Təkdırnaqlılar dəstəsindən böyük otyeyən heyvanlar.
Növdən-növə ölçüləri dəyişir. T.-in orta uzunluğu 2 m-ə, yalına qədər hündürlüyü 1 m-ə, çəkisi 150-300 kq-a qədərdir. 30 ilə qədər yaşayırlar. Meşə heyvanlarıdır. Suyu sevirlər. T.-lər meşədə meyvə və ağac yarpaqları ilə qidalanırlar.
Biologiya terminlərinin izahlı lüğətiOrta ölçülü quşlar.
Çəkisi 700-1600 qram arasında dəyişir. T.-lar qamətli və cəlddir. Ömrünün çox hissəsini yerdə keçirir. Cəld və yüngül uçurlar. Yerdən səs-küylə uçuşa başlamaqlarına baxmayaraq, ağacdan çox sakit uçuşa başlayırlar. Erkək T.-lar dişilərdən böyük olmaqla, tüklərinin rənginə görə də kəskin fərqlənirlər. T.-lar Avrasiyanın meşə və meşə-çöl zonalarında – Şotlandiya və Pirineyin şərqində şərqi Sibirədək olan ərazidə, Monqolustanın şimalında və Mancuriyanın şərqində məskunlaşmışlar.
Biologiya terminlərinin izahlı lüğəti