Azərbaycanda Kiçik Qafqazın dağ və dağətəyi ərazilərində, Kür-Araz çayları arasında, Şərqi Gürcüstan və Şimal-Şərqi Ermənistanda Son Tunc dövrü və Erkən Dəmir dövrünə (e.ə. XIII–VII əsrlər) aid arxeoloji mədəniyyət.
Həmin dövrlərdə yaradılmış qədim abidələr ilk dəfə Xocalı yaxınlığında və Gədəbəy rayonunda tədqiq olunduqları üçün bu mədəniyyət belə adlandırılıb. Qazıntılar nəticəsində X.-G.M.-nə aid yaşayış yerləri, emalatxanalar, qəbirlər, ibadətgahlar və s. aşkarlanıb. X.-G.M. yaradıcılarının Cənubi Qafqazın müasir xalqlarının əcdadları olduğu güman edilir.
Tarix terminləri lüğətiX əsrdən Rusiyada mövcud olan və hüquqi statusuna görə qullara yaxın feodal-asılı əhali kateqoriyası.
X. termininin etimologiyası dəqiq müəyyənləşməyib, lakin onun ümumslavyan sözü “xlapc”dan (“xolpc”dan) yarandığı ehtimal edilir. Bu söz Azərbaycan dilində “nökər”, “subay”, “yeniyetmə oğlan” kimi tərcümə olunur. X. termininə ilk dəfə 986-cı il salnaməsində rast gəlinir. X. faktik olaraq danışan əşya sayılıb: sahibinin onu öldürmək, satmaq, borc əvəzinə vermək hüququ olub. Əsirlər, xolop qadınla evlənənlər, borca və cinayətə görə satılanlar X.-a çevriliblər. X.-lar eyni hüquqi statusa malik olsalar da, müxtəlif təsərrüfat funksiyaları (əkinçilik, sənətkarlıq və s.) yerinə yetiriblər, habelə sahibinin malikanəsində qulluqçu, onun hərbi dəstəsində döyüşçü kimi fəaliyyət göstəriblər. 1723-cü ildə I Pyotr tərəfindən X. sosial kateqoriya kimi ləğv edilərək təhkimli kəndlilərə çevriliblər.
Tarix terminləri lüğətiİslam dinində cümə və bayram namazlarında imam tərəfindən minbərdə oxunan dua və verilən öyüd.
X.-ni oxuyan ruhani xətib adlanıb. Quran ayələrindən və peyğəmbərin həyatından bəhs edən ibrətamiz hadisə və rəvayətlərdən ibarət olan X. Allahın və peyğəmbərin tərifi ilə başlayır. X.-də həmçinin mövcud hökmdarın adı çəkilir, xətibin və onun təmsil etdiyi dini icmanın siyasi mövqeyi öz əksini tapır. Belə ki, əgər X.-də hökmdarın adı çəkilmirsə, bu onun tanınmaması anlamına gəlir. Müasir müsəlman ölkələrində X.-nin mətni qabaqcadan hökumətlə razılaşdırılır.
Tarix terminləri lüğətifars. Khorrām-Dīnān, ər. Khurrāmīyah – nəşəli dinin mənsubları, ardıcılları; bəzi ehtimallara görə isə bu termin pəhləvicə “od”, “günəş” anlamı verən “xvar” sözündən yaranıb
Abbasilər hakimiyyətinin başlanğıc mərhələsində Azərbaycan, İran, Orta Asiyada geniş yayılmış, islam dini və xilafət əleyhinə çevrilmiş dini-siyasi hərəkat.
Məzdəkiliyə əsaslanan X. ideologiyası üçün dualizm səciyyəvi olub. Belə ki, X. dini etiqadının əsasında – işıq və qaranlığın, yəni xeyir və şərin simvolu olan iki mənəvi qüvvəyə inam dayanıb. X.-də məzdəkiliklə yanaşı, bir sıra islam və xristian ünsürləri də öz əksini tapıb; məs.: ruhların köçməsi, ilahi ruhun peyğəmbərlər və digər görkəmli şəxsiyyətlərdə təcəssüm etməsi ideyasını X. şiəlikdən götürüb. X.-in sosial proqramı isə insanların tam bərabərliyini, bütün vergi və mükəlləfiyyətlərin ləğvini, maddi nemətlərin bərabər bölgüsünü nəzərdə tutub. X. bayrağı altında baş vermiş ən kütləvi hərəkat IX əsr Babək üsyanı sayılır.
Tarix terminləri lüğətiər. – beşdə bir hissə
Quranla rəsmiləşdirilmiş və müxtəlif növ qənimətlərin 1/5-ni təşkil edən vergi növü.
Məhəmməd peyğəmbər tərəfindən tətbiq olunan X. ilk öncə bütün hərbi qənimətlərin 1/5-nin ona verilməsini nəzərdə tutub. Sonrakı dönəmlərdə isə X. fərqli mənalarda işlənib:
1) qənimətin xəlifə və ya dövlət başçısının hesabına köçürülən hissəsi;
2) dəniz məhsullarının (mirvari, qiymətli daşlar, ənbər və s.) istehsalından tutulan vergi;
3) aşkarlanan dəfinənin dövlətə çatan hissəsi;
4) müsəlmanın qeyri-müsəlmana torpaq satdığı halda dövlətə ödədiyi rüsum.
Tarix terminləri lüğətiYaxın keçmişdə Şərqdə, o cümlədən Azərbaycanda geniş istifadə olunan ikigözlü torba, məişət əşyası.
Bir qayda olaraq, X. müxtəlifrəngli yun ipdən (bəzən iplikdən) xalça texnikası ilə toxunur və qotazlarla bəzədilir. Adətən, onun torbalarının ağız hissəsinə gözək salınır, gözəyin içərisindən keçən qotazaltı bağ dartılarkən X.-un ağzı bağlanır. X.-da, əsasən, kənd təsərrüfatı malları, digər məhsullar daşınır.
Tarix terminləri lüğətiər. huruf – hərflər
Əslində, islam dinində və Quranda olmayan, lakin sonradan fərqli yollarla müsəlman xalqlarının həyatına nüfuz edərək dini inanc kimi qəbul edilən söz, düşüncə və davranışların məcmusu.
Daha geniş mənada isə idraka zidd, heç bir təcrübəyə əsaslanmayan, qeyri-tənqidi və düşüncəsiz qavranılan hər cür nöqteyi-nəzər X. adlanır. Bu mənada dini mövhumat X.-ın formalarından biri sayılır.
Tarix terminləri lüğətiçin. hóngweìbīng – qırmızı keşikçilər, qırmızı qvardiyaçılar
1966–1967-ci illərdə Çində “mədəni inqilab”ın gedişində tələbələr və məktəb şagirdlərindən təşkil olunmuş dəstələr.
Çin Kommunist Partiyasının lideri Mao Tszedunun siyasi rəqiblərinə qarşı mübarizə məqsədilə yaradılmış X. xüsusi amansızlıqları ilə seçiliblər. Onlardan repressiyalar və insan azadlıqlarına basqılar üçün geniş istifadə edilib. X. dəstələri 1967-ci ilin sentyabrında buraxılıb.
Tarix terminləri lüğətiisp. junta – kollegiya, yığıncaq, birlik
1. İspaniyada və ispandilli Latın Amerikası ölkələrində ictimai-siyasi təşkilat, habelə dövlət orqanı.
X. termini İspaniyada yaranıb və ittifaq, məşvərətçi məclis mənasında işlənib. XVI əsrədək İspaniyada korteslərin məclisi X. adlanıb.
2. Dövlət çevrilişi nəticəsində hakimiyyəti zəbt etmiş və diktatura yaratmış hərbçilər dəstəsi.
Müasir dövrdə X. termini, bir qayda olaraq, bu anlamda işlədilir.
Tarix terminləri lüğətiyun. xronos – zaman + logos – elm, təlim
Tarixi faktların və sənədlərin dəqiq vaxtının, habelə tarixi hadisələrin zaman kəsimində ardıcıllığının müəyyənləşdirilməsi ilə məşğul olan elm sahəsi.
Qədim Şərq ölkələri – Babilistan və Misirdə yaranmış X. daha sonra Qədim Yunanıstan və Romada inkişaf etdirilib. Müasir elm sahəsi kimi X.-nın ümumi nəzəri və tarixi əsaslarını isə XIX əsrdə alman alimi L.İdeler hazırlayıb.
Tarix terminləri lüğətipol. chorąży – bayraqdar
Bir sıra Şərqi Avropa ordularında hərbi rütbə.
Öncə (XI əsrdən), sadəcə, bayraqdarlara verilən bu ad XIV əsrdən Polşa və Böyük Litva knyazlığı ordusunda zabit rütbəsinə çevrilib. X. XVI–XVIII əsrlərdə Zaporojye Seçi və digər kazak icmalarının qoşunlarında vəzifə, XVIII əsrdən başlayaraq rus ordusunun kazak dəstələrində kiçik zabit rütbəsi olub. 1917-ci ildə Rusiyada həmin vəzifə ləğv edilib. Polşa ordusunda isə indi də ali və kiçik zabit heyətləri arasında aralıq mövqe tutan unter-zabitlərə X. deyilir.
Tarix terminləri lüğətifars. xvasta – mülk, əmlak, torpaq sahəsi
Parfiya və Sasani dövlətlərində, həmçinin Qafqaz Albaniyasında şərti torpaq sahibliyi.
X. hərbi xidmət müqabilində len formasında xırda əsilzadələrə, eləcə də ruhanilərə verilib. Belə torpaq sahibləri iri feodalların vassalları sayılıblar və onların X.-ı satmaq, yaxud bağışlamaq hüququ olmayıb.
Tarix terminləri lüğətiXVI əsrdən 1931-ci ilədək Monqolustanda inzibati-ərazi vahidi.
Mancur hökmranlığı (1691–1911) zamanı X. hərbi-inzibati vahid, habelə feodal malikanəsi, monqol feodal-teokratik dövləti (1911–1915) və muxtariyyət (1915–1919) dönəmində feodal hakimliyi olub. 1921-ci ildə X.-lar seçkili hakimiyyət orqanlarına çevrilib, 1931-ci ildə isə ləğv edilərək yeni inzibati vahidlər – aymaklarla əvəzlənib.
Tarix terminləri lüğətiyun. Christos – məsiha (xilaskar, nicatverən)
Həm etiqad edənlərin sayına, həm də yayılma arealına görə ən böyük üç dünya dinindən biri.
Bu din insanları xilas etmək naminə əzablı ölümü qəbul etmiş, sonra isə yenidən dirilərək göylərə çəkilmiş İsa Məsihin (İisus Xristosun) təliminə əsaslanıb. Xristianlar İsa Məsihin qiyamətdə yenidən zühur edəcəyinə və ilahi quruluş yaradacağına inanırlar. X. ehkamları və ibadətinin əsasında Bibliya, yaxud Müqəddəs Kitab durur. Bibliyanın xalis xristian hissəsi Əhdi-cədid adlanır. Eramızın I əsrində Fələstində yaranmış X.-ın tarixi kökləri bir tərəfdən iudaizmlə, digər tərəfdən isə antik dövr fəlsəfəsi ilə bağlıdır. Özündən əvvəlki dinlərdən fərqli olaraq X.-ın hər cür etnik və sosial sədləri rədd etməsi onun geniş yayılmasına səbəb olub. 1054-cü ildə xristian kilsəsi qərb (katolisizm) və şərq (pravoslavlıq) qollarına parçalınıb. XVI əsrdə isə katolik kilsəsində Reformasiya hərəkatı nəticəsində protestantlıq yaranıb. Bu üç əsas qoldan savayı, X.-da çoxsaylı təriqətlər də var.
Həmçinin bax:
Tarix terminləri lüğəti