yun. hieros – müqəddəs + glyphe – həkketmə, cızma
İlk öncə Qədim Misir yazı işarələrinin yunanca adı; sonralar isə yaponların, çinlilərin, koreyalıların və bir sıra digər xalqların yazı işarələri.
H. əlifba və sillabik yazılarda olduğu kimi bir hərf və ya hecanı, yaxud ideoqrafik yazının ünsürü kimi bütöv bir söz və ya söz birləşməsini ifadə edə bilər. Cümlədə yerindən, sıralanma vəziyyətindən asılı olaraq H.-in mənası dəyişir.
Tarix terminləri lüğətiyun. hetaira – rəfiqə, məşuqə
Qədim Yunanıstanda azad və müstəqil həyat sürən qadın.
Bir qayda olaraq, yaxşı təhsil görmüş H.-lar ictimai həyatda mühüm rol oynayıblar. Tanınmış afinalılar tez-tez onların evlərində təşkil edilən məclislərə toplanıblar. Afina, Korinf və digər sahilyanı polislərdə H.-ların sayı daha çox olub. Qədim Yunanıstanda fahişələri də H. adlandırıblar.
Tarix terminləri lüğətiKeçmişdə kəndlərdə və dağlıq rayonlarda məişətdə geniş istifadə edilən, xurcuna bənzəyən xalça məmulatı.
H. xurcundan iki dəfə kiçik olur, əsasən, xovsuz xalça texnikasında toxunur, bəzi halda cecimdən də tikilir. Onun ağız hissəsi bədii tikmələr, bafta və s. ilə bəzədilir. H. çiyinə salınır, içində ərzaq və xırda əşyalar daşınır.
Tarix terminləri lüğətiər. həbs – dustaq etmə, tutma + fars. xanə – ev
Cinayət törədərək azadlıqdan məhrum edilmiş şəxslərin cəzanı çəkdikləri yer, islah müəssisəsi.
Burada saxlanılan məhkumlar bir sıra şəxsi azadlıqlardan məhrum edilirlər. Danışıq dilində, adətən, istisnasız olaraq bütün cəzaçəkmə yerləri (islah koloniyaları, istintaq təcridxanaları, müvəqqəti saxlanma məntəqələri və s.) H. adlandırılır. Onlar ən qədim zamanlarda da olub, lakin müasir mənada ilk H.-lar XVI əsrdə Avropada meydana gəlib.
Tarix terminləri lüğətiər. – ziyarət
Hicri təqviminin zülhiccə ayının 8-12-də müsəlmanların Kəbəni ziyarət etmək və qurban kəsmək məqsədilə Məkkəyə səfəri.
H. şəhadət, namaz, zəkat və oruc ilə birlikdə müsəlmanların beş əsas vəzifəsindən biri sayılır. H. ziyarətini yerinə yetirən müsəlman hacı adlanır.
Tarix terminləri lüğətiər. – yeni, rəvayət, hekayət
Məhəmməd peyğəmbərin həyatında baş vermiş hadisələrə və onun kəlamlarına əsaslanan rəvayətlər.
Şiələr imamların həyatından rəvayətləri də H. olaraq qəbul edirlər. H.-lərin toplusu olan sünnə islamda Qurandan sonra hüququn ikinci əsas mənbəyi hesab olunur. H.-lər islamın yeni sosial-tarixi şəraitlərə və proseslərə uyğunlaşma vasitəsinə çevrilib. Onların qruplaşdırılaraq toplu halına salınması prosesinə VII əsrin sonu – VIII əsrin əvvəlində başlanılıb. Abdulla ibn Hənbəlin (X əsr) 29 min H. toplanmış “Müsnəd” kitabı belə toplulara misaldır.
Tarix terminləri lüğətiYun məmulatı (keçə, nəməd, yapıncı, palan, tərlik və s.) istehsalı ilə bağlı sənət növü.
Qoyunçuluğun meydana gəlməsi ilə H.-ın da Neolit dövründə təşəkkül tapdığı ehtimal olunur. Yuyulub təmizlənmiş yunu 1-ci və 3-cü laylar təmiz, onların ortasındakı 2-ci lay isə çirkli yundan olmaqla bərabər qalınlıqda parça qəlib üzərinə yayır, üzərinə qaynar su çiləyirlər. Sonra onu uzunluğu 2,5-3 m olan ağac oxa bağlayıb loğalaq formasına salırlar. Həllaclar yun laylar bir-birinə yapışıb bərkiyənədək loğalağı təpiklə irəli-geri diyirlədiblər. H. keçmişdə Azərbaycanın Gəncə, Qazax, qismən Lənkəran və Zaqatala bölgələrində yayılıb.
Tarix terminləri lüğətiXəstəlik, cadu, bədnəzər kimi xoşagəlməz hadisələrin qarşısını almaq üçün gəzdirilən əşya.
H.-in gücünə inam ibtidai magiya və fetişizmlə əlaqədar yaranıb. Guya sehrli təsir gücünə malik olan H. üst geyimə taxılıb, yaxud bilərzik, üzük və s. bəzək əşyası kimi gəzdirilib. H. qədim zamanlardan həm Şərq xalqlarında, həm də yunanlar və romalılar arasında geniş yayılıb.
Tarix terminləri lüğətiSünnilikdə dörd qanuni məzhəbdən biri.
Onun əsası IX əsrdə Əhməd ibn Hənbəl tərəfindən qoyulub. Digər sünni məzhəblərindən fərqli olaraq H. ilk öncə dini-siyasi cərəyan kimi yaranıb və yalnız XI əsrin əvvəlində doqmatik-hüquqi məktəbə çevrilib. Konservativ ənənəçilik mövqeyindən çıxış edən bu məzhəb islamın ilkin saflığının bərpasını əsas məqsəd hesab edir. H. ideoloqları islamı sonrakı əlavələrdən təmizlənmək üçün ən mötəbər mənbə kimi peyğəmbərin sünnəsinə müraciət etməyi vacib bilirlər. H. sünnəni öz nüfuzu etibarilə faktik olaraq Quranın mətni səviyyəsinə qaldırır, Quran və sünnədə öz əksini tapmamış hər cür yeniliyi qəti şəkildə qəbuledılməz sayır. Qiyas əsasında rəy çıxarmağı yasaqlayan, məzarları ziyarəti bütpərəstlik kimi qiymətləndirən H. XIV–XV əsrlərdə tənəzzül etsə də, onun bir çox müddəaları yeni dövrdə vəhhabiliyin ideoloji əsası kimi yenidən dirçəlib. Hazırda H. doqmatik-hüquq məktəbi Səudiyyə Ərəbistanında rəsmən qəbul olunub, onun ideologiyasından “Müsəlman qardaşları” təşkilatı da geniş bəhrələnir.
Həmçinin bax:
Tarix terminləri lüğətiSünnilikdə dörd əsas hüquq məktəbindən birincisi.
Əsası VIII əsrdə Əbu Hənifə tərəfindən qoyulmuş bu məzhəbin ən səciyyəvi xüsusiyyəti onun Quranı bütünlüklə və qeyd-şərtsiz, sünnəni isə yalnız hədislər saf-çürük olunduqdan sonra hüquq mənbəyi kimi qəbul etməsindədir. H. müsəlman hüququnda ilk dəfə olaraq qiyas əsasında şəxsi rəy çıxarmağa icazə verib. O, qeyri-müsəlmanlarla ticarət və məişət əlaqələrinə girmək, eləcə də məişətdə xeyli dərəcədə sərbəst davranmaq imkanı yaradır. Bu cür tolerantlığına görə H. məzhəbi XI əsrdən başlayaraq Anadoluda, Balkanlarda, Şimali Qafqazda, Volqaboyunda, Orta Asiyada, Əfqanıstanda, Hindistanda, Çinin çöllük ərazilərində və İndoneziya adalarında geniş yayılıb. Qızıl Orda xanları, Böyük Moğollar, Osmanlı sultanları H. məhzəbinə mənsub olublar.
Tarix terminləri lüğətiər. hənif – təmiz, pak
İslamaqədərki dövrdə Ərəbistanda dini monoteizmin formalarından biri.
H. bütövlükdə nə xristianlığı, nə də iudaizmi qədul etməyərək bütpərəstliyin aradan qaldırılması və Ərəbistan üçün təkallahlığa əsaslanan yeni sadə dinin yaradılması tərəfdarı kimi çıxış edib. Onun üçün səciyyəvi olan monoteizm erkən islama ciddi təsir göstərib. Məhəmməd peyğəmbər H.-ə böyük rəğbət bəsləyib. Quranda bu termin təkallahlılıq tərəfdarı, Allahın qoyduğu düzgün yolla gedən adam anlamında işlənib.
Tarix terminləri lüğətiHərbi əməliyyatların düşmən obyektinin xarici aləmdən (qurudan, havadan və dənizdən) tam təcrid olunmasına yönəlmiş xüsusi forması.
H.B. düşmənin müəyyən əraziyə əlavə canlı qüvvə və texnika yeritməsinin, eləcə də böyük dəyər kəsb edən qiymətli əşyaları oradan çıxarmasının qarşısını tamamilə almaq, yaxud belə imkanı minimuma endirmək, habelə düşməni zəiflətmək, sarsıtmaq, onu təslim olmağa vadar etmək və s. məqsədlərlə tətbiq olunur. Ayrı-ayrı dövlətlər, onların silahlı qüvvələri, iri qoşun qruplaşmaları, adalar, boğazlar, körfəzlər, hərbi-dəniz bazaları, limanlar, möhkəmləndirilmiş rayon və şəhərlər H.B.-nın obyekti ola bilər. ABŞ donanmasının 1962-ci ildə Kubanı blokadaya alması H.B.-nın ən məşhur nümunələrindəndir.
Tarix terminləri lüğəti