V əsrdə Bizansda formalaşmış xristianlıq təriqəti.
Bu təriqətin banisi 428–431-ci illərdə Konstantinopol patriarxı Nestorius olub. N. təliminə əsasən, Məryəm ana İsa Məsihi insan kimi dünyaya gətirib və yalnız bundan sonra o, Tanrı səviyyəsinə yüksəlib. Ümumiyyətlə, N.-da insani və ilahi təbiətlərin İsa Məsihin simasında birləşməsi nisbi xarakter daşıyır: onlar heç vaxt tam qovuşmur. Halbuki rəsmi kilsə insani və ilahi təbiətin İsa Məsihdə tam vəhdət yaratdığını göstərir. Bu səbəbdən N. bidət kimi qiymətləndirilib və onun ardıcılları daim təqiblərə məruz qalıblar. Orta əsrlərdə N. İran, Orta Asiya və Çində daha geniş yayılıb. Hazırda isə İran, İraq, Suriya və Hindistanda həmin təriqətin davamçıları olan icmalar var.
Tarix terminləri lüğətiakkad. nisanu – ilk bəhər
Azərbaycan xalq təqvimində yaz fəslinin ilk ayı, habelə həmin ayda yağan yağış.
Akkad mənşəli N. sözü yəhudilərə, onlardan isə ərəblərə keçib. Müsəlman xalqlarının əksəriyyəti bu sözü ərəblərdən götürüb. Türk xalqlarında, o cümlədən azərbaycanlılarda N. (yaxud nisan) Qriqorian təqvimi ilə aprel ayına uyğun gəlir. Türkiyədə aprel ayı rəsmən nisan adlandırılır.
Həmçinin bax:
Tarix terminləri lüğətiivr. Nabatum, yun. Nabatayoy
Qədim ərəb tayfaları qrupu.
N. indiki İordaniya ərazisində yerləşmiş Nəbatilər dövlətini (e.ə. III əsrin sonu – eramızın 106-cı ili) yaradıblar. Bibliyada İsmayılın (ərəblərin əfsanəvi əcdadı) oğlu kimi adı çəkilən Nəbayot N.-in ulu babası sayılır. Lakin bəzi tədqiqatçılar bu tayfalar qrupunun ərəb mənşəli olması fikrini şübhə altına alırlar. N. ərəbdilli olsalar da, yazıda arami dili və qrafikasından istifadə ediblər, III əsrdə isə arami yazısı əsasında öz orijinal əlifbalarını yaradıblar. Məhz N.-in əlifbası sonralar müasir ərəb qrafikasının əsasını təşkil edib.
Tarix terminləri lüğətiər. nəccar – dülgər, xarrat
Ağacişləmə ilə məşğul olan sənətkarlıq növü.
Nəccarlar, adətən, palıd, fıstıq və s. qiymətli ağac növlərindən müxtəlif məişət əşyaları (təknə, tabaq, çanaq, beşik, kürsü, təkər topu və s.) düzəldiblər. Keçmişdə bu sənətkarlıq növü Azərbaycanın dağətəyi meşəlik zonalarında daha geniş yayılıb.
Tarix terminləri lüğətiər. nəqş – naxış + fars. bənd – bağ, bağlama
Sufiliyin əsas cərəyanlarından (təriqətlərindən) və dərviş ordenlərindən biri.
Bu təriqət öz banisi Bəhaəddin Nəqşibəndi əl-Buxarinin (1318–1389) adı ilə tanınıb və XIV əsrdə Buxarada yaransa da, qısa zamanda Türküstan, Hindistan, Anadolu, Ərəbistan, Volqaboyu, Balkan ölkələri, Şimali Qafqaza yayılıb. N. ordeni şeyxlərinin mənəvi genealogiyası əksər təriqətlərdə olduğu kimi Əliyə deyil, Əbu Bəkrə gedib çıxır. N. tərki-dünyalıq və yoxsulluğu, bütün mövcudata məhəbbət ideyalarını dəstəkləyib, digər sufilik təriqətləri, məsələn, mövləvilik üçün xarakterik olan ucadan səslənən zikrləri, eləcə də musiqi və mahnı sədaları altında keçirilən yığıncaqları rədd edib, sakit zikrlərə üstünlük verib. Başqa sufilik təriqətlərindən fərqli olaraq N. həm də hakimiyyətlə sıx münasibətləri məcburi hesab edib. Bu, hakimiyyətin siyasətinə təsir etməklə xalq kütlələrinin vəziyyətini yaxşılaşdırmaq imkanı qazanmaq üçün lazım olub. N. nikahdan imtinanı təbliğ edib və bu baxımdan faktik olaraq ənənəvi islama zidd gedib. Lakin eyni zamanda hənəfilik sünni təriqətinin tərəfdarı olan Bəhaəddin Nəqşibəndi bütün şəriət qanunlarına, eləcə də sünnəyə ciddi riayət etməyi vacib bilib. N.-də vahid mərkəz olmasa da, Bəhaəddin Nəqşibəndinin məqbərəsi təriqət üzvlərinin ziyarət yeri sayılır.
Tarix terminləri lüğətiər. – ləğvetmə, şəklini dəyişmə
Əsasən, Quran nüsxələrinin, müxtəlif dini kitabların və ədəbi əsərlərin ərəb əlifbası ilə yazılmasında, dəftərxana işlərində tətbiq edilən bədii xətt növü.
N. XII əsrdə rəsmi xətt üslubu olan kufi xəttini sıxışdırıb aradan çıxardığı üçün belə adlanıb.
Tarix terminləri lüğətiXIV əsrin sonunda nəsx və təliq xətlərinin sintezi nəticəsində yaranmış və adını da buradan götürmüş ərəb əlifbası ilə yazılan bədii xətt növü.
N.-in məşhur xəttat Mirəli Təbrizi tərəfindən yaradıldığı güman edilir. N. XV–XVI əsrlərdə, əsasən, İran və Azərbaycanda yayılıb, ondan əlyazmaların üzünün köçürülməsində, məktubların və digər sənədlərin yazılmasında, həmçinin gümüş, bürünc və s. qiymətli metallardan hazırlanan qabların, bəzək əşyalarının tərtibatında, XVII əsrin əvvəlindən isə ən geniş dairələrdə istifadə edilib.
Tarix terminləri lüğətilat. nihil – heç nə, heç bir şey
Hamı tərəfindən qəbul olunmuş dəyərlərin, idealların, əxlaqi normaların, mədəniyyətin və s.-nin inkarı.
Bir sıra hallarda bu cür inkar yeni dəyərlərin təsdiqi və yayılması ilə əlaqədar olub; məs.: islamın mənəvi dəyərlərini inkar edən M.F.Axundzadə onları liberal ruhlu dəyərlərlə əvəzləməyə çalışıb. N. terminini ilk dəfə alman filosofu F.Q.Yakobi (1743–1819) işlədib, bir fəlsəfi kateqoriya olaraq onun geniş təhlilini isə F.Nitsşe (1844–1900) verib.
Tarix terminləri lüğətiər. – örtük
1. Müsəlman qadınların taxdığı, gözlər üçün kiçik yarıq saxlamaqla sifəti tamam gizlədən üz örtüyü.
N.-dan ictimai yerlərdə, həmçinin naməhrəm kişilərin olduğu məkanlarda istifadə olunur. Belə üz örtüyü hənbəlilik məzhəbinin ardıcılları üçün xarakterik sayılır. Ona görə də N. məhz həmin məzhəbin yayıldığı ölkələrdə – Səudiyyə Ərəbistanı, Yəmən, Oman və Birləşmiş Ərəb Əmirliklərində daha çox taxılır.
2. Keçmişdə döyüşçülərin, cəngavərlərin tanınmamaq və qorunmaq üçün taxdıqları üz zirehi.
Tarix terminləri lüğətifars. nimə – yarım, yarı + tən – bədən, gövdə
Qısa və ya uzunqollu gödəkcə formasında ənənəvi üst qadın geyimi; canlıq, can köynəyi.
Gündəlik geyim növü kimi N. (yaxud nimtən) yun və pambıq parçadan, mərasimlər üçün olan N. isə məxmər, darayı, tirmə və s. parçalardan tikilib. Bəzən N.-nin ətəyi, qollarının ağzı, yaxa və yan kəsikləri qızıl-gümüş düzmələr, yaxud zərif baftalarla bəzədilib. Azərbaycanda və qonşu Şərq xalqları arasında bu geyim növü geniş yayılıb.
Tarix terminləri lüğətisanskr. nirvana – sönmə, tükənmə
Buddizm və bir sıra digər hind dinlərində (məs.: caynizmdə) mahiyyətcə daxili bütövlük və xarici təsirlərdən tam təcridlik halını bildirən anlayış; əsas anlayışlardan biri.
Bununla belə, buddizm mətnlərində N.-nın tərifi verilmir. N. insanın mövcudluğunun son məqsədi sayılır, dərkedilməz, ifadəolunmaz bir hal, “bu dünyada və axirətdə” olacağın tam əksi kimi səciyyələndirilir. N. vəziyyətində yeganə ayırd edilən duyğu azadlıq, müstəqillik duyğusu olur. Bu hal dincliklə yanaşı, məmnunluq vəziyyəti kimi də qiymətləndirilə bilər.
Tarix terminləri lüğəti