yun. “diploos” – ikiqat + “eidos” – hal
İki homoloji xromosom yığımı olan hüceyrə.
Bədən hüceyrələri ikiqat xromosom yığımına malik olan orqanizmlər. Hüceyrənin 2n ilə işarə edilən D. xromosom yığımı, haploid (n) yığımda olan xromosomların homoloji cütlər əmələ gətirməsi ilə yaranır. Məs.: insan hüceyrəsində 46 xromosom olur (n=23; 2n=46). Cinsi hüceyrələrin (qametlərin) əmələ gəlməsini təmin edən meyoz bölünmə zamanı hüceyrənin D. xromosom sayı qametdə haploid yığıma keçir. Qametlər birləşdikdə (ziqotada) yenidən D. xromosom sayı bərpa olunur.
Biologiya terminlərinin izahlı lüğətilat. “dis” – inkar şəkilçisi, “assimilyasiya” – oxşadılma
Üzvi maddələrin parçalanaraq daha sadə maddələrə çevrilməsi prosesi.
Bu zaman assimilyasiya zamanı maddələrin tərkibində toplanan enerji xaric olur və orqanizmin həyat fəaliyyətinə sərf olunur.
Biologiya terminlərinin izahlı lüğətilat. “divergentia” – ayrılma, aralanma
Eyni mənşədən olan orqanizmlərin müxtəlif yaşama şəraitinə düşməklə əlamətlərin ayrılması.
Təkamül prosesi gedişində orqanizmdə əlamətlərin ayrılması. D. orqanizmlər qrupunun müxtəlif yaşayış şəraitinə uyğunlaşmasından irəli gəlir. Burada həmin qruplar arasında coğrafi, ekoloji və ya fizioloji izolyasiya baş verməsinin, eləcə də aralıq formaların məhv olmasının böyük əhəmiyyəti var. D.-nın əsas hərəkətverici qüvvəsi təbii və ya süni seçmədir. “D.” anlayışı Ç.Darvin tərəfindən mədəni bitki sortlarında əmələ gəlmiş çoxşəkilliliyi və təbiətdə bioloji növləri izah etmək üçün təklif olunmuşdur. O, D. prinsipindən təbiətdə növ əmələ gəlməsini aydınlaşdırmaqda istifadə etmişdir. Əgər növ geniş bir arealı tutarsa və müxtəlif ekoloji şəraitə uyğunlaşarsa ilk oxşar populyasiyalar arasındakı hər hansı fərqin aşkara çıxmasında özünü göstərən D. meydana gəlir. D. yolu ilə yeni növün əmələ gəlməsi üzvi aləmin təkamülü haqqında Ç.Darvin təliminin əsas müddəalarından biridir.
Biologiya terminlərinin izahlı lüğətiDezoksiribonuklein turşusu.
Hüceyrənin nüvəsində olan yüksəkmolekullu üzvi maddə histon zülalı ilə birlikdə xromosomu əmələ gətirir. Genetik məlumatların daşıyıcısıdır. “Dezoksi” ona görə adlanır ki, pentoza (riboza) karbohidratında bir oksigen atomu azdır. DNT dezoksiribonukleotidlərdən təşkil olunan polimerdir.
Biologiya terminlərinin izahlı lüğətiQuşlar sinfindən qarğakimilərə aid olan və Avrasiyada geniş yayılmış quş növü.
Uzunluğu 45-47 sm-dir. D.-lar hər şey yeyir, əsasən qurdlar və sürfələrlə qidalanırlar. Böyük dəstələrlə yer şumlayan traktorun ardınca izləyirlər. Şimalda yaşayanlar köçəri, cənubdakılar isə oturaq həyat keçirirlər.
Biologiya terminlərinin izahlı lüğəti