Orta əsrlərdə Yaxın Şərqin bəzi ölkələrində, o cümlədən Azərbaycanda vergi.
E. ailə üzvlərinin sayından asılı olmayaraq hər evdən eyni miqdarda toplanıb, XIII–XIV əsrlərdə xane-şümari adı ilə yığılıb. Vergiyığan məmurların özbaşınalığını məhdudlaşdırmaq məqsədilə Ağqoyunlu dövlətinin banisi Uzun Həsənin “Qanunnamə”sində (XV əsr) xane-şümarinin miqdarı hər evdən ildə 7 axça həcmində müəyyənləşdirilib.
Həmçinin bax:
Tarix terminləri lüğətiing. Eisenhower Doctrine
Xarici təcavüzə məruz qalmış istənilən ölkənin ABŞ-dan iqtisadi və ya hərbi yardım istəməsinə imkan yaradan konsepsiya, prinsiplər məcmusu.
ABŞ dövlət katibi C.Dallesin hazırladığı bu doktrina prezident D.Eyzenhauerun 1957-ci il yanvarın 5-də konqresə ünvanladığı məktubda öz əksini tapıb. E.D.-nın əsas məqsədi SSRİ-nin Yaxın Şərqdə artan fəallığının qarşısını almaq və bu bölgədə Qərb ölkələrinin, ilk növbədə, ABŞ-ın mövqelərini möhkəmləndirməkdən ibarət olub.
Tarix terminləri lüğətiQədim Misirdə fironların və əyanların qayalarda çapılmış və bir neçə otaqdan ibarət sərdabələri.
E.ə. II minillikdə Misirdə külli miqdarda vəsait və əmək tələb edən ehramların inşasına son qoyulduqdan sonra Ə.E. tikilməyə başlanıb. Belə sərdabələrdən bəziləri qayaların içərisinə doğru 100 m-dən çox uzanır.
Tarix terminləri lüğətitürk. efendi < yun. aphentes – cənab, hökmdar
Osmanlı dövlətində müraciət forması.
Ə. termini öncə sultan da daxil olmaqla əyan və digər kübar şəxslərə aid edilib, XIX əsrdən sultan nəslindən olan şahzadələrə, ilahiyyat elminin nümayəndələrinə, xaricilərə və qeyri-müsəlmanlara, qadınlara (xanım Ə.), dövlət məmurlarına (onların rütbəsinin tərkib hissəsi olub), həmçinin bütün savadlı mülki şəxslərə münasibətdə nəzakətli müraciət forması kimi işlənib. 1934-cü ildə Türkiyədə bütün titul və köhnə müraciət formalarının ləğvi ilə əlaqədar Ə.-nin rəsmi şəkildə istifadə edilməsi yasaqlanıb. Müasir Türkiyədə, əsasən, hörmət əlaməti olaraq işlənir.
Tarix terminləri lüğətiAzərbaycanlıların etnogenezində fəal iştirak etmiş türk tayfası, 24 oğuz boyundan biri.
Ə. IX əsrdə Səlcuqların tərkibində Orta Asiyadan Azərbaycan, Xorasan və Anadoluya köç ediblər. Onlar Azərbaycan və İranın siyasi həyatında mühüm rol oynayıblar və qızılbaş tayfa birliyinin tərkibində Səfəvilər dövlətinin yaranmasında iştirak ediblər. Səfəvilər dönəmində qorçubaşıların əksəriyyəti Ə. əmirlərindən təyin olunub. Səfəvilərdən sonra hakimiyyətə gəlmiş Nadir şah da Ə.-dan olub. Müasir Ə. azərbaycanlıların tərkibində subetnik qrup təşkil edirlər.
Tarix terminləri lüğətiər. – bağışlama, güzəştə getmə, günahından keçmə
Ali hakimiyyətin (adətən, dövlət başçısının) məhkum olunmuş şəxslərin cinayət cəzasından tamamilə və ya qismən azad edilməsi, yaxud onların cəzasının yüngülləşdirilməsi haqqında qərarı.
Bu qərar əvvəllər cəza çəkmiş şəxslərin üzərindən məhkumluğun götürülməsi ilə də bağlı ola bilər. Ə. cinayət hüququnun ən qədim elementlərindən biridir, ona hələ Hammurapi qanunlarında (təxminən e.ə. 1750-ci illər) rast gəlinir. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinə əsasən, əfvetmə prezidentin müstəsna səlahiyyəti hesab edilir. Ə. qərarı prezidentin fərmanı ilə rəsmiləşdirilir.
Tarix terminləri lüğətiər. əhd – vəsiyyət, öyüd + ətiq – qədim, köhnə
Bibliyanın həcmcə daha böyük və ən qədim birinci bölməsi.
39 kitabdan ibarət Ə-Ə. e.ə. VIII-II əsrlərdə formalaşıb. Ə-Ə. həm iudaistlər, həm də xristianlar üçün müqəddəs hesab olunur. Ona Tövrat da deyilir.
Həmçinin bax:
Tarix terminləri lüğətiər. – bir yerdə sakin olan insan
Qədim dövrlərdə və erkən orta əsrlərdə ərəblər arasında (əsasən köçərilərdə) patriarxal ailə.
Ə.-in tərkibinə ailə başçısının nəsli, onun qardaşları və qardaşı uşaqları, habelə nəslin üzvləri tərəfindən oğulluğa, yaxud qardaşlığa götürülmüş asılı şəxslər də daxil olub.
Həmçinin bax:
Tarix terminləri lüğətiər. əhrar – azadlıqsevər
1918–1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ictimai-siyasi həyatında fəal iştirak etmiş, parlamentdə ayrıca fraksiya ilə təmsil olunmuş “Əhrar” partiyasının üzvləri.
Ə. mülkədar torpaqlarının müsadirə olunaraq kəndlilər arasında paylanması, 8 saatlıq iş günü, təhsil şəbəkəsinin genişlənməsi və ümumi icbari təhsilin tətbiqi, qonşu ölkələrlə dostluq münasibətlərinin yaradılması tərəfdarı kimi çıxış ediblər. Onlar dinə xüsusi əhəmiyyət veriblər və islama ölkənin müsəlman xalqlarını Azərbaycanın müstəqilliyi ideyası ətrafında sıx birləşdirməyə imkan verən mühüm amil kimi baxıblar. 1920-ci ilin yazında Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra partiya buraxılıb, Ə. isə amansız repressiyalara məruz qalıblar.
Tarix terminləri lüğətiAbbasilər xilafəti dövründə (750–1258) yaranmış və XIII əsrdə İran, Azərbaycan, Orta Asiya, xüsusilə Anadoluda geniş yayılmış dini-fəlsəfi təlim.
Bu terminin mənşəyi barədə iki mülahizə var. İlk iddiaya görə, o, ərəbcə “qardaşlıq” mənasını verən “əxi” sözündən yaranıb. Digər iddiaya əsasən, termin “nəcib”, “alicənab”, “comərd”, “səxavətli” anlamına gələn qədim türk sözü “aki/aka”-dan törəyib. Ə. təliminin əsasını dörd başlıca dini-əxlaqi normaya (şəriət, həqiqət, təriqət və mərifət) sözsüz əməl edilməsi, yoxsullar, kimsəsizlər və qəriblərə yardım göstərilməsi, istismarçılara qarşı barışmaz mübarizə ideyaları təşkil edib. Şiəlik ünsürlərinin güclü olduğu Ə. antifeodal çıxışlar zamanı şəhər sənətkarlarının ideoloji silahı olub. Əxi təşkilatlarının başında ağsaqqal (əxi baba) durub. Ə. orta əsrlərdə Azərbaycanda da geniş yayılıb. Onun tərəfdarları I Şah İsmayılın hakimiyyətə gəlməsində müəyyən rol oynayıblar. Lakin Səfəvilər teokratik dövlət qurduqdan sonra əxilər onlardan uzaqlaşıblar. Bundan sonra Ə. tədricən Azərbaycanın ictimai həyatında rolunu itirib.
Tarix terminləri lüğətiOrta əsrlərdə bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda mülkədar malikanələrində və dövlət torpaqlarında yaşayıb torpağı icarəyə götürən kəndli.
Bəzən bu sözdən bərzigər termininin sinonimi kimi istifadə olunur. Ə.-lər kənd icması ilə əlaqəni itirərək feodalın təhkimlisinə çevriliblər. Onlar rəncbərlərlə eyni hüquqlara malik olublar. Elxanilər dövründə (1256–1357) Ə.-lər topladıqları illik məhsulun yarısını özlərinə saxlayıblar. XVIII–XIX əsrlərdə bu termin Azərbaycanda yalnız Talış xanlığında işlənilib.
Tarix terminləri lüğətiƏrzaq və yem bitkiləri, texniki bitkilər, digər kənd təsərrüfatı məhsullarının əldə olunması məqsədilə torpağın becərilməsi.
Bəşər tarixində 10–12 min il öncə baş vermiş mühüm dəyişikliklər Ə.-in yaranmasına səbəb olub. Məhz həmin dövrdə insanlar ərzaq məhsulları istehsal etməyi öyrəniblər, yığıcılıqdan Ə.-ə, ovçuluqdan isə maldarlığa keçid baş verib. Bu dövr “Neolit inqilabı” da adlanır. Ə.-in yaranmasını təsdiq edən, e.ə. X minilliyiə aid ən qədim arxeoloji tapıntılar müasir Türkiyə ərazisində aşkarlanıb. Əvvəl toxa əkinçiliyi olub və bu zaman bütün işlər əllə görülüb. Daha sonra xış Ə.-yi meydana gəlib və insanlar ev heyvanlarının dartı qüvvəsindən istifadə etməyə başlayıblar.
Tarix terminləri lüğətiİnqilaba qarşı çıxıb onun nəticələrini bütövlükdə, yaxud qismən aradan qaldıraraq öncəki qaydaları və quruluşu bərpa etməyə çalışan ictimai-siyasi hərəkat.
İnqilabın nəticələrinin zərərli (dağıdıcı) və ya faydalı (yaradıcı) olması baxımından Ə. bəzən müsbət, çox zamansa mənfi səciyyə daşıyır. Qədim Spartada Likurqun konstitusiyasının Aqid və Kleomen tərəfindən bərpasını Plutarx müsbət xarakterli Ə. kimi dəyərləndirib. Lakin əksər hallarda Ə. həqiqətən mürtəce mahiyyət kəsb edir.
Tarix terminləri lüğəti