Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

bufer zonası

ing. buffer < to buff – zərbəni, təkanı yumşaltmaq + yun. zone – qurşaq

1. Bu və ya digər səbəbdən iki ərazini ayırmaq, bir-biri ilə əlaqədə olmağa qoymamaq məqsədilə yaradılmış zona.

B.Z. fövqəladə hallar, təbii fəlakətlər, müharibələr və s. zamanı bir dövlətin daxilində, yaxud münaqişə edən qonşu dövlətlər arasında təhlükəli proseslərin qarşısını almaq məqsədilə yaradıla bilər. Demarkasiya xətti, demilitarizasiya zonası B.Z.-na misaldır.

2. Təbii zonanın (qoruq, milli park) ətrafında hər hansı təsərrüfat fəaliyyətinin məhdudlaşdırıldığı ərazi.

Belə məhdudiyyətlər təbii zonada ekoloji tarazlığı qorumaq məqsədilə qoyulur.

Coğrafiya terminləri lüğəti