edilir. Lakin belə ərazi vahidləri qanunvericilik və idarəçilik orqanlarına malik olsalar da, onlar mərkəzi hakimiyyətin faktiki, yaxud formal nəzarəti altında fəaliyyət göstərir. Ş.-a başçılıq edən qubernator, adətən, əhali tərəfindən seçilir (məs.: ABŞ-da, Meksikada) və ya federativ dövlətin başçısı tərəfindən (məs.: Hindistanda, Avstraliyada) təyin olunur.
Tarix terminləri lüğətifr. chauvinisme
Millətçiliyin ifrat, mürtəce forması.
Digər millət və xalqlara qarşı kin və nifrət təlqin edən Ş. milli ədavətin qızışdırılmasına yönəlib. Ş. ikincidərəcəli millət və irqlər üzərində hökmranlıq etməli olan bir millətin milli müstəsnalığı ideyasına əsaslanır. Bu termin ilk dəfə 1831-ci ildə Fransada yazılmış komediyalardan birinin qəhrəmanı – Napoleonun işğalçılıq siyasətinin qatı tərəfdarı Nikola Şovenin adından yaranıb.
Həmçinin bax:
Tarix terminləri lüğətipol. szlachta < alm. slahta – nəsil, tayfa
Bir sıra Mərkəzi Avropa ölkələrində (xüsusilə Polşa və Litvada) hakim feodal sinfinin əsas hissəsi.
Öncə cəngavərlər dünyəvi feodalların aşağı təbəqəsi belə adlanıb. XIV–XVI əsrlərdə Ş.-nın silk kimi formalaşması prosesində dünyəvi feodalların ən aşağı təbəqəsinin nümayəndələri onun tərkibindən çıxarılıb. Ş.-nın siyasi rolunun güclənməsi hüquqi cəhətdən onun dünyəvi feodalların ali qrupunun – maqnatların tərkibinə daxil edilməsi ilə nəticələnib. XVI–XVIII əsrlərdə Reç Pospolitada (Polşada) dövlət forması kimi Ş. Respublikası bərqərar olub. XVIII əsrdə Reç Pospolitanın bölünməsindən sonra Ş.-nın hüquqları Rusiya, Avstriya və Prussiya zadəganlarının hüquqları ilə bərabərləşdirilib.
Tarix terminləri lüğətiAlmaniya Baş Qərargahının iki cəbhədə – həm Fransa, həm də Rusiyaya qarşı müharibə aparmaq planı.
1905-ci ildə Almaniyanın Baş Qərargah rəisi general A.Şliffen tərəfindən işlənib hazırlandığı üçün belə adlanır. Ş.P. öncə qısa zaman ərzində Fransanın darmadağın edilməsini, sonra isə bütün qüvvələrin Rusiyaya qarşı yönəldilməsini nəzərdə tutub. Lakin I Dünya müharibəsinin (1914–1918) başlanğıcında bu planın gerçəkləşməsinin mümkünsüzlüyü üzə çıxıb və o iflasa uğrayıb.
Tarix terminləri lüğəti