fars. süpəh – qoşun, ordu + salar – başçı, komandan
Orta əsrlərdə Yaxın və Orta Şərq ölkələrində, o cümlədən Azərbaycanda ordunun ali baş komandanı.
Bir qayda olaraq, ən görkəmli sərkərdələri S. təyin ediblər. Bu termin Abbasilər (750–1258) dönəmində yaranıb. Samanilər (875–999), Qəznəvilər (X–XII əsrlər) və Səlcuqilər (1038–1157) dövründə S. ölkənin siyasi həyatında mühüm rol oynayıb. Səfəvilər dövlətində Azərbaycan bəylərbəyisi S. titulu daşıyıb.
Tarix terminləri lüğətilat. civilis – mülki, ictimai
1. Geniş mənada: “mədəniyyət” sözünün sinonimi.
2. Maddi və mənəvi mədəniyyətin müəyyən ictimai inkişaf mərhələsi, səviyyəsi; məs.: antik S., müasir S..
3. XVIII əsrin 60-cı illərində şotland filosofu A.Fergüsonun irəli sürdüyü və XVIII–XIX əsrlərdə Avropa elmində bəşəriyyət tarixinin keçdiyi üç dövrün (vəhşilik, barbarlıq, sivilizasiya) ən yüksək mərhələsini ifadə etmək üçün işlənilən termin.
Tarix terminləri lüğətiyun. Skythai
E.ə. VII – eramızın III əsrlərində Qara dənizin şimal sahillərində və ona qonşu ərazilərdə məskunlaşmış tayfaların ümumi adı.
S. termininin etimologiyası dəqiq müəyyənləşməyib. Bəzi mülahizələrə görə, bu etnonim german dillərində “oxatan” mənasını verən “skut” sözündən yaranıb. S. əkinçilik, maldarlıq, metal emalı, sənətkarlıq və ticarətlə məşğul olublar. E.ə. VII əsrin 70-ci illərində onlar Dərbənd keçidi vasitəsilə Kiçik Asiyaya yürüş ediblər və Midiyanı, Suriyanı, Fələstini ələ keçiriblər. 28 il müddətində Ön Asiyada hökmranlıq edən S. yalnız e.ə. VI əsrin əvvəlində midiyalılar tərəfindən oradan qovulublar. E.ə. IV əsrdə S. Qara dənizin şimal sahillərində öz dövlətlərinin əsasını qoyublar. Skif dövləti III əsrin II yarısında qotlar tərəfindən darmadağın edildikdən sonra onlar digər xalqlarla qaynayıb-qarışıblar. Skif mədəniyyəti, xüsusilə metalişləmə sənəti yüksək inkişaf səviyyəsi ilə seçilir. Terminin etimologiyası kimi S.-in etnik mənşəyi də mübahisəli olaraq qalır. Bəzi tədqiqatçılar S.-in türk, digərləri isə İran mənşəli olduğunu göstərirlər. Çox güman ki, S. müxtəlif mənşəyə və etnik mənsubiyyətə malik tayfaların toplumu olub.
Tarix terminləri lüğətilat. Scotti, Scoti
Kelt tayfaları qrupu.
Bu tayfalar qrupunun adına ilk dəfə son dövr Roma müəlliflərinin əsərlərində Romanın Britaniya əyalətinə hücumu (piktlərlə birlikdə) ilə əlaqədar rast gəlinir. S. öncə İrlandiyada məskunlaşıblar. Bu səbəbdən Roma mənbələrində İrlandiya ölkəsi bəzən Skottiya adlandırılır. Sonralar (ehtimal ki, e.ə. I minilliyin ortalarında) S.-ın bir hissəsi Britaniyanın şimalına köçərək piktləri özlərinə tabe ediblər və burada Şotlandiya krallığını yaradıblar.
Tarix terminləri lüğətiII Dünya müharibəsindən (1939–1945) sonra bir tərəfdən SSRİ və onun satellitləri, digər tərəfdən ABŞ başda olmaqla Qərb ölkələri arasında qlobal miqyaslı geosiyasi, hərbi, iqtisadi və ideoloji qarşıdurma.
S.M. XX əsrin 80-ci illərinin sonunadək davam edib və SSRİ-nin hegemon olduğu sosialist düşərgəsinin tam iflası ilə başa çatıb. Bu termini ilk dəfə Amerika siyasətçisi Bernard Barux 1947-ci il aprelin 16-da Cənubi Karolina ştatının qanunvericilik məclisindəki çıxışında işlədib. Lakin S.M. termini Amerika jurnalisti U.Lippmanın “New-York Tribune” qəzetində çap etdirdiyi məqalələr sayəsində populyarlıq qazanıb və geniş dövriyyəyə daxil olub.
Tarix terminləri lüğəti1918–1956-cı illərdə SSRİ-də kommunist rejiminə müxalifətdə olan şəxslərin cəmiyyətdən təcrid edilməsi məqsədilə istifadə olunan cəza müəssisələri.
İlk S.H.D. 1918-ci ilin mayında L.Trotskinin (1879–1940) göstərişinə əsasən, I Dünya müharibəsi dövründə hərbi əsirlərin saxlandığı düşərgələrin bazasında yaradılıb. 1921-ci ildə həbs düşərgələrinin sayı 121-ə, orada saxlananların sayı isə 100 minə çatıb. 1930-cu ilin aprelində S.H.D.-ni idarə etmək üçün xüsusi qurum – Baş Düşərgələr İdarəsi (QULaq – rus. Главное управление лагерей) təsis olunub. Tam olmayan statistikaya görə, təkcə 1930–1956-cı illərdə S.H.D.-ndə 1,6 milyon məhbus xəstəlik, aclıq və işgəncələrdən həyatını itirib. Alman nasistləri ölüm düşərgələrini yaradarkən S.H.D.-nin təcrübəsindən geniş istifadə ediblər.
Tarix terminləri lüğətifr. socialisme < lat. socialis – ictimai
Marksizm təliminə görə, kapitalizmi əvəzləyən kommunizm ictimai-iqtisadi formasiyasının birinci mərhələsi.
S. proletariat diktaturası şəraitində istehsal vasitələri üzərində ictimai mülkiyyətə və “hər kəsdən qabiliyyətinə görə, hər kəsə əməyinə görə” prinsipinə əsaslanır. XX əsrdə SSRİ başda olmaqla bir qrup ölkələrin S. cəmiyyəti qurmaq cəhdləri iflasa uğrayıb.
Tarix terminləri lüğətiSosializm ideyaları əsasında yaranmış, lakin sonradan kapitalizmin təkamül prosesində təkmilləşdirilməsi yolunu tutmuş ideya-siyasi cərəyan və sosial-siyasi hərəkat.
1880–1914-cü illərdə marksizm ideologiyasına əsaslanan sosialist partiyalarının əksəriyyətinin adında bu termindən istifadə olunub. Odur ki, I Dünya müharibəsinə (1914–1918) qədər bütün solçuları – həm bolşeviklər kimi radikalları, həm də mötədil təkamülçüləri “sosial-demokrat” adlandırıblar. Həmin dövrdən isə S.-D. termini yalnız marksizmin radikal mübarizə metodlarından imtina edərək təkamül yolu ilə cəmiyyətin təkmilləşdirilməsinə çalışan sol ideologiyanın ardıcıllarına aid olunur. Bu mənada S.-D. ifadəsi azadlıq, bərabərlik, sosial ədalət və həmrəylik ideyalarına əsaslanan demokratik sosializm konsepsiyasının sinonimi kimi də işlənir.
Tarix terminləri lüğətilat. soror – bacı
Bir neçə bacı və ya əmiqızı ilə nikaha girmə adəti.
S. ilk dəfə amerikalı tarixçi L.Morqan tərəfindən təsvir olunub. Termini isə ingilis antropoloqu C.Freyzer təklif edib. Məhz Freyzer bu adətin Amerika, Asiya, Okeaniya və Afrikanın bir çox xalqları arasında geniş yayıldığını göstərən zəngin material toplayıb. Alimlər S.-ı qrup nikahının qalığı sayırlar. S. sonralar arvadı ölən kişinin öz baldızı ilə evlənməsi adətinə çevrilib. Həmin adətə azərbaycanlılar arasında da təsadüf olunur.
Tarix terminləri lüğətiMərkəzi, Şərqi və Cənub-Şərqi Avropada məskunlaşmış, dil və qismən mənşə qohumluğu olan xalqlar qrupu.
S. haqqında ilk məlumatlara VI əsrin əvvəllərinə aid Bizans mənbələrində rast gəlinir. Həmin qaynaqlarda S. “sclavus” adlandırılır ki, bu da yunanca “qul, kölə” anlamını verir. S.-ın Mərkəzi və Şərqi Avropada məskunlaşması da VI əsrə aid edilir. Onlar üç böyük qrupa bölünürlər: qərbi S. (çexlər, polyaklar, slovaklar və s.); cənubi S. (serblər, xorvatlar, slovenlər, makedonlar və s.); şərqi S. (ruslar, belaruslar və ukraynalılar). S. hind-Avropa dil ailəsinə daxil olan slavyan qrupu dillərində danışırlar.
Tarix terminləri lüğəti