Beynəlxalq vaxt hesablama sistemi.
Sistemin əsasını Yer səthinin meridianlarla hər qurşaqda 15° olmaqla 24 qurşağa bölünməsi təşkil edir. Vaxtın hesablanması Qrinviç (sıfır) qurşağından şərqə doğru aparılır. Qrinviç qurşağı isə 7,5° q.u. ilə 7,5° ş.u. arasında yerləşir (0-cı və ya 24-cü saat qurşağı). Beləliklə, birinci S.Q. 7,5°-22,5° ş.u., ikinci S.Q. 22,5°-37,5° ş.u. arasına düşür və s. Hər qurşağın bütün məntəqələrində vaxt eyni hesab olunur və həmin qurşağın orta meridian vaxtına uyğun gəlir. Lakin S.Q.-nın sərhədi bütün yerlərdə meridianlar üzrə getmir: çox zaman dövlət sərhədləri, çaylar, digər şərti xətlər üzrə dəyişir. S.Q. ilk dəfə 1883-cü ildə ABŞ-da tətbiq edilib. Azərbaycanın ərazisi 45°-51° ş.u. arasında olduğu üçün ölkə üçüncü S.Q.-nda yerləşir.
Coğrafiya terminləri lüğətiər. sahel – sahil, sərhəd + yun. zone – qurşaq
Şimali Afrika səhralarının cənub ucqarlarında səhra landşaftı ilə savanna landşaftı arasında yerləşən təbii vilayət.
S.Z. Atlantik okeanı sahilindən Qırmızı dənizə qədər 3900 km uzanan, eni 400 km-ə çatan, ümumi sahəsi 3,1 mln. km2 təşkil edən bir zolaqdır. O, Seneqal, Mavritaniya, Mali, Əlcəzair, Nigeriya, Sudan və s. ölkələrin ərazisindən keçir. S.Z. tropik iqlimə malikdir, orta illik yağıntı 200-600 mm arasında, orta illik temperatur +18...+36°C arasında dəyişir. Qış fəslində burada bəzən quru qum tufanları müşahidə olunur. S.Z.-nın əsas bitki örtüyü savannalar üçün səciyyəvi olan akasiyadır.
Coğrafiya terminləri lüğətiital. saldo – hesablama, qalıq
Xarici ticarət münasibətlərində müəyyən zaman kəsiyində idxalın dəyəri ilə ixracın dəyəri arasında fərq.
Ölkədə ixrac həcmi idxal həcmindən çoxdursa, S. müsbət olur və aktiv adlanır, azdırsa – mənfi olur və passiv adlanır.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiital. salsa – şor palçıq
Fəaliyyətdə və ya sönməkdə olan vulkanların yamaclarında, ətəklərində formalaşan palçıq vulkanı.
Neft-qaz yataqları sahəsindəki palçıq vulkanlarından fərqli olaraq mənşəyinə görə maqmatizmlə əlaqədardır. S.-ların xarakterik xüsusiyyəti kraterindən palçıqla yanaşı, yüksək temperaturlu qaz və su buxarının da püskürməsi, qaz tərkibində metanın olmasıdır. Onlar Avropada Xəzər, Azov və Qara dəniz sahillərində yayılıb. S.-lara həmçinin İslandiya, İtaliya və Yeni Zelandiyada təsadüf olunur.
Coğrafiya terminləri lüğətiyun. sapros – çürük + yun. pelos – lil
Göl və laqunların dibində qum, palçıq qarışıq çürük plankton və bentos qalıqlarından ibarət lil.
Bu qalıqlar getdikcə bərkiyərək faydalı qazıntıya (sapropelit kömürü) çevrilir. Meşə göllərində S.-in qalınlığı 3-5, bəzən 10 metrə çatır.
Coğrafiya terminləri lüğətiİsti iqlim şəraitində enliyarpaqlı rütubətli subtropik meşə ərazilərində əmələ gələn torpaqlar.
S.T. turş reaksiyalıdır; mexaniki tərkibinə görə gilli, gillicəlidir. Onlar podzollaşma və qleyləşmə əlamətləri, həm də qida maddələrinin az olması ilə fərqlənir. S.T.-a Avropanın cənubunda (İtaliya, İspaniya, Yunanıstan və s.), Asiyanın şərqində (Yaponiya, Çin və s.) rast gəlmək mümkündür.
Coğrafiya terminləri lüğətiBaykal gölünə tökülən Sarma çayının adından
Baykal gölü üzərində sahilboyu dağ silsiləsindən əsən şimal-qərb istiqamətli bora tipli yerli külək.
S.-nın sürəti 15-40 m/saniyə arasında dəyişir. Bu külək ildə təxminən 70 gün, ən çox oktyabr-dekabr aylarında müşahidə edilir.
Coğrafiya terminləri lüğətiisp. sabana – ağacsız sahə
Tropik və subtropik enliklərdə meşələrlə səhralar arasında tək-tək, yaxud kiçik qruplarla ağac bitən otluq və kolluq sahə, təbii zona.
S.-lar Afrika, Avstraliya, Cənubi Amerika və Cənubi Asiyada geniş sahələr tutur. Cənubi Amerikada onlar lyanos, kampos adlanır, Afrikada qitənin ümumi sahəsinin 40%-ni təşkil edir. Burada otların hündürlüyü 3 m-ə, ağacların hündürlüyü 15 m-ə çatır. Ağaclardan baobab və akasiya, heyvanlardan antilop, zürafə, fil, zebu, aslan və hippopotamlar Afrika S. üçün xarakterikdir.
Coğrafiya terminləri lüğəti