lat. deportatio – qovulma, sürgün
Ayrıca fərdin, bir qrup şəxsin, bütöv xalqın zorakı yolla ölkə daxilində digər əraziyə sürgün edilməsi və ya ölkə hüdudlarından kənara qovulması.
D. termini ilk dəfə XVIII əsrin sonu – XIX əsrin əvvəlində Fransanın cinayət qanunvericiliyində öz əksini tapıb. Həmin vaxt siyasi cəhətdən etibarsız hesab edilən şəxslər və qatı cinayətkarlar fransız müstəmləkələrinə D. olunublar. Sovetlər dönəmində D. ayrı-ayrı vətəndaşlara və bütöv xalqlara qarşı repressiya forması kimi geniş yayılıb. 1942–1945-ci illərdə bir sıra xalqlar (Krım tatarları, çeçenlər, balkarlar, Məhsəti türkləri, qaraçaylar və b.) öz doğma yerlərindən Sibirə, Orta Asiya və Qazaxıstan çöllərinə sürgün ediliblər. II Dünya müharibəsindən sonra təxminən 12–14 mln. alman Şərqi Avropa ölkələrindən Almaniya və Avstriya ərazisinə D. olunub. Hərçənd 1945-ci ilin avqustunda Nürnberq məhkəməsi D.-nı insanlığa qarşı cinayətlər siyahısına daxil edib.
Tarix terminləri lüğətiing. Group of Seven (G7) – yeddilər qrupu
Siyasi nüfuzuna və iqtisadi inkişaf səviyyəsinə görə ən güclü dünya dövlətləri – ABŞ, Almaniya, Britaniya, İtaliya, Kanada, Fransa və Yaponiyanı birləşdirən beynəlxalq klub.
Həmin ölkə liderlərinin Avropa komissiyasının nümayəndəsi ilə birgə keçirdikləri və aktual beynəlxalq problemlərin müzakirəsinə həsr olunan qeyri-rəsmi forum da eyni adı daşıyır. 1997–2014-cü illərdə bu forumun işində Rusiya da iştirak edib. 2014-cü ildə Krımın işğalından sonra isə onun forumda iştirakı dayandırılıb. B.Y.-in qərarlarının məcburi qüvvəsi olmasa da, dünyada gedən siyasi və iqtisadi proseslərin istiqamətləndirilməsində onların müstəsna əhəmiyyəti var.
Tarix terminləri lüğətiyun. despotes – hökmdar
1. Qeyri-məhdud hakimiyyətə malik, ölkəni qanunlarla deyil, istəklərinə uyğun idarə edən hökmdar.
2. Bizans dövlətində XII əsrdən başlayaraq imperatorun ən yaxın adamlarına verdiyi titul.
D.-ların imperatorun libasına oxşar libas geymək hüququ və bir sıra digər imtiyazları olub. Bundan əlavə, ayrı-ayrı vilayətlər onların idarəçiliyinə verilib. Belə vilayətlərə «despotat» deyilib.
3. Başqalarını öz iradəsinə tabe olmağa məcbur edən, hərkətlərində heç kəslə hesablaşmayan müstəbid adam.
Həmçinin bax:
Tarix terminləri lüğətiyun. despotèia – qeyri-məhdud hakimiyyət
Qeyri-məhdud mütləq hakimiyyət forması.
D.-da ali hakimiyyət öz təbəələri ilə istədiyi kimi rəftar edə bilən bir və ya bir qrup şəxsin əlində cəmləşir. Aristotel “Siyasət” əsərində belə hakimiyyəti sahibin qul üzərindəki hegemonluğuna bənzədir. Qədim Şərq dövlətləri (Assuriya, Babilistan, İran, Hindistan, Çin və s.) klassik D.-lar hesab olunur. Orta əsrlərdə müsəlman Şərqindəki bütün dövlətlərdə D. hökm sürüb.
Həmçinin bax:
Tarix terminləri lüğətilat. devalvatio < de – enmə + valeo – dəyər
Pul vahidinin dəyərinin rəsmən aşağı salınması.
D. pul vahidinin qızıl tərkibinin qanunvericiliklə azaldılması, yaxud əsginasların qızıla və ya xarici valyutalara nisbətən məzənnəsinin aşağı salınması yolu ilə həyata keçirilir. Bu isə ixracat üçün əlverişli şərait yaratsa da, dövlətin xarici borcunun artması və idxalat mallarının bahalaşması ilə nəticələnir. Revalvasiyanın əksi olan D.-ya mərkəzi banklar milli valyutanın tənzimlənməsi və idarə olunması aləti kimi baxır.
Tarix terminləri lüğətisanskr. sanātana dharma – əbədi din, əbədi qanun
E.ə. X–IX əsrlərdə Hindistanda qədim veda dininin dəyişikliyə uğraması nəticəsində yaranmış dinlərdən biri.
Bu təlimin əsasları Mahabharata, Brahmana, Upanişada, Ramayana və s. dini kitablarda öz əksini tapıb. B.-in üç başlıca ilahları (trimutri) bütün varlığın əsasını təşkil edən, aləmi yaradan Brahma, onu qoruyan Vişnu, habelə təbiət qüvvələrinin təmsilçisi Şiva hesab olunur. Təbiət qüvvələri ilə yanaşı, ictimai qüvvələri də ilahiləşdirən B. təlimində animistik etiqada da təsadüf edilir, dövlətin və cəmiyyətin kastalara bölünməsi prinsipi müdafiə olunur. B. buddizmə qarşı mübarizədə və onun təsiri altında eramızın I minilliyində hinduizm şəklini alıb. Bu baxımdan hinduizm B.-in müasir forması sayılır.
Həmçinin bax:
Tarix terminləri lüğətisanskr. devanāgarī – hərfi mənası: ilahi şəhər yazısı
Kökləri qədim hind əlifbası brahmiyə gedib çıxan sillabik (ayrı-ayrı səsləri deyil, hecaları ifadə edən hərflərdən ibarət) yazı sistemi.
VIII–XII əsrlərdə formalaşmış D.-dən Şimali Hindistan dillərində (hindi, marathi, Nepal və s.), eləcə də sanskritdə istifadə olunur.
Tarix terminləri lüğətiOsmanlı dövlətində maliyyə naziri.
D. həm də sultanın yanındakı Ali Şuranın (Divan-i Hümayun) üzvü olub. Vergi dəftərləri bu nazirin tam nəzarəti altında olduğu üçün onun vəzifəsi belə adlandırılıb. Hər əyalətin özündə də ayrıca D. fəaliyyət göstərib. Əyalət D.-ları yerlərdə əldə edilmiş gəlirlərin mərkəzə çatdırılmasına görə məsuliyyət daşıyıblar.
Tarix terminləri lüğətifars. dəhyek – ondabir < dəh – on + yek – bir
Orta əsrlərdə bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda kəndlilərdən natura formasında alınan vergi.
XIII əsrdən tətbiq edilən D. bütün məhsulun (taxıl, düyü, meyvə və s.) təqribən 1/10-i həcmində olub və XIX əsrin sonunadək yığılıb. Azərbaycanda xanlıqlar dövründə bu adda vergiyə yalnız Qubada rast gəlinib, digər xanlıqlarda isə o, malcəhət, bağbaşı və s. adlar altında toplanıb.
Tarix terminləri lüğətiXVII əsrin ortalarında İngiltərədə vətəndaş müharibəsi zamanı Oliver Kromvel tərəfindən formalaşdırılmış və yaxşı təlim görmüş süvari dəstələr.
Bu dəstələrin üzvləri zirehli libas geyiblər, xəncər və nizələrlə silahlanıblar. 60 könüllüdən ibarət ilk süvari dəstəsini Kromvel 1642-ci ildə yaradıb. 1643-cü ildə isə D. ümumi sayı 1100 nəfərə çatan 14 eskadrondan ibarət olublar. İntizamlı kral qoşunları ilə döyüşlərdə D. dözüm, cəsarət və igidlikləri ilə fərqləniblər. Onlar parlament ordusunun əsasını təşkil ediblər.
Tarix terminləri lüğətiBəşəriyyətin inkişafında dəmirdən əmək alətlərinin, silah və məişət əşyalarının hazırlanması ilə başlanan tarixi mərhələ.
Tunc dövrünü əvəzləyən bu mərhələnin başlanğıcı I minilliyin əvvəllərində qoyulub. D.D. terminini elmə XIX əsrin ortalarında danimarkalı arxeoloq K.Tomsen daxil edib. Dəmirdən istifadə istehsalın irəliləyişinə güclü təkan verib, cəmiyyətin inkişafını sürətləndirib. Avrasiya xalqlarının əksəriyyətində ibtidai icma quruluşundan sinifli cəmiyyətə keçid məhz D.D.-ndə baş verib.
Tarix terminləri lüğətisanskr. sanātana dharma – əbədi din, əbədi qanun
Hindistanda ən ali kasta.
Öz mənşəyinə görə B. qədim dövrdə brahmanizm kahinləri olublar, müəllimlərin, rahiblərin, alimlərin əksəriyyəti onların sırasından çıxıb. Qədim Hindistanda B.-ın qətli ən ağır cinayət hesab olunub. Feodalizm dövründə isə onlar idarə aparatında və məhkəmələrdə də işləməyə başlayıblar, torpaq sahiblərinə çevriliblər. Hindistan əhalisinin təqribən 2–5%-ni təşkil edən B. XX əsrin I yarısında bəzi ştatlarda mühüm dövlət postlarının 75%-dən çoxunu tutublar. Müasir Hindistanda da vəziyyət, demək olar, dəyişməyib: hakim siniflərin və ziyalı dairələrin nümayəndələrinin əksəriyyəti B.-dan ibarətdir.
Tarix terminləri lüğəti