lat. gallicanus – hərfi mənası: qallara məxsus
XIII əsrdə yaranmış və əsas məqsədi fransız katolik kilsəsinin Roma papasından muxtariyyət əldə etməsi olan dini-siyasi hərəkat.
Q. təkcə kilsədaxili məsələləri deyil, həm də dini və dünyəvi hakimiyyətlər arasındakı münasibətləri əhatə edib. Fransa kralları dünyəvi məsələlərdə papa hakimiyyətindən asılı olmamaq üçün Q.-dan əsaslı şəkildə bəhrələniblər. Bu hərəkatın proqramı 1682-ci ildə qəbul edilmiş “Qalliyaçı ruhanilərin bəyannaməsi” adlı sənəddə öz əksini tapıb. Həmin sənəddə Q.-ın 4 əsas tələbi irəli sürülüb: kralın dünyəvi işlərdə papa hakimiyyətindən tam sərbəstliyi; papanın ümumdünya kilsə məclisinə tabe olması; papanın səlahiyyətlərinin Fransa krallığı və fransız kilsəsinin qanun və adətləri çərçivəsində məhdudlaşdırılması; papanın dini ehkamlar barədə kilsə məclisi tərəfindən təsdiqlənməmiş fikirlərinin rədd edilməsi. Bu tələblər hərəkatın XVIII əsrin sonunadək fəaliyyət proqramı olub. Böyük Fransa inqilabı cəmiyyətin həyatında və dövlət işlərində dünyəviliyi bərqərar etdikdən sonra Q. əvvəlki əhəmiyyətini itirib.
Tarix terminləri lüğətiHindistanda müstəqillik uğrunda mübarizə dövründə meydana gəlmiş, yaradıcısı M.Qandinin adını daşıyan sosial-siyasi və dini-fəlsəfi təlim.
Dinc yolla Hindistanın müstəqilliyinə nail olmaq və bu məqsədlə geniş xalq kütlələrini milli azadlıq mübarizəsinə cəlb etmək, habelə milli, dini, kasta və sosial mənsubiyyət fərqlərini nəzərə almadan bütün hindliləri həmin mücadilədə Hindistan Milli Konqres Partiyasının rəhbərliyi altında birləşdirmək Q.-in siyasi qayəsi sayılır. Patriarxal münasibətləri idealizə edən Q. kənd icmasının dirçəldilməsinə, kustar sənətkarlığın, xüsusilə əyiricilik və toxuculuğun inkişafının sürətləndirilməsinə çalışıb. Onun əsas fəaliyyət prinsipi qeyri-zorakılıq olub. M.Qandi tərəfindən hazırlanmış müstəqillik uğrunda qeyri-zorakı mübarizə taktikası satyaqraxa adlanıb. Həmin taktika özünü iki formada (müstəmləkəçilərlə əməkdaşlıqdan imtina və mülki itaətsizllik nümayiş etdirmə) büruzə verib.
Tarix terminləri lüğətiXV əsrin sonu – XVI əsrdə İngiltərədə dilənçilərə və səfillərə qarşı qəbul edilmiş qanunlar məcmusu.
Q.Q.-ə görə, səfillik və dilənçilikdə ittiham olunan insanlar damğalana, köləliyə verilə və hətta edam edilə bilərdi. Bu qanunların əsas qurbanları çəpərləmələr nəticəsində öz torpaqlarından qovularaq səfil həyat tərzi sürməyə məcbur qalmış kəndlilər olublar. Analoji qanunlar XVI–XVII əsrlərdə Niderland və Fransada da tətbiq edilib. Onların başlıca məqsədi torpaqlarını itirmiş kəndliləri zorla, hətta onlar üçün əlverişsiz şərtlərlə muzdlu əməyə cəlb etmək olub.
Tarix terminləri lüğətiisp. Tribunal de los Tumultos – hərfi mənası: qarışıqlıq, iğtişaş şurası
1567–1573-cü illərdə İspaniya Niderlandında fəaliyyət göstərmiş “İğtişaş işləri üzrə şura”nın (“Raad van beroerte”) holland tarixşünaslığında adı.
İspaniya kralı II Filippin əmri ilə onun canişini hersoq Alba tərəfindən yaradılmış bu şura Niderlanddakı burjua inqilabına qarşı mübarizə aləti kimi təsis olunub. Ondan həmçinin vətəndaş hüquqlarını və dini azadlıqları məhdudlaşdırmaq üçün də istifadə edilib. Məhz Niderland tarixində görünməmiş amansızlığına görə “İğtişaş işləri üzrə şura” az sonra Q.Ş. adlandırılıb. Qısa müddət ərzində Q.Ş. 9 minə yaxın insanı ölüm hökmünə məhkum edib. Lakin bütün bu repressiyalar Niderlandda milli-inqilabi hərəkatın qarşısını ala bilməyib.
Tarix terminləri lüğəti1. Fransada 1791 və 1848-ci illər konstitusiyaları ilə müəyyən edilən qanunverici orqan.
Birinci Q.M. 1791-ci il oktyabrın 1-dən 1792-ci il sentyabrın 20-dək fəaliyyət göstərib və öz yerini Milli Konventə verib. İkinci Q.M. isə 1849-cu il mayın 28-dən Lui Napoleon Bonapartın dövlət çevrilişinə kimi (2 dekabr 1851) fəaliyyətdə olub.
2. Bir sıra dövlətlərdə (məs.: Kosta-Rika, Salvador) parlamentin adı.
Tarix terminləri lüğətiHakimiyyət bölgüsü nəzəriyyəsinə görə, dövlət hakimiyyətinin üç müstəqil qolundan biri; qanunvericilik sahəsində hakimiyyət.
Q.H. termini qanun vermək səlahiyyətinə malik ali dövlət orqanlarına da şamil olunur. Bu səlahiyyət, bir qayda olaraq, parlament adlanan xüsusi dövlət orqanına verilir. Parlament qanunvericilik aktlarının hazırlanması və qəbulu, eləcə də hökumətin təsdiqi, müharibə elan edilməsi, beynəlxalq sazişlərin ratifikasiyası, büdcənin təsdiqi və s. mühüm dövlət əhəmiyyətli məsələlərlə məşğul olur.
See also:
Tarix terminləri lüğəti1. Dövlətin öz funksiyalarını həyata keçirməsinin əsas metodlarından biri; dövlət hakimiyyəti orqanlarının qanunlar hazırlamaq və qəbul etmək sahəsində fəaliyyəti.
2. Bütünlüklə ictimai münasibətləri və yaxud ictimai münasibətlərin hər hansı bir növünü tənzimləyən hüquq normalarının məcmusu.
Tarix terminləri lüğətiOrta əsrlərdə Azərbaycanda və bəzi qonşu ölkələrdə şəhər darvazalarının mühafizəsinə cavabdeh olan məmurların xeyrinə alınan vergi.
Həmin məmurlar Azərbaycanda qapıçıbaşı adlanıb. Bu vergi növü Ağqoyunlular dövründə geniş yayılıb: şəhərə gətirilən pambıq, soğan, düyü, kömür və s. malların hər yükündən 1/3 axça həcmində Q. alınıb. Verginin miqdarı Uzun Həsənin “Qanunnamə”si ilə müəyyən edilib.
Tarix terminləri lüğətiCənubi Qafqazda, o cümlədən Azərbaycanda VIII–IX əsrlərdən istifadə olunan qədim şum aləti.
Xalq arasında ona «ağac kotan», «əyribazı kotanı», «kəl kotanı», «ata-baba kotanı» da deyiblər. Torpaq layını çevirmə qabiliyyətinə malik Q.K.-a yerli şəraitdən asılı olaraq 4, 6, 8, 10, bəzi hallarda 12 cüt öküz, yaxud kəl qoşulub. Bu kotanı işlətmək üçün, adətən, 6-7 nəfər tələb olunub. Azərbaycanda Q.K.-dan XX əsrin 40-cı illərinədək istifadə edilib.
Tarix terminləri lüğətiing. Black Codes
1861–1865-ci illər vətəndaş müharibəsindən sonra ABŞ-ın bəzi cənub ştatlarında qəbul edilmiş, qaradərili insanlara qarşı ayrı-seçkilik xarakteri daşıyan qanunvericilik aktları.
Q.M. qaradərililərin bir sıra vətəndaşlıq və mülkiyyət hüquqlarını, eləcə də sərbəst hərəkət etmək azadlığını məhdudlaşdırıb, onların yığıncaqlar keçirməsini, silah gəzdirməsini, ağlarla nikaha girməsini yasaqlayıb. XIX əsrin 70-ci illərində bir çox ştatlarda Q.M. formal olaraq ləğv edilib, lakin onların bəzi müddəaları yerli konstitusiyalara və cinayət qanunvericiliyinə salınıb.
Tarix terminləri lüğətiAzərbaycanda mis sikkələrə aid edilən termin.
XVI–XVIII əsrlərdə böyük mis sikkələr (1/2 şahı, 5 qazbeki və s.) iri Q.P., kiçik mis sikkələr isə (1/4 şahı, 1 və 2 qazbeki,) xırda Q.P. adlanıb. Sonrakı dövrlərdə də mis və bürünc sikkələrə xalq arasında bəzən Q.P. deyiblər.
Tarix terminləri lüğətiKeçmişdə Azərbaycanda, xüsusilə Kiçik Qafqaz ərazisində geniş yayılmış arxaik ev tipi.
Q. ağacdan düzəldilən pilləli formada dam örtüyünə malik olub. Dam örtüyünün mərkəzində içəriyə işıq düşməsi və tüstünün çıxması üçün dəlik saxlanılıb. Dəliyin altında döşəmədə isə açıq ocaq yerləşib. Q.-ın divarları daşdan, çiy kərpicdən və möhrəpalçıqdan, bəzən torpaqdan, nadir hallarda taxtadan olub. Terminin etimologiyası dəqiq müəyyənləşməyib. Bir sıra tədqiqatçıların fikrincə, bu cür evlər böyük patriarxal ailəyə məxsus olduğu üçün məhz “böyük ev” mənasında Q. adlandırılıb. Belə ki, əski türk dilində “qara” sözü “böyük”, “iri” anlamını verir. Digər tədqiqatçılar isə ortalıqda yanan açıq ocağın tüstüsünün tavanı və divarları hisə boyadığı üçün həmin evlərə Q. deyildiyi qənaətindədirlər. Gürcüstanda Q. darbazi adlanır.
Tarix terminləri lüğəti