lat. armeniaca
Gülçiçəklilər fəsiləsindən ağac cinsi.
Hündürlüyü 15 m-ə çatır. Avrasiyada 8, Azərbaycanda 2 növü yayılmışdır. Həmçinin Azərbaycan ərazisində Ə.-in bir çox sortları (“Badam”, “Mayovka”, “Gecdəyən”, “Qırmızıyanaq”, “Növrəstə”, “Əbutalibi” və s.) əkilib becərilir.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətilat. bradypodidae
Plasentalılar yarımsinfinin (ali məməlilər) natamamdişlilər (cücüyeyənlər) dəstəsinin fəsilələrindən biri.
Bədəninin uzunluğu 50-60 sm, çəkisi 4-7 kq olur. Əsasən Cənubi və Mərkəzi Amerikanın tropik meşələrində yaşayır. 7 növü 2 cinsdə birləşir: üçbarmaqlı Ə., ikibarmaqlı Ə. Bir ayağı ilə ağacdan uzun müddət asılı vəziyyətdə qala bilir.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətilat. platalea leucorodia
Leyləkkimilər dəstəsinin ibislər fəsiləsindən quş növü.
Bədəninin uzunluğu 80 sm, çəkisi 1,6-2,0 kq olur. Dimdiyinin ucu yastıdır. Azərbaycan ərazisində bataqlıqlarda və qamışlıqlarda (Mehman gölü, Qızılağac, Sarısu və s.) 1 yarımnövü (platalea leucorodia) yaşayır. Apreldə uçub gəlir. 2-3 yumurta qoyur, 24-25 gün kürt yatır.
Biologiya terminlərinin izahlı lüğətiİki (və ya üç) sahibli parazitin cinsi yetkinliyə çatdığı və cinsi üsulla çoxaldığı orqanizm.
Məsələn, öküz soliterinin Ə.S.-i insan, aralıq sahibi qaramaldır; liqulanın (qayış qurdu) Ə.S.-i qağayı, birinci aralıq sahibi ibtidai xərçənglər, ikinci aralıq sahibi isə balıqlardır.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətiRüşeym kökcüyündən inkişaf edən kök.
Ə.K. ilk dəfə çılpaqtoxumlular şöbəsinin nümayəndələrində əmələ gəlmişdir. Bitkilər aləmində bu şöbə ilə yanaşı örtülütoxumlular da Ə.K. malikdirlər. Digər bitkilərdə isə Ə.K. olmur və heç vaxt əmələ gəlmir. Çünki Ə.K.-ün başlanğıcı toxumun içərisində yerləşir və toxumsuz bitkilər onu əmələ gətirə bilməz.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətiPoliploidiya arasında bütün xromosom yığımının bölünən xromosom sayı.
Məsələn, taxıllarda 14, 28, 42, 56 və s. xromosom sayına malik olan orqanizmlər poliploid sıra təşkil edir. Burada sıranın hər üzvü 7-yə bölünür. Bu zaman 7 xromosom Ə.X. sayı hesab olunur.
Biologiya terminlərinin izahlı lüğətilat. strigidae vigors
Bayquşlar (bayquşkimilər) dəstəsinin fəsiləsi.
Dünyada 134, Azərbaycanda isə 5 cinsdə birləşmiş 6 növü yayılmışdır: iri yapalaq, kor yapalaq (dam bayquşu), meşə bayquşcuğu, bataqlıq bayquşu, qulaqlı (buynuzlu) bayquş və adi yapalaqca.
Biologiya terminlərinin izahlı lüğətilat. echinosoricidae fishcer
Həşəratyeyənlər (cücüyeyənlər) dəstəsinin kirpilər fəsiləsindən məməli heyvan cinsi.
Bədəninin uzunluğu 15-27 sm-dək, quyruğu 20-37 mm-dək olur. Bədəni boz-qonur rəngli tikanlarla örtülmüşdür. Avrasiya və Afrikada adi kirpi növü daha geniş yayılmışdır. Azərbaycanda 2 növünə təsadüf edilir: Muğan yekəqulaqlı kirpi və Zaqafqaziya kirpisi.
Biologiya terminlərinin izahlı lüğətilat. ranidae rafinesque
Suda-quruda yaşayanlar (amfibiyalar) sinfinin quyruqsuz amfibiyalar fəsiləsi.
Dünyada 200-ə qədər, Azərbaycanda isə 4 növü yayılmışdır: kiçik Asiya qurbağası, Zaqafqaziya qurbağası, göl qurbağası və qısaquyruq göl qurbağası.
Biologiya terminlərinin izahlı lüğəti