island. sandr < sand – qum
Buzlaqların kənarlarında çınqıl və qum laylarının yaratdığı dalğavarı maili düzənlik.
Buzlaq sularının özləri ilə gətirdikləri çöküntülərdən yaranıb. Kaynozoy erasının Antropogen dövründə materik buzlaşmaları təsirinə məruz qalmış sahələrdə geniş yayılıb. Bitki örtüyü olmayan Z.-lar külək eroziyasının təsirinə məruz qalır və tədricən dyunlara çevrilir.
Coğrafiya terminləri lüğətiYerin daxilində gedən tektonik proseslər nəticəsində onun səthində baş verən ani təkan və titrəyişlər.
Z.-lərə, əsasən, Yer qabığında təbəqələrin hərəkətə gəlməsi səbəb olur: ən çox Z. baş verən ərazilər məhz təbəqələrin sərhədlərində yerləşir. Dağlarda yeraltı sürüşmələr, vulkanların püskürməsi zamanı da kiçik təkanlar müşahidə edilə bilər. Z.-lərlə seysmologiya elmi məşğul olur. Yerin daxilində yerləşən Z. ocağı hiposentr, onun Yer səthində yaranan proyeksiyası isə episentr adlanır. Z. nəticəsində Yerin üst qatı (xüsusən episentrdə) formasını dəyişə bilər. Z.-nin enerjisi maqnituda şkalası ilə, yaratdığı dağıntıların dərəcəsi isə intensivlik şkalası ilə ölçülür. Planetimizdə ən çox Z.-lər Yaponiya, Çin, Çili, ABŞ, İran və s. ölkələrdə baş verir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətilat. intencio – gərginlik
Zəlzələnin Yer səthində insanlara, binalara, təbii obyektlərə göstərdiyi təsir, törətdiyi dağıntılar əsasında müəyyənləşdirilən gücü.
Z.İ. 12 ballıq beynəlxalq şkala üzrə ölçülür: 3 bal – zəif, 6 bal – güclü, 9 bal – dağıdıcı, 12 bal – tam fəlakətə səbəb olan zəlzələdir. Zəlzələnin intensivlik şkalasını çox vaxt lokal maqnituda şkalası (Rixter şkalası) ilə səhv salırlar. Zəlzələnin maqnitudası titrəyiş baş verən kimi seysmoqrafın göstəriciləri əsasında, intensivliyi isə yalnız onun nəticələri aydın olduqdan sonra ayrı-ayrılıqda müəyyənləşdirilir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətilat. magnitudo – mühümlük, möhtəşəmlik
Zəlzələ zamanı seysmik dalğalar şəklində yayılan enerjini səciyyələndirən kəmiyyət.
Z.M.-nı seysmoqrafın qeydə aldığı titrəyişlər əsasında xüsusi şkala üzrə hesablayırlar. Seysmik dalğalar növlərinə görə fərqlənir, ona görə onların enerjiləri (maqnitudaları) də müxtəlif olur: səth dalğalarının maqnitudası, eninə və uzununa dalğaların maqnitudası, lokal maqnituda. Təbii ki, bu maqnitudalar ayrı-ayrı şkalalar üzrə hesablanır. Ən çox istifadə edilən şkala lokal maqnituda şkalasıdır. Həmin şkala zəlzələnin episentrindən seysmik dalğanı qeydə alan stansiyaya qədər olan məsafədə maqnitudanı hesablayır və 1-dən 9-a qədər dərəcələrə bölür. İlk dəfə bu şkalanı 1935-ci ildə amerikalı seysmoloq Çarlz Rixter təklif edib. Lokal maqnituda şkalası sonradan təkmilləşdirilsə də, onun qeyri-rəsmi adı Rixter şkalası qalıb.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti1. Dağın, habelə Yer səthinin hər tərəfi enişli olan ən hündür nöqtəsi.
Dağ Z.-ləri pik, qüllə, diş formalarında olur, bu forma onları təşkil edən süxurların litoloji tərkibindən, tektonik quruluşundan, denudasiya proseslərinin intensivliyindən və s.-dən asılıdır. Planetimizin ən yüksək Z.-si Himalay dağlarında yerləşən Comolunqma (8848 m), Azərbaycanda isə ən yüksək Z. Baş Qafqaz silsiləsindəki Bazardüzü (4466 m) Z.-sidir.
2. Hidrologiyada: dalğanın ən hündür nöqtəsi.
Coğrafiya terminləri lüğətiYer kürəsində müəyyən heyvan növlərinin və heyvan ekoloji qruplarının yayıldıqları konkret coğrafi ərazi.
Z.V. – Yerin zoocoğrafi rayonlaşdırmasının əsas vahidlərindən biridir və öz növbəsində yarımvilayətlərə, əyalətlərə, rayonlara bölünür. Efiopiya (Afrika), Şərqi (hind-malay), Palearktik (Avropa-Asiya), Neoarktik (Şimali Amerika), Neotropik (Cənubi Amerika), Avstralo-Polineziya, Antarktika Z.V.-ləri mövcuddur.
Coğrafiya terminləri lüğətiyun. zoon – heyvan + yun. geo – Yer + yun. grapho – yazıram, təsvir edirəm
Heyvanların və heyvan ekoloji qruplarının müasir dövrdə və keçmişdə Yer kürəsində coğrafi yayılmasının əsas qanunauyğunluqlarını öyrənən elm sahəsi.
Z. fiziki coğrafiyanın və zoologiyanın bölməsidir.
Coğrafiya terminləri lüğəti