türk. osmanlılık, osmanlıcılık
Osmanlı dövlətində XIX əsrin II yarısında formalaşmış siyasi və ideoloji doktrina.
“Yeni osmanlılar”, sonra isə “Gənc türklər” tərəfindən dəstəklənən O. (yaxud osmanizm) milli və dini mənsubiyyətindən asılı olmayaraq bütün Osmanlı dövləti təbəələrinin “bərabərliyi və vəhdəti” ideyasına əsaslanıb. XIX əsrin sonu – XX əsrin əvvəlində O. Osmanlı dövlətinin rəsmi ideologiyası olub. Bu ideologiya vahid osmanlı millətinin formalaşmasına, siyasi anlamda vətəndaş birliyinə xidmət edib, dövlətin bütövlüyünü qoruyub saxlamaq və onun parçalanmasının qarşısını almaq məqsədi güdüb. Lakin sonrakı siyasi proseslər, xüsusilə I Dünya müharibəsi (1914–1918) ərəfəsində və savaş dövründə separatçılıq meyillərinin güclənməsi O. doktrinasının səmərəsizliyini üzə çıxarıb. Bu səbəbdən Türkiyənin hakim dairləri italyan-türk (1911–1912) və I Balkan müharibələrindən (1912–1913) sonra O.-dan əl çəkərək tədricən türkçülüyə keçməyə başlayıblar.
Həmçinin bax:
Tarix terminləri lüğətiMüsəlmanların gün çıxandan şər qarışanadək hər cür yemək, içki, oyun, tamaşa və s. dünya ləzzətlərindən imtina etməsi, müsəlmanlığın beş əsas şərtindən biri.
O. (bəzi türk dillərində uraza adlanır) hicri təqviminin doqquzuncu ayı olan ramazanda 30 gün ərzində tutulur. Həmin ayda yalnız gün çıxmamışdan əvvəl (obaşdan) və gün batandan sonra (iftar) qida qəbul etməyə icazə verilir. O. ilk dəfə hicrətdən, yəni Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının Məkkədən Mədinəyə köçməsindən (622-ci il) təxminən 17–18 ay sonra tətbiq olunub. Uşaqlar, xəstələr, hamilə qadınlar və səfərdə olan müsəlmanlar O.-dan azad edilir. Qidadan müəyyən müddətə könüllü şəkildə imtina bir sıra digər dinlərdə (məs.: xristianlıq, iudaizm və s.) də var.
Həmçinin bax:
Tarix terminləri lüğətiİslamda orucluğun başa çatması münasibətilə şəvval ayının 1-də (hicri təqviminin onuncu ayı) keçirilən dini bayram.
Müsəlmanların bir-birini ziyarət etməsi, qohum-əqrəbalarla görüşməsi, küsülülərin barışması O.B.-nın səciyyəvi cəhətlərindən sayılır. Kasıbların da O.B.-nı qeyd edə bilməsi üçün insanlar mal, yaxud pul şəklində fitrə zəkatı (xüsusi vergi) verirlər. Fitrə zəkatı yoxsullara paylanır.
Tarix terminləri lüğətiOğuzlarda el şairi, nəğməkar, musiqiçi.
O. termininin etimologiyası dəqiq müəyyənləşməyib. İslam Ensiklopediyasına görə, bu termin “qabaqlamaq, yarışda önə çıxmaq” anlamını verən “oz” sözündən törəyib. Səlcuqilər dövlətinin yaranmasından çox qabaq O.-lar oğuz tayfaları arasında söz ustadı, rəqqas, sehrbaz, həkim kimi böyük nüfuz qazanıblar. Hun hökmdarlarının saraylarında O.-lar olub, qədim dövrdə onlar türk ordularını hərbi yürüşlərdə müşayiət ediblər. XV əsrdən sonra O. sözü Azərbaycan və Anadoluda aşıq, Orta Asiyada isə baxşı ilə əvəzlənib.
Tarix terminləri lüğətiOrta əsrlərdə qərbi monqol tayfalarının (derbet, bait, torqut, xoşun və s.) ümumiləşdirici adı.
O. XIII əsrdə Çingiz xana qarşı çıxsalar da, sonradan onun hakimiyyətini qəbul ediblər. XVII əsrdə O.-ın bir hissəsi Çinin qərbinə – Kukunor gölü ətrafına, digər hissəsi isə Rusiya imperiyası ərazisinə – Volqa çayının aşağı axarına köçüblər (sonralar kalmık adlanıblar). Onların üçüncü hissəsi isə Oyrat xanlığının (XVII–XVIII əsrlər) əhalisinin əksəriyyətini təşkil edib. O. monqolların digər qrupları ilə qaynayıb-qarışdıqları üçün hazırda bu termin praktik olaraq sıradan çıxıb.
Tarix terminləri lüğətiyun. oikumene < oikeo – məskunlaşdırıram
Yerin insanlar tərəfindən daimi məskunlaşmış hissəsi.
Termin ilk dəfə e.ə. VI əsrdə yunanların yaşadıqları əraziləri dünyanın başqa hissələrindən fərqləndirmək üçün coğrafiyaşünas Miletli Hekateus tərəfindən işlədilib. Sonradan insanların məskunlaşdıqları bütün ərazilər O. adlandırılmağa başlanıb. XIX əsrdə terminin digər Avropa dillərində yayılması nəticəsində onun ikili yazılış forması və müxtəlif izahları ortaya çıxıb. O. – əvvəlki “məskunlaşmış dünya” mənasını saxlayıb. “Ekumen”ə isə digər coğrafi, dini, mədəni izahlar verilib. Məsələn, Merriam-Vebster (ABŞ) lüğətinə “ekumen”in daha iki coğrafi-antropoloji izahı daxil edilib: a) dövlətin ən sıx əhaliyə və nəqliyyat şəbəkəsinə malik mərkəzi hissəsi; b) inkişafda geri qalmış qonşu regionların asılı olduqları yüksək səviyyəli mədəniyyət mərkəzi.
Tarix terminləri lüğətiYaxın keçmişdə Azərbaycanda geniş yayılmış içki, şərbətin bir növü.
O. hazırlamaqdan ötrü alça, zoğal, albalı və heyva şirəsinə bir qədər şəkər əlavə edib qaynadırlar. İçki soyuyub durulduqdan sonra onu süfrəyə verirlər. Turşməzə dada və xoş ətrə malik olan O.-ya çox vaxt gülab da əlavə edilir.
Tarix terminləri lüğətifars. ov – su mənasını verən ab sözünün təhrif olunmuş forması + fars. dan – yer bildirən şəkilçi
Bir sıra Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda yağış, süxur və kəhriz sularını yığıb saxlamaq üçün xüsusi qurğu.
O. yeraltı və yerüstü hissələrdən ibarət olur. Yerüstü hissə (giriş), bir qayda olaraq, yaraşıqlı baştağ şəklində inşa edilir. Həmin girişdən üstü tağ formasında örtülmüş pillələrlə müəyyən dərinlikdə yerləşən hovuza enirlər.
Tarix terminləri lüğətiQədimdə türk və monqol dillərində qəbilə-tayfa birliklərini (qohum qrupları, nəsil, icma və s.) ifadə edən termin.
Sonralar bu termin mahal, yurd, bölgə, oba və s. mənalarda işlədilib. Orta əsr tarixçisi Əbülqazi Bahadır xana (1603–1663) görə, O. (yaxud aymak) sözü qədim türk, uyğur və monqol dillərində “toplanmaq”, “qaydaya tabe olmaq” anlamı verir. Hazırda Monqolustanda və Rusiyanın bəzi regionlarında (Buryatiya və Altayda) “aymak” adlı inzibati-ərazi vahidləri var.
Tarix terminləri lüğəti