Bitki və heyvanlarin qeyri-cinsi çoxalma üsullari.
Dar mənada mayalanma getmədən rüşeym ziqotdan deyil, birbaşa mayalanmamış yumurta hüceyrəsindən və ya ali bitkilərdə – ilk cücəcərti, rüşeym kisəsi və hətta yumurtacığın somatik hüceyrələrindən inkişaf edir.
Biologiya terminlərinin izahlı lüğətiSıx kollagen və elastik liflərdən ibarət birləşdici toxuma lövhəsi.
A. ilə enli əzələlər sümüklərə və ya bədənin digər toxumalarına birləşir. İnsanda ayaqaltı və ovucun dərisinin altındakı qalınlaşmış fassiyalar, kəllə qapağının üzərindəki əzələ vətəri də A. adlanır.
Biologiya terminlərinin izahlı lüğətiTunikalilar yarımtipindən xordalı dəniz heyvanları sinfi.
Uzunluğu 0,5-2,5 sm qədər olur. Gövdə və quyruqdan ibarətdir. Kloakası yoxdur. A.-in quruluşundakı primitiv əlamətlər onları tunikalılara yaxınlaşdırır. Ancaq cinsi yolla çoxalırlar. Gövdəsi həlməşik maddədən əmələ gələn “evcikdə” yerləşir. Quyruğunun hərəkəti ilə mikroorqanizimləri “evciyin” şəbəkə süzgəcli ön dəliyindən içəri ötürür. Süzgəcdən keçən mikroorqanizmlərlə qidalanır. Köhnəlmiş “evciyi” təzəsi ilə əvəz edir.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətiKor bağırsağın soxulcana bənzər çıxıntısının iltihabı.
Yalnız südəmər uşaqlarda təsadüf edilmir. Törəmə səbəbləri həmişə məlum olmur. Klinik gedişinə görə kəskin ağrılar başlayır. Temperatur yüksəlir, qanda leykositlərin miqdari çoxalır. Ağırlaşmış hallarda təcili cərrahi əməliyyatla müalicə edilir. Yüngül halda ağrılar sakitləşib azalarsa, onda operasiya edilmir. Xəstəlik xroniki hala keçir.
Biologiya terminlərinin izahlı lüğətiBaş beynin və ya onurğa beyninin hörümçək toruna bənzər qişasının iltihabı.
İnfeksiya, kəllə və onurğa travmalari nəticəsində yaranır. Xəstəlik zamanı başağrısı, epileptik tutmalar, başgicəllənməsi və kəskin ağrılar olur. B qrupu vitaminləri, yod preparatları, antibiotiklər ilə müalicə edilir. Xüsusi hallarda cərrahi əməliyyat aparılır.
Biologiya terminlərinin izahlı lüğətilat. arapaima gigas
Sümükdillilər yarımdəstəsindən şirin su balığı.
Amozon hövzəsində yaşayır. Uzunluğu 4 m-ə, çəkisi 200 kq-a qədərdir. Balıq və onurğasızlarla qidalanır. Üzmə qovuğu və qəlsəməüstü tənəffüs orqanı var. İri kürü tökür. Nəsil qayğısına qalır. Vətəgə əhəmiyyətli olub, qiymətli ov balığıdır.
Biologiya terminlərinin izahlı lüğətiUzunquyruqlu tutuquşuların iki cinsinin ümumi adı.
Qırmızı-göy A. daha geniş yayılmışdır. A. mərkəzi və cənubi Amerikanin tropik meşələrində yayılmışdır. Meyvə və toxumla qidalanır. Koğuşlarda yuvalayır. İki yumurta qoyur. Yaxşi əhilləşir, lakin danışmağı pis öyrənir.
Biologiya terminlərinin izahlı lüğətiSəpindən qabaq su ehtiyatı toplamaq məqsədilə torpağın suvarılması.
A. torpağın fiziki xassəsini yaxşılaşdırır, torpaqda qışlayan ziyanvericiləri məhv edir, zərərli duzların yuyulmasına kömək edir, alaq otlarının səpinə qədər cücərməsinə və kultivatorla məhv edilməsinə şərait yaradır. A. zamanı suvarma norması zonanın və torpağın xüsusiyyətini nəzərə alaraq müəyyən edilir.
Biologiya terminlərinin izahlı lüğətijuniperus
Sərvkimilər fəsiləsindən iynəyarpaqlı bitki cinsi.
Ağac və ya koldur. Yarpaqları pulcuqşəkilli, sivri və iynəşəkilli olur. Toxumlu, ətli qozaları 3 il müddətində yetişir. Şimal yarımkürəsində 60-a yaxın növü var. Azərbaycanda 6 növü yayılmışdır. Orta Asiyada arça adlanan 7 növü bitir.
Biologiya terminlərinin izahlı lüğətilat. “area” – meydança, sahə
Bitki, yaxud heyvan növlərinin yer səthində təbii yayıldığı sahə.
Bəzi heyvan və bitkilər yalnız məhdud sahədə, digərləri isə bir neçə materikdə yaşayır. Bütün dünyada yayılmış bitki qrupları kosmopolit A. adlanır. A. öyrənmək üçün onun xəritəsini tərtib etmək lazımdır.
Biologiya terminlərinin izahlı lüğəti