lat. consules
1. Qədim Romada ali magistraturadan (dövlət vəzifəsindən) biri.
K. kollegiyası e.ə. 510–509-cu illərdə təsis olunub. Senturiya komitsiyaları öncə yalnız patrisilərdən, e.ə. 376–366-cı illərdən isə həm də plebeylərdən bir il müddətinə iki K. seçib. Ali mülki və hərbi hakimiyyətə malik bu şəxslərdən hərəsi iki legion yaradaraq onlara başçılıq edib. K.-lar həmçinin senat və komitsiyalara sədrlik ediblər. Diktatorların təyinatı da onların səlahiyyətinə daxil olub. Fövqəladə hallarda senat K.-a qeyri-məhdud hüquqlar verib. İmperiya dövründə K. real hakimiyyəti itirərək fəxri titul sahibinə çevrilib.
2. Fransada konsulluq dövründə (1799–1804) qeyri-məhdud icraedici hakimiyyətə malik üç şəxsin titulu.
Lakin həmin dövrdə real hakimiyyət birinci konsul olan və 1804-cü ildə özünü imperator elan etmiş Napoleonun əlində cəmləşib.
3. Dövlətin, onun fiziki və hüquqi şəxslərinin mənafeyini qorumaq kimi funksiyaları yerinə yetirmək məqsədilə bir ölkənin digərində daimi nümayəndə təyin etdiyi vəzifəli şəxs.
Ən yüksək dərəcəli K. baş K. adlanır. K.-un təyinatı, onun vəzifə və funksiyaları təmsilçisi olduğu dövlətin qanunvericiliyi, habelə müvafiq beynəlxalq sazişlərlə müəyyən edilir.
Həmçinin bax:
Tarix terminləri lüğətiBir dövlətin digər dövlət ərazisində müəyyən funksiyaları yerinə yetirən xarici əlaqələr orqanı.
K.-un fəaliyyət zonası və iqamətgahının yeri iki dövlət arasında imzalanmış sazişlə müəyyənləşdirilir. K. səfirlikdən fərqlənir: səfirlik, əsasən, siyasi xarakterli ümumi məsələlərlə məşğul olur, K. isə yerli orqanlarla daim əlaqə saxlayaraq bilavasitə öz vətəndaşlarına xidmət göstərmək, onların problemlərini həll etmək, sənədlərini (viza, pasport, notarial sənədlər, arayışlar və s.) hazırlamaq kimi funksiyalar yerinə yetirir.
Həmçinin bax:
Tarix terminləri lüğətiFransa tarixində Napoleonun 1799-cu il noyabrın 9-da həyata keçirdiyi dövlət çevrilişindən onun 1804-cü il mayın 18-də imperator elan olunmasına qədər davam etmiş dövr.
Bu dövrdə hakimiyyət formal cəhətdən 10 il müddətinə seçilmiş 3 konsula məxsus olub, lakin reallıqda birinci konsul – Napoleon Bonapart onu öz əlində cəmləşdirib. 1802-ci ilin avqustunda Bonapart və digər iki konsul Fransa Respublikasının ömürlük konsulları elan ediliblər.
Tarix terminləri lüğətilat. contributio – toplanmış ictimai vəsait, ümumi əmanət, hədiyyə
1. Məğlub ölkənin qalib gəlmiş dövlətə sülh sazişinin şərtlərinə görə ödədiyi məbləğ, bac.
2. İşğal olunmuş ərazinin əhalisindən düşmənin məcburi qaydada pul və ya natura şəklində aldığı vəsait.
Tarixən K. qalib tərəfin mütləq hüququ (güclünün zəifi qarət etmək hüququ) sayılıb. 1949-cu il Cenevrə konvensiyasına görə, o yasaqlanıb. K. təzminatdan (reparasiyadan) fərqlənir.
Tarix terminləri lüğətilat. contra – əleyhinə + reformatio – dəyişiklik, islahetmə
XVI–XVII əsrlərdə Roma papasının başçılığı altında Reformasiyaya qarşı yönəlmiş mürtəce dini-siyasi hərəkat; katolik irticası.
K.-nın əsas məqsədi katolisizmin XVI əsrin I yarısında itirdiyi mövqelərin bərpası, onun başlıca silahı isə inkvizisiya, rahib ordenləri və Roma kuriası olub. K.-nın dayağı və maddi bazası rolunu katolisizmin ən güclü mövqelərə malik olduğu ölkələr, ilk növbədə, İspaniya oynayıb. Bu dini-siyasi hərəkat papalığın və katolik kilsəsinin mövqelərinin müəyyən dərəcədə möhkəmlənməsi ilə nəticələnib. Belə ki, İspaniya və İtaliyada Reformasiyanın nailiyyətləri ləğv olunub, Polşa, Cənubi Almaniya və Avstriyada katolisizmin mövqeləri bərpa edilib, uzunsürən dini müharibələrdən sonra Fransada protestantlıq məğlubiyyətə uğradılıb. Lakin K.-nın protestantlığı tamamilə aradan qaldırmağa gücü çatmayıb.
Tarix terminləri lüğətinorv. konungr
Erkən orta əsrlərdə Skandinaviya xalqlarında hərbi rəhbər, qəbilə əyanlarının ali nümayəndəsi.
Bu terminin etimologiyası dəqiq müəyyənləşməyib. Müxtəlif tədqiqatçılar onun “icma rəhbəri”, “gənc övlad”, “hökmdarın varisi” və s. anlamlar verdiyini göstərirlər. K. ayrıca tayfanın və ya müəyyən ərazidə yaşayan əhali qrupunun başçısı sayılıb. Vikinqlərin dönəmində (IX əsr – XI əsrin ortaları) isə hər Skandinaviya ölkəsində bir qəbilənin K.-unun yüksəlişi baş verib. O, bütün əhalini özünə tabe edərək digər K.-ları aradan götürüb. Beləliklə, cəmiyyətin feodallaşması prosesində K. tədricən tayfaların hərbi ittifaqının başçısından krala – dövlətin başçısına çevrilib.
Tarix terminləri lüğətilat. conventio – müqavilə, saziş
Qanun statusuna malik beynəlxalq saziş növü.
K.-da onu təsdiq edən dövlətlərin hüquq və vəzifələri göstərilir. Bəyannamədən fərqli olaraq K.-nın icrası onu imzalayan və ratifikasiya edən dövlətlər, yaxud beynəlxalq strukturlar üçün məcburi sayılır. K.-lar ikitərəfli və çoxtərəfli ola bilər.
Tarix terminləri lüğətilat. conventus – toplantı, yığıncaq
I Fransa respublikasında ali qanunverici və icraedici orqan.
Bu orqan 1792-ci il sentyabrın 21-dən 1795-ci il oktyabrın 26-na kimi fəaliyyət göstərib. K. monarxiyanı devirmiş 10 avqust üsyanından sonra seçilib və sentyabrın 21-də Fransanı respublika elan edib. K.-in deputatları üç qrupdan – inqilabın sonrakı inkişafının qarşısını almağa çalışan jirondistlərdən, inqilabi prosesləri dərinləşdirməyə can atan yakobinçilərdən və onların arasında tərəddüd edən “bataqlıq” nümayəndələrindən ibarət olub. Onun tarixi üç dövrə bölünür. İlk dövrdə rəhbərlik jirondistlərə məxsus olub. 1793-cü il xalq üsyanı (31 may – 2 iyun) nəticəsində rəhbərliyin yakobinçilərin əlinə keçməsi ilə ikinci dövr başlayıb. Nəhayət, Termidor çevrilişi (1794, 27 iyul) K.-in tarixində üçüncü – Termidor dövrünün əsasını qoyub. Son dövrdə K. yakobinçilərin əsas sosial və demokratik nailiyyətlərinin üstündən xətt çəkərək direktoriya rejiminə keçid üçün şərait yaradıb.
Tarix terminləri lüğətilat. cooptatio – əlavə seçmə
Seçkili kollegial orqana əlavə seçkilər keçirilmədən yeni üzvlərin daxil edilməsi.
K. haqqında qərar sonradan həmin orqanın növbəti ümumi yığıncağında təsdiq olunur. 1918-ci ilin fevralında fəaliyyətə başlamış Zaqafqaziya Seymini formalaşdırmaq üçün də Ümumrusiya Müəssislər Məslicinə Cənubi Qafqazdan seçilmiş deputatlara K. yolu ilə yeni üzvlər əlavə edilib.
Tarix terminləri lüğətifr. Cordeliers
Böyük Fransa inqilabı dövründə mövcud olmuş, rəsmən “İnsan və vətəndaş hüquqları cəmiyyəti” adlanan siyasi klubun üzvləri.
Klub 1790-cı ilin iyulunda yaranıb və yığıncaqları Parisdəki Kordelyer monastırında keçirildiyi üçün bu adla tanınıb. J.Marat, J.Danton, J.Eber və digər siyasətçilərin üzv olduqları K. klubu 1791-ci ilin yayından respublika hərəkatına başçılıq edib, 1792-ci il 10 avqust üsyanından sonra isə jirondistlərə qarşı mübarizənin önündə gedib. 1793-cü ilin sonu – 1794-cü ilin əvvəlində K. klubu eberçilərin (sol yakobinçilər) mərkəzinə çevrilib. 1794-cü ilin martında eberçilərin darmadağın edilməsi ilə onun da fəaliyyətinə son qoyulub.
Tarix terminləri lüğətiKoreyalıların fonetik hərf-heca yazısı.
Keçmişdə «onmun» (vulqar yazı) adlanan bu yazı kral Secon (1419–1450) və onun saray alimləri tərəfindən 1444-cü ilin yanvarında yaradılıb. 1446-cı ildə kral 28 hərfdən ibarət K.Y.-nın tətbiqi haqqında fərman imzalayıb. Lakin XIX əsrin sonunadək Koreyada rəsmi əlifba Çin heroqlifləri olaraq qalıb. 1894-cü ildə isə qarışıq Çin-Koreya yazısı tətbiq edilib. 1949-cu ildən Şimali Koreyada yalnız K.Y., Cənubi Koreyada isə qarışıq Çin-Koreya yazısından istifadə olunur. Müasir Koreya əlifbasında 40 (19 samit, 21 sait və diftonq) hərf var.
Tarix terminləri lüğətilat. corporatio – birlik
1. Sənətkar və ya tacirlərin (sexlərin, gildiyaların) orta əsrlərdə geniş yayılmış birlik forması.
Böyük Fransa inqilabı öz inhisarçı mövqeyi ilə istehsal qüvvələrinin inkişafını ləngidən sex K.-larını ləğv edib.
2. Konkret məqsədə çatmaq üçün birləşərək müstəqil hüquqi subyekt (hüquqi şəxs) yaradan fərdlərin məcmusu.
Müasir dövrdə səhmdar cəmiyyətləri ilə eyniyyət təşkil edən K.-lar Qərbdə geniş yayılıb. İlk K.-lar XIX əsrin sonunda ABŞ-da dəmiryol tikintisi ilə məşğul olub; hazırda isə onlar bu ölkənin iqtisadiyyatının bütün sahələrində aparıcı yer tutur. ABŞ-ın emal sənayesində əldə edilən gəlirlərin 98%-i K.-ların payına düşür.
Tarix terminləri lüğəti