Reklam
Reklam

Tarix terminləri lüğəti

rübənd

fars. rüx – üz, çöhrə + bənd – sədd, bağlama

Gözün üstündən salınan hissəsi tordan ibarət dördkünc parçadan qadın baş örtüyü.

Müsəlman Şərqində, o cümlədən keçmişdə Azərbaycanda geniş yayılmış R., adətən, ipək parçadan hazırlanıb, üzəri müxtəlif tikmələrlə bəzədilib. Orta Asiyada o, pərəncə adlanıb.

Tarix terminləri lüğəti