Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

sill

isveç. syll – tir, dayaq

Yerləşdirici süxur təbəqələrilə uyğun yatan intruziv süxurlardan (xüsusilə əsasi və ultraəsasi maqmatik süxurlardan) ibarət layvarı kütlə; lay intruzivi.

S.-in eni bəzən 10 km-lərlə olur.

Coğrafiya terminləri lüğəti

sillimanit

Amerika alimi B.Sillimanın adından

Rombik sinqoniyada kristallaşaraq iynəvarı kristallar, sıx şüavi kütlələr və ya narınlifli aqreqatlar və s. əmələ gətirən mineral; alümosilikat.

Rəngi boz, açıq-qonur, açıq-yaşıl olur. Termal və regional metamorfizmləşmiş gilli süxurlarda rast gəlir.

Coğrafiya terminləri lüğəti

silvinit

Halit (25-85%) və silvindən (10-60%) ibarət kristallik dənəli süxur.

Az miqdarda anhidrit, karbonatgilli materialla qatışmış olur.

Coğrafiya terminləri lüğəti

skapolit

yun. skapos – sütun + yun. lithos – daş

Silikatlar sinfinə aid minerallar qrupu.

Triqonal sinqoniyada kristallaşan sütunvarı kristallar və ya sıx dənəli aqreqatlar əmələ gətirir. Rəngi ağ, sarı, göy, çəhrayı olur. Kalsiumla zəngin metamorfizmləşmiş süxurlarda, skarnlarda, hidrotermal dəyişmiş əsasi maqmatik süxurlarda geniş yayılmış minerallardır.

Coğrafiya terminləri lüğəti

spessartit

Lamprofir qrupuna aid melanokrat damar süxur.

Hornblenddən və plagioklazdan (andezin) ibarətdir. Tərkibində apatit, dəmirli minerallar və zirkon da iştirak edir. S. xırdadənəli və bircinslidir. Bəzən ayrı-ayrı iri kristallarına da rast gəlinir. Az dərinlikli intruziv qranit massivlərinin kristallaşmasının son mərhələsində əmələ gəlir.

Coğrafiya terminləri lüğəti

spilit

yun. spilos – ləkə, xal

Diabaz qrupuna aid paleotip bazalt süxuru.

Sualtı püskürmələr nəticəsində əmələ gəlir. S. mikrolit, nadir halda diabaz quruluşlu olur.

Coğrafiya terminləri lüğəti

spredinq

ing. spreading; spread – çəkib uzatmaq, genəltmək

Okean Yer qabığından təşkil olunmuş aralıq okean silsilələrinin riftli sahələrində bərk litosfer tavalarının hipotetik aralanması prosesi.

S.-in sürəti ildə bir neçə sm olur.

Coğrafiya terminləri lüğəti

stannin

lat. stannum – qalay

Kubiktetraqonal sinqoniyalarda kristallaşaraq sıx dənəli kütlələr, psevdotetraedr və daha mürəkkəb formalı cilalı dənələr əmələ gətirən mineral.

Rəngi zeytunu-boz olur. Metal parıltılıdır. Hidrotermal yataqlarda, nadir hallarda peqmatitqreyzenlərdə rast gəlir.

Coğrafiya terminləri lüğəti

staurolit

yun. stauros – xaç + yun. lithos – daş

Silikatlar sinfindən monoklinik sinqoniyamineral.

Qısa prizmatik kristallar, xaçvarı ikiləşmələr əmələ gətirir. Rəngi tünd-qırmızı, qonur, qonuru-qara və s. olur. Şüşə parıltılıdır.

Coğrafiya terminləri lüğəti

stronsianit

Şotlandiyada yer adından

Rombik sinqoniyada kristallaşaraq, adətən, dənəli, çəlləkşəkilli aqreqatlar, nadir hallarda iynəvarı kristallar əmələ gətirən mineral.

Rəngi ağ və ya açıq-sarı olur. Ən çox əhəngli-gilli çökmə süxurlarda kiçik damarlar şəklində rast gəlir.

Coğrafiya terminləri lüğəti

sucaq

Qrunt suları Yer səthinə çox yaxın, torpağı daimi izafi rütubətdə olan, lakin bataqlığa çevrilməyən sahə.

Coğrafiya terminləri lüğəti