lat. Fauna – Roma mifologiyasında meşə və çöl ilahəsi, heyvan sürülərinin himayədarı
Dəniz və okeanların heyvan orqanizmlərinin cəmi.
D.F.-nın 160.000-dən çox növü məlumdur; ibtidailər, çiyinayaqlılar, ilbizlər, xərçəngkimilər, dərisitikanlılar, balıqlar, sürünənlər, məməlilər və s. Tropik qurşaqların dayazlıqları, xüsusilə mərcan rifləri sahəsi D.F.-nın zənginliyi ilə fərqlənir. D.F.-nın müxtəlif təsnifat formaları var; məsələn, yaşadıqları dərinlik zonasına görə onları litoral, sublitoral, batial, abissal və ultraabissal dəniz heyvanlarına ayırırlar.
Coğrafiya terminləri lüğətilat. Flora – Roma mifologiyasında çiçək və bahar ilahəsi
Okean və dənizlərdəki bütün bitki orqanizmlərinin cəmi.
D.F.-na yosunlar, ot bitkiləri, bakteriyalar və qismən göbələklər aiddir. Onların 4000-ə yaxın növü var. Ən geniş yayılmış D.F. növləri, əsasən, 200-400 m-dək dərinliyə malik sahələrdə bitən yosunlardır. Yosunların mikroskopik formaları səthdə cəmləşərək fitoplanktonu, iri formaları isə dibdə bitərək bentosu təşkil edir. Dəniz ot bitkiləri də D.F. üçün xarakterik olub, dərinliyi 100 m-ə qədər olan sahələrdə geniş sualtı çəmənliklər əmələ gətirir. Dünya okeanında 5 biocoğrafi vilayət ayırırlar: Arktika və Antarktika, iki mülayim – boreal və notal, bir tropik vilayət.
Coğrafiya terminləri lüğətiOkeanın atmosferə təsiri güclü olan ərazilərdə, dənizə yaxın regionlarda formalaşan iqlim.
D.İ. kontinental iqlim tipindən havanın gündəlik və illik temperatur fərqlərinin azlığı, yağıntıların, yayda nisbi rütubətliliyin çoxluğu, dənizdən əsən küləklərin üstünlüyü ilə fərqlənir. Şimal yarımkürəsində D.İ.-nin ən soyuq dövrü fevralda, ən isti dövrü avqustda müşahidə olunur. Materiklərin içərilərinə getdikcə D.İ.-i öz təsirini itirir, kontinental iqlimlə əvəz olunur.
Coğrafiya terminləri lüğətilat. mille – min
Dənizdə məsafənin ölçü vahidi.
D.M. 1 meridian dəqiqəsinin uzunluğuna uyğun olaraq müəyyənləşdirilib. Yer geoid formasında (qütblərdən batıq) olduğu üçün, əslində, bu uzunluq hər yerdə eyni deyil: qütblərdə o, 1862, ekvatorda 1843 metr təşkil edir (orta hesabla 1852 m). Beləliklə, tam dəqiq olmaq üçün deməliyik ki, 1 beynəlxalq D.M. 45° enlikdə 1 meridian dəqiqəsinin uzunluğuna bərabərdir – 1852 m. Bu, 1929-cu ildə Beynəlxalq Hidroqrafiya Konfransı tərəfindən təsdiq olunub.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiQuru ilə dənizin qarşılıqlı təsir zonası.
D.S.-nin formalaşmasında əsas rol dalğalara məxsusdur: onların təsir xarakterindən asılı olaraq abrazyon, akkumulyativ və mürəkkəb sahil formaları fərqləndirilir. D.S.-nin hündürlüyü, parçalanma dərəcəsi, geoloji quruluşu həm də çayların gətirdiyi sülb axının miqdarı və tektonik proseslərin istiqaməti ilə müəyyən edilir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiDənizin hündürlüyünün açıq sahildə çoxillik müşahidələr nəticəsində müəyyənləşdirilən orta səviyyəsi.
Bu şərti səviyyə sıfır kimi qəbul olunur və Yer səthindəki coğrafi obyektlərin hündürlüyü ona nisbətən hesablanır. Əslində, təbii ki, müxtəlif okean və dənizlərin səviyyəsi fərqli olur və küləklərin, cərəyanların, qabarma və çəkilmələrin, yağıntıların, digər amillərin təsiri ilə dəyişir. Buna görə D.S. konkret məntəqələrdə aparılan çox uzunmüddətli müşahidələr əsasında müəyyənləşdirilir. Keçmiş SSRİ, bəzi Şərqi Avropa ərazilərində, o cümlədən Azərbaycanda Yer səthindəki mütləq yüksəklik və dərinliklər Baltik dənizinin orta səviyyəsinə (Kronştadt futştokuna) görə hesablanır. Qərbi Avropa ölkələrində bu hesabat Amsterdam futştoku üzrə aparılır.
Coğrafiya terminləri lüğətiYer planetinin okean və dənizlərində toplanmış su.
Dünya okeanında suyun ümumi həcmi 1370 mln. km3 olub çəkisinə görə 96,5%-i təmiz sudan, 3,5%-i isə həllolunmuş mineral duzlardan, qazlardan və az miqdarda (1-5 mq/l) üzvi maddələrdən ibarətdir. D.S. – məhluldur, tərkibində bütün məlum kimyəvi elementlər var. Bu suyun minerallaşma dərəcəsi, yəni hər litrdə mineral maddələrin faiz nisbəti onun duzluluğu adlanır. D.S.-nun orta duzluluğu 35 promilə (‰) yaxındır və duz tərkibi qanın duz tərkibinə bənzərdir. Dünya okeanında suyun duz tərkibi 88,7% xloridlərdən, 10,8% sulfatlardan, 0,3% karbonatlardan və 0,2% sair maddələrdən ibarətdir.
Coğrafiya terminləri lüğətifr. terrasse – meydança
Qurunun qalxması və ya dənizin geri çəkilməsi, həmçinin abraziya nəticəsində dəniz sahilində yaranmış maili pilləvarı sahə.
Su səviyyəsinin qalxması və ya qurunun enməsi müşahidə edilən sahillərdə sualtı D.T.-larına da rast gəlinir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiMateriklərin daxilində başqa ölkələrin ərazisi ilə əhatəyə alınaraq Dünya okeanına bilavasitə çıxış imkanı olmayan ölkələr.
Belə ölkələr əlverişsiz coğrafi mövqeyə malik ölkələr hesab edilir. Planetdə 40-dan artıq ölkənin Dünya okeanına birbaşa çıxışı yoxdur: Serbiya, Əfqanıstan, Laos, Macarıstan, Belarus, Boliviya, Paraqvay, Mali, Çad və s.
Coğrafiya terminləri lüğətiKənd təsərrüfatı məhsulları istehsalını, sənayenin bir sıra sahələrini xammalla təchiz edən, dən verən bitkilər.
D.B. insanları ərzaqla, heyvanları yemlə, kimya sənayesini yağlarla və s. ilə təmin edir. D.B. taxıl bitkiləri və dənli-paxlalı bitkilər qruplarına bölünür. Taxıl D.B.-inə buğda, arpa, çəltik, qarğıdalı, çovdar, darı, qarabaşaq, vələmir (yulaf), dənli-paxlalı bitkilərə isə noxud, lobya, mərci, paxla və s. aiddir. Dünyada D.B.-in ən çox əkildiyi ölkələrə Rusiya Federasiyası, ABŞ, Çin, Kanada, Ukrayna, Qazaxıstan və s. daxildir.
Coğrafiya terminləri lüğəti