Səhra və yarımsəhralarda yastı, gilli çökəkliklərdə əmələ gələn torpaq tipi.
Belə torpaqların profilində iki qat aydın seçilir – 8-10 sm qalınlıqda bərk gilli üst qat və şoranlığı olmayan laylı qaysaq qatı. T.T. ən çox Orta Asiyanın gilli səhralarında, xüsusilə Amudərya və Sırdərya çaylarının deltalarında yayılıb. Azərbaycanda tipik T.T. yoxdur.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti