Reklam
Reklam

Tarix terminləri lüğəti

getto

ital. ghetto – tökmə metal

Orta əsrlərdə Qərbi və Mərkəzi Avropa ölkələrində yəhudilərin təcrid olunmuş şəkildə yaşamaları üçün ayrılmış şəhər məhəlləsi.

G. termini, ehtimal ki, 1516-cı ildə Venesiyada tökmə metal emalatxanasının (ghetto) yanında salınmış yəhudi məhəlləsi ilə əlaqədar meydana gəlib. Daha sonra G.-lar İtaliyanın başqa yerlərində, Almaniya, Fransa, İsveçrə və Rusiyada da yaradılıb. II Dünya müharibəsi dövründə nasistlər tərəfindən bir sıra Şərqi Avropa şəhərlərində, əslində, həbs düşərgələrinə çevrilmiş G.-larda on minlərlə yəhudi məhv edilib. Müasir dövrdə milli və irqi azlıqların yaşadıqları şəhər məhəllələri çox vaxt G. adlanır. G. “rezervasiya” sözünün sinonimi kimi də işlənir.

Tarix terminləri lüğəti