Mesopotamiyada və ətraf ərazilərdə məskunlaşmış qədim tayfalar.
Onların mənşəyi, habelə H. termininin etimologiyası dəqiq müəyyənləşməyib. Tarixi mənbələrdə H. ilk dəfə e.ə. 2300-cü ildə Xəzər dənizinin cənub-qərbində qeydə alınıblar. Böyük ehtimalla bu tayfalar Kür-Araz mədəniyyəti ilə əlaqəli olublar. Onların yayılma mərkəzi də Cənubi Qafqaz hesab edilir. Əvvəlcə Mesopotamiyanın şimalında məskunlaşan H.-lər e.ə. II minillikdə Fərat çayının axarı boyunca ərazilərə, o cümlədən Suriyaya, qismən Fələstinə yayılıblar. E.ə. XVI–XIII əsrlərdə H. Mesopotamiyanın şimalında Mitanni dövlətini yaradıblar, Xett dövlətinə güclü təsir göstəriblər. E.ə. I minillikdə isə onlar dağınıq halda müasir Anadolu ərazisində yaşayıblar. H.-in dilinin elam, urartu və Qafqaz dillərinə qohum olduğu güman edilir. H. mixi yazısından istifadə ediblər.
Tarix terminləri lüğətiər. hüruf – hərflər
Sufiliyin XIV əsrin sonu – XV əsrin əvvəllərində Azərbaycan, Anadolu və Qərbi İranda geniş yayılmış qollarından biri.
H.-in banisi Fəzlullah Nəimi (1339/40–1394) olub. İudaizmin mistik kabbalistika təlimində olduğu kimi, bu təriqətin başlıca ideyası müqəddəs kitabın (Quranın) hərf sistemi vasitəsilə izahına əsaslanır. H.-də 7 rəqəmi müqəddəs sayılır. H.-ə görə, Allahın iki təzahür forması var. Bunlardan birincisi Allahın özünəbənzər yaratdığı insandır. Uca yaradanın insanda təzahürü qurtuluş pillələrindən ibarət üç mərhələyə ayrılır: peyğəmbərlik (nöbüvvət), ilahi himayədarlıq (vəlayət) və ilahilik (uluhiyyət). Peyğəmbərlik Məhəmməddə başa çatır, ondan sonra ilahi himayədarlar – şiə imamları gəlir. Nəimi isə axırıncı himayədar, həmçinin birinci canlı Allah (xuda), eləcə də 3-cü mərhələnin banisi hesab olunur. Allahın 2-ci təzahür forması isə özünü səsdə, nitqdə, hərfdə (təlimin adı da buradan götürülüb) göstərir. H. ardıcılları Azərbaycanı “Sərzəmin-e restahiz” (“Oyanış yeri”) adlandırıblar. Nəiminin “Cavidannamə” və “Cavidan-e Kəbir” əsərləri H.-in “Quran”ı hesab olunur.
Tarix terminləri lüğətiorx.-yen. kayan, türk. kağan, monq. xaan
Erkən orta əsrlərdə qədim türk xalqlarında dövlət başçısının titulu.
Ehtimala görə, X. (kağan) sözü böyük, ulu xan anlamını verən “kağa xan” kəlməsindən yaranıb. Bu termin farsca “şahənşah” (şahlar şahı) və latınca “imperator” məfhumlarının türk dillərindəki sinonimi sayıla bilər. Ona ilk dəfə 312-ci ildə Çin salnamələrində rast gəlinir. X. titulunu əvvəlcə jujanların başçıları daşıyıblar, VI əsrin ortalarından isə Türk xaqanlığının hökmdarları qəbul ediblər. Sonradan həmin termin Türk xaqanlığı ilə genetik bağlılığı olan digər xalqlar və dövlətlərə (avarlar, Yenisey qırğızları, peçeneqlər, xəzərlər və d.) keçib. Monqol imperiyasında ali süzeren X. titulunu daşıyıb, ondan asılı hökmdarlar isə xan adlandırılıblar. VIII əsrin sonu – IX əsrin əvvəlindən XII əsrin axırınadək Kiyev knyazları da X. titulunu daşıyıblar.
Həmçinin bax:
Tarix terminləri lüğətiQədim və geniş yayılmış dekorativ-tətbiqi sənət növü.
Türkiyə, İran, Əfqanıstan və Türkmənistanla birlikdə Azərbaycan da tarixən dünya X.-ının əsas mərkəzlərindən olub. Arxeoloji tapıntılar ölkədə X.-ın hələ Tunc dövründə (e.ə. II minilliyin sonu) yayıldığına dəlalət edir. Bir çox antik müəlliflər, o cümlədən Herodot, Klavdi Elian, Ksenofont Azərbaycanda həmin sənət növünün yüksək inkişaf səviyyəsinə çatdığını göstərirlər. Tədqiqatçılar burada bədii-texniki xüsusiyyətlərinə görə bir-birindən fərqlənən yeddi X. məktəbinin olduğunu müəyyənləşdiriblər: Bakı, Quba, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz.
Tarix terminləri lüğətimonq. xalx – qalxan, daldalanacaq
Monqolustanda tarixi vilayət.
X. termini XV–XVI əsrlərdə meydana gəlib və Monqolustanın Qobi səhrasından şimalda yerləşən əraziləri ifadə etmək üçün işlənib. Tədricən X. termini həmin ərazidə yaşayan əhalinin etnoniminə çevrilib. Müasir Monqolustan dövlətinin ərazisinin xeyli hissəsini X. tutur. Xalxa-monqollar və ya xalxlar isə ölkənin ən çoxsaylı xalqı sayılır.
Tarix terminləri lüğətiər. – yaratma, ixtira
Geniş mənada: müəyyən ölkənin bütün əhalisi; dar mənada: insanların tarixən formalaşmış birliyi.
X. termini elmi ədəbiyyatda, əsasən, iki anlamda işlənir: siyasi və ya mədəni-etnik. Siyasi baxımdan bu termin “millət” anlayışına uyğun gəlir, lakin “kütlə”, “toplum” mənasında da işlənə bilər. Mədəni-etnik baxımdan isə (məs.: etnoqrafiyada) X. “etnos” sözünün sinonimi sayılır, etnik inkişafda tayfa ilə millət arasında aralıq mərhələ hesab olunur.
Həmçinin bax:
1. XIX əsrin II yarısında Rusiya inqilabi hərəkatında kəndli icmalarının rolunu idealizə edən ictimai-siyasi cərəyan və ideologiya.
Utopik sosializm ideyaları ilə iri mülkədar malikanələrinin ləğvində maraqlı olan kəndli tələblərini özündə birləşdirən X. həm təhkimçilik, həm də kapitalizmin inkişafına qarşı çıxaraq Rusiyanın “xüsusi inkişaf yolu”na malik olduğunu iddia edib. Yarandığı andan X. hərəkatı inqilabi və liberal qanadlara ayrılıb. Birinci qanadın əsas məqsədi kəndli inqilabının təşkili yolu ilə mütləqiyyətin devrilməsi olub, onun nümayəndələri XIX əsrin 60–80-ci illərində müxtəlif vasitələrlə bunu gerçəkləşdirməyə çalışıblar. Leqal fəaliyyət göstərən liberal xalqçılar isə dinc mübarizə vasitələrinə üstünlük veriblər. Lakin liberal qanad XIX əsrin 80-ci illərinədək X. hərəkatında elə də böyük rol oynamayıb. Yalnız inqilabi X. dərnəklərinin əksəriyyəti çarizm tərəfindən darmadağın edildikdən sonra liberallar önə çıxıblar.
2. Atatürkçülük ideologiyasının 6 əsas prinsipindən biri.
Atatürkçülükdə X. hər cür sosial bərabərsizliyə və silki imtiyazlara qarşı mübarizə aparmağı nəzərdə tutur, habelə Türkiyə cəmiyyətinin birliyini və xalqın suverenliyini (ali hakimiyyətin xalqa məxsus olduğunu) bəyan edir.
Həmçinin bax:
Tarix terminləri lüğətiMüxtəlif siyasi qüvvələrin və xalq kütlələrinin vahid düşmənə qarşı geniş koalisiya şəklində təşkilatlanma forması.
İlk belə təşkilatlar XX əsrin 30-cu illərində müxtəlif yönümlü siyasi partiyaların və vətəndaşların qüvvəsini faşizmə qarşı mübarizədə toparlamaq məqsədilə Fransa və İspaniyada meydana gəlib. SSRİ-nin süqutu ərəfəsində, XX əsrin 80-ci illərinin sonunda bir çox respublikalarda suverenlik uğrunda mübarizənin gedişində X.C. ideyası yenidən populyarlıq qazanıb və onların əksəriyyətində belə cəbhələr formalaşıb. Baltik respublikalarında, Azərbaycan və Ermənistanda həmin təşkilatlar hakimiyyətə də gəliblər. Lakin təcrübə göstərir ki, rəngarəng siyasi qüvvələrin konqlomeratı olan bu tip təşkilatlar yalnız ümumi düşmənə qarşı mübarizə mərhələsində səmərəli fəaliyyət göstərir, həmin məqsədə nail olunduqdan sonra isə onların daxilində fikir ayrılıqları və mərkəzdənqaçma prosesləri güclənir. Bu da son nəticədə xalq cəbhələrinin zəifləməsinə, yaxud tamamilə dağılmasına gətirib çıxarır. Hər halda, istisnasız olaraq bütün postsovet respublikalarında belə təşkilatların siyasi arenadakı hegemonluğu qısamüddətli olub.
Həmçinin bax:
Tarix terminləri lüğətiMüharibə dövründə hərbi xidmətə çağırılmayan vətəndaşlardan, bir qayda olaraq, könüllülük prinsipi əsasında və nizami orduya dəstək məqsədilə formalaşdırılan hərbi birləşmələr.
Geniş kütlələrin xarici işğalçılara qarşı mübarizədə iştirak formalarından olan X.Q.-ları ən qədim zamanlardan müxtəlif dövlətlərdə fəaliyyət göstərib.
Həmçinin bax:
Tarix terminləri lüğətiIV–VII əsrlərdə Avropa və Asiyanın etnik-siyasi xəritəsində köklü dəyişikliklərə gətirib çıxarmış irimiqyaslı etnik yerdəyişmələrin ümumiləşdirici adı.
X.B.K.-nün başlanmasında detonator rolunu hunların təxminən 370-ci ildə Volqa çayını keçərək Avropaya doğru hərəkət etməsi oynayıb. Bundan sonra müxtəlif tayfaların – hunların, germanların, slavyanların, sarmatların, avarların və d.-nin Qərbi Roma imperiyasına mütəmadi yürüşləri başlayıb. Belə yürüşlərin gedişində həmin tayfaların bəziləri Qərbi Roma imperiyası ərazisində məskunlaşaraq orada öz dövlətlərini yaradıblar. Ayrı-ayrı mədəniyyət, dil və dinlərin toqquşması ilə müşayiət olunan X.B.K. orta əsrlər Avropasında yeni dövlət və xalqların formalaşmasının əsasını qoyub. 476-cı ildə Qərbi Roma imperiyasının süqutu X.B.K.-nün ən mühüm nəticələrindən biri sayılır.
Tarix terminləri lüğətilat. commissarius – həvalə etmə, tapşırma
1917–1946-cı illərdə SSRİ-də, eləcə də müttəfiq və muxtar respublikalarda dövlət fəaliyyəti, habelə iqtisadiyyatın müəyyən sahəsinin idarəçiliyi ilə məşğul olan ali icra hakimiyyəti orqanı.
1946-cı ildə bütün X.K. nazirliklərə çevrilib. Bu mənada X.K. termini “nazirlik” sözünün sinonimi sayılır.
Həmçinin bax:
Tarix terminləri lüğəti