Daxili sekresiya vəzisi.
Bioloji funksiyaları: cinsiyyət orqanlarının endokrin funksiyasına tormozlayıcı təsir göstərir, sutkalıq yuxunun dərinliyi və müddətini artırır, insanın sutkalıq bioritminin yaranmasında iştirak edir; insanda həftəlik, aylıq, mövsümi və illik bioloji ritmlərin tənzimləyir, mərkəzi sinir sisteminin, o cümlədən, simpatik sinir sisteminin funksiyalarına təsir göstərir.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətiAsfodelinakimilər fəsiləsinə aid bitki cinsi.
Adətən qələmlə (sürətli), bəzənsə toxumla çoxaldılan və qırmızı-sarı rəngdə gözəl çiçəklərə malik növlərə malikdir. Ə. cinsinə aid olan tikanlı Ə., sukotrin Ə.-ı, ala-bəzək Ə., əsl Ə. növlərdən Azərbaycanda geniş istifadə edilir. Ə. şirəsi bozarmış, qurumuş, tökülən saçlar üçün olduqca faydalıdır. Həmçinin Ə. şirəsinin bal ilə qatqısından ciyər və mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə edilir.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətiyun. “phaneros” – görünən; “phyton” – bitki
Tumurcuqladığı yer torpaq səthindən hündürdə yerləşən bitkilər.
F.-ə ağac, kol və oduncaqlaşmış gövdəyə malik olan lianlar daxildir. F. 3 qrupa ayrılır: mikroF. – hündürlüyü 2-8 metr, mezoF. – hündürlüyü 8-30 metr, meqaF. – hündürlüyü 30 metrdən artıq olan bitkilər.
Biologiya terminlərinin izahlı lüğəti