Ən böyük tısbağa növü.
Uzunluğu 2 m-ə qədərdir. Ən böyüklərinin çəkisi 600 kq-a çatır. Böyük qabaq üzgəcləri açılarkən 3 m-ə çatır. Başı çox böyükdür. Üst tərəfdən rəngi tünd-qonurdur. Q.T.-nın Atlantikadakı arealı Yeni Şotlandiyadan Argentinayadəkdir. Sakit okeanda isə Yaponiyadan Avstraliyanın cənubuna qədər yayılmışdır. Hazırda bu tısbağalara çox az təsadüf edilir.
Biologiya terminlərinin izahlı lüğətiyun. “hameta” – qadın (dişi), “hametes” – kişi
Eyni xromosom yığımına malik yumurta hüceyrəsi (yumurta) və kişi (erkək) cinsi hüceyrələr (spermi, spermatozoid).
Yumurta hüceyrəsi iri və hərəkətsiz olub – makroqamet, erkək cinsi hüceyrə isə mikroqamet adlanır. Q.-lər cinsi əlamətləri valideyndən gələcək nəslə ötürür. Q.-lər mayalanma prosesində diploid ziqotun əmələ gəlməsi zamanı birləşən haploid hüceyrələrdir.
Biologiya terminlərinin izahlı lüğətiYırtıcı quş növü.
Uzunluğu təqribən 40-50 sm-dir. Qanad çalması 140-155 sm, qanadlarının uzunluğu 41-51 sm-dir. Çəkisi 800-1100 qramdır. Dişi Q.Ç.-lar erkəklərdən böyük olur. Bu quşlar Afrikada (böyük səhradan başqa), Madaqaskarda, Asiyanın Sakit və Cənub zolağında, bəzi adalarda, Filippində, Sulavesidə, Yeni Qvineyada və Şimali Avstraliyada yayılmışdır. Q.Ç. böyük həvəslə leş və tullantılara, həmçinin balıq, quş balaları, kiçik məməlilərlə, suda-quruda yaşayanlarla və həşəratlarla yemlənir.
Biologiya terminlərinin izahlı lüğətiEyniadlı fəsiləyə aid olan növ.
Yarpaqları qarşı-qarşıya düzülməklə, uzunluğu 32 sm-ə qədərdir. Çiçəkləri kiçik, iyli və sarımtıl ağ rəngdədir. Diametri 5-8 mm-ə qədərdir. Meyvəsi şirəli, ağ-bənövşəyi rəngdədir. May ayında çiçəkləyir. Q.K.-a Qafqazda, Ukraynada, Belorusiyada və Rusiyada təsadüf edilir.
Biologiya terminlərinin izahlı lüğətiYırtıcı quşlara aid olan növ.
Ümumi uzunluğu 75-100 sm, qanadlarının uzunluğu 72-85 sm, çəkisi 7-12 kq olan böyük quşdur. Dimdiyi güclü olub leşi dağıtmaq üçün formalaşmışdır. Qanadları enli və uzun, gözləri böyükdür. Q.K. köçəri olmayıb dağ və dağ ətəklərində yuva qurur. Yayılma arealı Cənubi Avropa, Şimali Afrika, Ön, Orta və Mərkəzi Asiyadır.
Biologiya terminlərinin izahlı lüğətiQuşlar sinfinin tetralar dəstəsinə aid olan cins.
Digər tetralardan kiçikdir. Çəkisi 330-580 qramdır. Ümumi görünüşünə görə digər tetralara oxşardır. Meşədə yaşayır, vaxtının çox hissəsini yerdə keçirir. Bərk qaçır, cəld hərəkətlərlə yıxılmış ağacların və kötüklərin üzərinə çıxır. Hürküdülmüş Q. həmişə ağaca qalxır və gizlənir. Səs-küylə uçuşa başlayır və sonra səssiz uçur. Erkək və dişi Q.-ların tük örtüyünün rəngi çox seçilir. Q.-lar Skandinaviya yarımadasından Piriney yarımadasına qədər, Oxot dənizinin meşəli sahillərində, Saxalində, Mancuriyada, Koreyada, Şimali Yaponiyada, Şimali Monqolustanda və Altayda geniş yayılmışdır.
Biologiya terminlərinin izahlı lüğətiZəhərli ilan növü.
Öz düşməninin gözünə zəhər atmaq qabiliyyətinə malikdir. Q.K.-lar Afrika Savannalarında, Mavritaniyadan Suolona və Somalidən Transilvaniyaya qədər olan ərazilərdə yaşayırlar. Boğazı və boynunun aşağı hissəsi qara rəngdədir. Uzunluğu 2 m-ə qədərdir. Üstünə hücum olduqda Q.K. dəqiq və çox sürətlə zəhərini düşməninin gözünə ataraq sanki “atəş” açır. “Atəş” zamanı orta hesabla 3,7 mq zəhər püskürülür. Bu atəşlər ardıcıl olaraq 28 dəfə açıla bilər. Bu zaman 135 mq zəhər sərf olunur. Ölçmələr göstərmişdir ki, zəhər vəzilərindən zəhəri təzyiqlə sıxıb çıxaran əzələlər ani olaraq 1,5 kq/sm2 təzyiq yaradırlar.
Biologiya terminlərinin izahlı lüğəti