İsmin kimdən? nədən? suallarına cavab verən, hərəkətin çıxış nöqtəsini bildirən halı.
Çıxışlıq hal -dan2 şəkilçisi ilə əmələ gəlir; məs.: Əlidən, şəhərdən, kitabdan və s. Sonu n, m samitləri ilə bitən sözlərdən sonra çıxışlıq hal şəkilçisi [-nan], [-nən] şəklində tələffüz olunur; məs.: [çəmənnən], [atannan] və s. Çıxışlıq halda olan isim cümlədə kimdən? nədən? suallarına cavab verdikdə tamamlıq, haradan? sualına cavab verdikdə zərflik, xəbərlik şəkilçisi qəbul etdikdə isə ismi xəbər olur.
Həmçinin bax:
Dilçilik və ədəbiyyatşünaslıq terminləri lüğəti