Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

yağıntı

Buludlardan damlalar şəklində (yağış) və ya bərk halda (qar, dolu, buz kristalları) yerə düşən, habelə havadan Yer səthinə və əşyaların üzərinə çökən (şeh, qırov, sırsıra) su.

Y.-nın miqdarı düşən suyun əmələ gətirdiyi qatın qalınlığı ilə, mm-lə ölçülür. İntensivliyinə və davamiyyətinə görə Y.-ları üç növə ayırırlar:

1. Leysan Y.-lar – topa-yağış buludlarından iri yağış (damlaların diametri 7 mm-ə qədər), qar, dolu şəklində qəflətən düşərək uzun çəkmir, intensivliyi bəzən 21,5 mm/dəqiqəyə çatır (məs.: Havay adalarında).

2. Aramsız Y.-lar – adətən, narın yağış halında laylı-yağışyüksək laylı buludlardan düşür, orta intensivlikdə olur, bəzən bir neçə gün davam edir.

3. Çiskin Y.-lar – laylılaylı-topa buludlardan, gözlə güclə seçilən xırda su damlaları (diametri 0,5 mm-dən kiçik) və ya xırda qar, buz kristalları formasında düşür, intensivliyi çox zəif olur.

Coğrafiya terminləri lüğəti

yamac

Dağın və ya hər hansı yüksəkliyin ətəkləri ilə yalı (suayırıcı) arasındakı hissəsi.

Geoloji quruluşundan, süxurların litoloji tərkibindən, denudasiya proseslərinin intensivliyindən, iqlim şəraitindən, relyefin inkişaf mərhələsindən və s.-dən asılı olaraq Y. dik, sıldırım, maili, qabarıq, batıq və pillə formasında ola bilər.

Coğrafiya terminləri lüğəti

yanar şist

yun. skhistos – bölünən

Müxtəlif mineralların qarışığından ibarət, nazik təbəqələrə bölünə bilən faydalı qazıntı.

Y.Ş. – gilli, əhəngdaşlı, silisiumlu çökmə süxurdur. O, tez alışır və hisli alovla yanır. Y.Ş.-lərdən yanacaq və kimyəvi xammal, onun tullantılarından (külündən) isə tikinti materialı (sement qatqısı və s.) kimi istifadə edilir. Y.Ş. əksər qitələrdə geniş yayılıb, Azərbaycanda belə süxurlara Abşeron yarımadasında, Şamaxı-İsmayıllı sahəsində və Böyük Qafqazın cənub yamaclarında çox rast gəlinir.

Coğrafiya terminləri lüğəti

yardanqlar

türk. yardanq – uçurum, sıldırım tirə

Mərkəzi Asiya və Şimali Afrika gilli səhralarının çökmə süxurlarında küləyin korroziya fəaliyyəti nəticəsində yaranmış paralel tirələr.

Y. dərinliyi 10 m-ə qədər olan şırımlarla bir-birindən ayrılır və hakim küləklərin əsdiyi istiqamətdə uzanır.

Coğrafiya terminləri lüğəti

yarımada

Üç tərəfdən su ilə əhatə olunmuş, bir tərəfdən materikə, yaxud adaya bitişik quru parçası.

Yer planetində ən böyük Y. Ərəbistandır. Bundan başqa, Afrikada Somali, Avropada Skandinaviya, Şimali Amerikada Labrador, Cənubi Amerikada Valdes Y.-ları da çox böyük sahəyə malikdir. Bəzi ölkələr, məsələn, İspaniya, Portuqaliya, İsveç, Norveç, Tailand, Somali və s. bütünlüklə Y.-da yerləşirlər.

Coğrafiya terminləri lüğəti