I Dünya müharibəsində (1914–1918) məğlub olmuş Almaniya üçün reparasiya (təzminat) planı.
Bu plan amerikalı bankir Ç.Dauesin rəhbərliyi altında beynəlxalq ekspertlər komitəsi tərəfindən hazırlandığı üçün belə adlandırılıb. I Dünya müharibəsində qalib gəlmiş dövlətlərin nümayəndələri D.P.-nı 1924-cü il avqustun 16-da London konfransında təsdiqləyib və Almaniya onun şərtlərini qəbul edib. Lakin az sonra öz iqtisadi və hərbi qüdrətini bərpa etmiş Almaniya həmin şərtlərə qarşı mübarizəyə qalxıb və 1929-cu ildə D.P.-nın Yunq planı ilə əvəzlənməsinə nail olub.
Tarix terminləri lüğəti