ər. – gündoğan, şərq
IX–X əsrlərdə ərəb coğrafiyaşünasları tərəfindən Ərəbistandan şərqdə yerləşən ölkələrə (Hindistan, Çin, Yaponiya və s.) verilmiş ad.
Sonralar bu termin Ərəb Şərqi ölkələri – İraq, Suriya, İordaniya, Fələstin və Livanın ümumiləşdirici adı kimi işlədilməyə başlayıb. Bəzən Misir də M.-ə aid edilir.
Həmçinin bax:
Tarix terminləri lüğətiAzərbaycanda tarixi ərazi.
Bu ərazi təxminən indiki Vəlvələ və Samur çayları arasında yerləşib. Tədqiqatçıların (V.Minorski, İ.Markvart və b.) fikrincə, onun adı massagetlərlə əlaqədar olub və sonradan ərəbləşdirilib. Tarixi qaynaqlarda IV əsrdə M. ərazisində müstəqil massaget hökmdarlığı yaradıldığı göstərilir. VII əsrdən ərəb–xəzər müharibələrinin gedişində bura dəfələrlə döyüş meydanına çevrilib. M. müxtəlif vaxtlarda Dərbənd əmirliyinin, daha sonra Şirvanşahlar dövlətinin tərkibinə daxil edilib. Türk tarixçisi Münəccimbaşının (1631–1702) məlumatına əsasən, orta əsrlərdə M.-də çoxlu qala və yaşayış məntəqəsi mövcud olub. Tədqiqatçıların fikrincə, həmin ərazi sonralar Müşkür adlanıb.
Tarix terminləri lüğətiər. – insanın sakin olduğu yer
Qədim zamanlardan insanların yurd salıb daimi və ya müvəqqəti yaşadığı yer.
Ən qədim M.-lər mağaralar olub. Neolit və Eneolit dövrlərindən başlayaraq M.-lər təbii yüksəklik, sıldırımlı çay kənarları, eləcə də süni olaraq möhkəmləndirilmiş yerlərdə salınıb. M.-lər üçün belə yerlər onları mümkün təhlükələrdən mühafizə etmək məqsədilə seçilib.
Tarix terminləri lüğətiər. – səcdə yeri
İslamda müsəlmanların kütləvi və ya fərdi qaydada Allaha ibadət etməsi üçün nəzərdə tutulmuş tikili.
Rəvayətə görə, ilk M. hicrətdən az sonra Məhəmməd peyğəmbərin Mədinəyə gəldiyi zaman yaxınlıqdakı Quba kəndində tikilib. Sonradan M.-lər müsəlman Şərqində ən mühüm memarlıq abidələrinə çevrilib. M.-lərin xarici və daxili tərtibatına onların inşa olunduğu ölkənin memarlıq ənənələri həlledici təsir göstərib. Buna görə də müxtəlif ölkələrdə tikilmiş M.-lər bir-birindən fərqlənir.
Tarix terminləri lüğətiOvçuluq, yığıcılıq və balıqçılığın iqtisadi rolunun üstünlük təşkil etdiyi təsərrüfat növü.
Ən qədim təsərrüfat növü hesab olunan M.T. bəşəriyyətin inkişafının ilkin mərhələsi üçün xarakterik olub. İnsanların təbiətin hazır məhsullarını mənimsəyib istifadə etməsi M.T.-nın əsas xüsusiyyəti sayılır. Hərçənd bunu yalnız şərti olaraq “mənimsəmə” adlandırmaq olar. Belə ki, ovçuların, yığıcıların və balıqçıların fəaliyyəti sadəcə mənimsəmə ilə məhdudlaşmayıb, əməyin təşkili və məhsulun emalı ilə bağlı bir sıra mürəkkəb texniki vərdişləri özündə ehtiva edib. Neolit dövründə (təqr. 12–10 min il əvvəl) əkinçilik və maldarlığın meydana gəlməsi ilə M.T. tədricən istehsal təsərrüfatı ilə əvəzlənib.
Tarix terminləri lüğətifars. – sərhədçi
Sasanilər dönəmində (III–VII əsrlər) İranda ucqar, sərhədyanı əyalətin hakimi, canişin.
Lakin V əsrdən başlayaraq bütün əyalətlərin hakimləri M. adlanıb. Əyalətlərdə mülki, inzibati və hərbi işlərə rəhbərlik M.-ın əlində cəmlənib. Adətən, hökmdar sülaləsinin nümayəndələri M. təyin olunub.
Tarix terminləri lüğətiər. – yol, istiqamət
Sünnilik şəriətində dini-hüquqi məktəb və ya sistem.
Sünnilikdə çoxsaylı M.-lər VIII–IX əsrlərdə yaranıb. Hazırda rəsmi statusa malik 4 M. var: hənəfilik, malikilik, şafiilik və hənbəlilik. Bu M.-lər arasında ciddi fərqlərin (ilk növbədə, hədislərin şərhi üsulunda) olmasına baxmayaraq, sünniliyin prinsipial məsələlərində onlar eyni mövqedə dayanır. Hənəfilik türk xalqları (azərbaycanlılar istisna olmaqla), eləcə də Çin, Hindistan və Suriya müsəlmanları arasında, malikilik isə Tunis, Əlcəzair, Mərakeş, Qərbi Afrika, Sudan və qismən Misirdə yayılıb. Şafiilik – Misir, Şərqi Afrika və İndoneziyada, hənbəlilik isə, demək olar ki, yalnız Səudiyyə Ərəbistanında hakim mövqe tutub.
Tarix terminləri lüğətiTarixi Azərbaycanın, Şimali İranın və indiki Türkiyənin cənub-şərqini əhatə edən Midiya vilayətinin əhalisi.
M. bəşər tarixində ilk imperiyalardan olan Midiya dövlətini (e.ə. 670 – e.ə. 550) yaradıblar. Onlar haqqında ilk məlumatlara e.ə. IX əsrin II yarısına aid Assur qaynaqlarında rast gəlinir. M.-ın elə həmin dövrdə Orta Asiyadan (bəzi qaynaqlarda – Şimali Qafqazdan) Midiya ərazisinə köç etdikləri güman olunur. Bu əhalinin dili və etnik mənşəyi barədə mübahisələr hələ də səngimir. Bəzi tədqiqatçılar M.-ın irandilli, digərləri isə türkdilli olduqlarını göstərirlər. Lakin elm həmin ehtimallardan hər hansını sübut edəcək tarixi faktlara malik deyil, çünki indiyədək M.-ın dilində heç bir mətn aşkarlanmayıb. Buna baxmayaraq, M.-ın qədim dünya tarixindəki mühüm rolu tədqiqatçılar tərəfindən birmənalı şəkildə qəbul olunur. M.-ın bir qismi sonralar Atropatenanın avtoxton tayfaları ilə qaynayıb-qarışaraq azərbaycanlıların etnogenezində iştirak edib.
Tarix terminləri lüğətiTəqribən e.ə. 3000-ci ildə Şumerdə yaranmış və Ön Asiyada geniş yayılmış ən qədim yazı növlərindən biri.
İdeoqrafik yazı onun mənbəyi hesab edilir. Şumerlər müəyyən anlayışları bildirmək üçün daş və ya çiy gil üzərinə basma üsulla mıxabənzər işarələr çəkməyə başlayıblar. M.Y.-nın adı da buradan götürülüb, onun müxtəlif növləri olub: kitabələr öncə sağdan-sola şaquli şəkildə, sonra isə soldan-sağa üfüqi formada yazılıb. Şumerlər və akkadlarla yanaşı, M.Y.-dan elamlılar, xettlər, hürrilər, finikiyalılar, urartulular və başqa xalqlar da istifadə ediblər. Bu yazı ilə çoxlu mətnlər (məs.: Bisütun kitabəsi) günümüzədək gəlib çatıb. Fonetik əlifbalar yarandıqdan sonra M.Y. əhəmiyyətini itirib.
Tarix terminləri lüğətiyun. mikros – kiçik, xırda + lithos – daş
Xırda daş alətlər.
M. Mezolit dövründə Afrika, Avropa və Asiyanın bir çox bölgələrində geniş yayılıb, onlardan Neolitdə də istifadə ediblər. Bəzi M. geometrik formaya (üçbucaq, trapesiya, seqment və s.) malik olub. M. ox ucluğu, habelə sümük və ağac alətlər üçün tiyə kimi işlədilib.
Tarix terminləri lüğətilat. migratio < migro – köçürəm, keçirəm
Yaşayış yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq əhalinin bir yerdən başqa yerə köçməsi.
Daxili (ölkənin bir regionundan başqasına köçmək) və xarici (bir ölkədən digərinə köçmək) M.-lar fərqləndirilir. Ölkə hüdudlarından kənara köçən insanlar emiqrant (mühacir), hər hansı bir ölkəyə xaricdən köçüb gələnlər isə immiqrant adlanır.
Tarix terminləri lüğətilat. militia – hərbi xidmət, qoşun, hərbi yürüş
1. Müharibələr dövründə silahlı vətəndaşlardan təşkil edilən qeyri-nizami dəstə, xalq qoşununun bir növü.
2. Fevral inqilabından (1917) sonra Rusiyada, habelə SSRİ-də, II Dünya müharibəsindən (1939–1945) sonra isə Bolqarıstan, Monqolustan, Polşa, Rumıniya və Yuqoslaviyada ictimai asayiş orqanlarının adı; polisin ekvivalenti.
Kommunist rejimlərinin süqutundan sonra həmin ölkələr bu addan imtina ediblər. XXI əsrdə ictimai asayiş orqanları yalnız bəzi postsovet respublikalarında – Belarus, Qırğızıstan, Özbəkistan və Tacikistanda M. adlanır.
Tarix terminləri lüğətifr. militarisme < lat. militaris – hərbi
Ölkənin hərbi gücünün durmadan artırılmasına yönəlmiş və işğalçılıq müharibələrindən xarici siyasətdə başlıca alət kimi istifadə edən dövlət ideologiyası, kütləvi psixologiya.
Dövlət büdcəsində hərbi xərclərin qeyri-proporsional artımı, sürətlə silahlanma, digər dövlətlərə hərbi müdaxilə, ölkənin iqtisadiyyatına, eləcə də onun daxili və xarici siyasətinə hərbi-sənaye kompleksinin təsirinin güclənməsi M.-in əsas xüsusiyyətləri sayılır.
Tarix terminləri lüğətiər. – eyni din və ya məzhəbə mənsub insanlar toplusu
Tarixən formalaşmış və bir sıra dayanıqlı xüsusiyyətlərə malik insan birliyi.
M. termininin bir çox tərifi var; o, əsasən, iki – etnik və siyasi anlamda işlənir. Etnik anlamda – insanların dil, mədəniyyət, psixoloji xüsusiyyətlər, iqtisadiyyat və ərazi ümumiliyi əsasında tarixən formalaşmış birliyinə M. deyilir. Siyasi anlamda isə M. dedikdə müəyyən bir dövlətin vətəndaşlarının məcmusu nəzərdə tutulur. Beynəlxalq hüquqda da M. termini siyasi anlamda, “milli dövlət” anlayışının sinonimi kimi işlədilir. Birləşmiş Millətlər Təşkilatının adındakı “millətlər” sözü məhz “milli dövlətlər” mənasını verir. M.-lərin formalaşması prosesi Böyük Fransa inqilabından sonra başlanıb.
Həmçinin bax:
Tarix terminləri lüğəti