XX əsrin əvvəlində Rusiyada mürtəce “Qara yüzlər” (“Черная сотня») təşkilatının üzvləri.
Hökumətin birbaşa dəstəyi ilə yaradılmış bu təşkilat ifrat monarxist mövqeyi və demokratik təşkilatlara barışmaz münasibəti ilə seçilib. 1905–1907-ci illər inqilabı zamanı çarizm Q.-dan inqilabi hərəkata və imperiyanın müstəmləkə ucqarlarında milli azadlıq mücadiləsinə qarşı fəal şəkildə istifadə edib. Q. inqilabi və demokratik təşkilatlara, eləcə də onların üzvlərinə qarşı hücumlar həyata keçiriblər, 1908–1912-ci illər “Stolıpin irticası” dövründə xüsusilə fəallaşıblar. Q.-ın fəaliyyəti 1917-ci il Fevral inqilabından sonra qadağan olunub. Həmin vaxtdan bu termin məcazi mənada bütün ifrat mürtəce cərəyan və təşkilatlara, habelə onların üzvlərinə aid edilir.
Tarix terminləri lüğətiAlaçığın bir növü.
Q. qurmaq üçün çubuqları dairəvi xətt üzrə yerə basdırır, onların yuxarı uclarını əyib ağacdan hazırlanmış sağanağın (dairəvi qurşağın) deşiklərinə taxır və üzərini qara keçə ilə örtürlər. Sağanaq həm də baca funksiyasını yerinə yetirir. Q. ailə üzvlərinin sayından asılı olaraq müxtəlif ölçüdə olur.
Həmçinin bax:
Tarix terminləri lüğəti1125-ci ildə Kidanlar (Xitaylar) dövləti dağıldıqdan sonra Orta Asiyaya köçmüş, habelə daha əvvəl həmin ərazidə məskunlaşmış monqol mənşəli kidanların (xitayların) orta əsr mənbələrində adı.
Əsasən, Talas və Çu çayları vadisində yerləşən Q. burada eyniadlı dövlətin (1140–1213) əsasını qoyublar. Q. buddist olublar, sonralar qonşu türk xalqlarına qarışaraq onların etnogenezində iştirak ediblər.
Tarix terminləri lüğətiit. Camicie nere
İtaliyada faşist partiyasının I Dünya müharibəsindən sonra yaratdığı, II Dünya müharibəsinin sonuna kimi fəaliyyət göstərmiş könüllü milis dəstələrinin üzvləri.
Bu milis dəstələri (tam adı: Milizia Volontaria per la Sicurezza Nazionale – Milli Təhlükəsizlik könüllü milisi) B.Mussolininin şəxsi təşəbbüsü ilə yaradılıb. İtalyan faşistləri qara köynək geyindikləri üçün həmin dəstələrin üzvləri də belə adlandırılıblar. Sonralar eyni uniformadan italyan faşistlərinin digər ölkələrdəki (məs.: Almaniya və Böyük Britaniyadakı) həmfikirləri də istifadə ediblər.
Tarix terminləri lüğətiBayraqlarında qara qoyun təsvir olunduğu üçün belə adlandırılmış türk tayfa birliyi.
Mənşəcə oğuzlara aid olan Q. ilk əvvəl Van gölünün cənubunda məskunlaşıblar, sonradan isə ətraf ərazilərə yayılıblar. Q.-a baharlılar tayfası başçılıq edib. 1410-cu ildə onlar Q. dövlətinin əsasını qoyublar, lakin 1468-ci ildə Ağqoyunlulara məğlub olaraq regionda hakim mövqelərini itiriblər. Q. Azərbaycan xalqının etnogenezində fəal iştirak ediblər.
Tarix terminləri lüğətiAzərbaycanlıların etnoqrafik qrupu.
Şimali Azərbaycan ərazisində yaşayan Q.-ın bir hissəsi XIX əsrin əvvəllərində rus işğalları ilə əlaqədar Türkiyəyə (Qars bölgəsinə) və İrana (Cənubi Azərbaycana) köçüblər, həmin ölkələrdə əkinçilik, qismən maldarlıqla məşğul olublar. Q. azərbaycanlılarla qaynayıb-qarışsalar da, öz etnik xüsusiyyətlərinin bir çoxunu müasir dövrümüzə qədər qoruyub saxlayıblar.
Tarix terminləri lüğətiStrabona görə, Qafqaz Albaniyasından şimalda, Moisey Xorenli və Musa Kalankatlıya görə isə Albaniya hüdudlarında məskunlaşmış qədim Qafqaz tayfalarından biri.
Son iki müəllif Alban əlifbasının məhz Q.-ın dili əsasında yaradıldığını göstərir. Q.-ın etnik mənşəyi bu günədək mübahisəli olaraq qalır.
Tarix terminləri lüğətifr. garnison – təchizetmə, silahlandırma
İstər sülh, istər müharibə şəraitində möhkəmləndirilmiş məntəqənin mühafizəsi və müdafiəsi üçün daimi, yaxud müvəqqəti olaraq orada yerləşdirilmiş qoşun, hərbi hissə.
Konkret məntəqəyə təhkim edilən Q. manevrlər keçirmək üçün nəzərdə tutulan səhra (fəal) qoşun hissələrindən fərqlənir.
Tarix terminləri lüğətiavest. gāθās – dini nəğmə, təntənəli nəğmə
“Avesta”nın Zərdüşt peyğəmbərin 17 poetik himnindən ibarət olan ən mühüm və mötəbər hissəsi.
Vahid yaradıcı Tanrıya – Ahura Məzdaya həsr olunmuş bu himnlər ayrı-ayrı fəsillər şəklində “Avesta”nın birinci hissəsinə daxil edilib. Q. zərdüştilik kahinləri (mobedlər) tərəfindən ibadət zamanı ifa olunur.
Tarix terminləri lüğətiElxanilər dövlətinin hökmdarı Qazan xan (1295–1304) tərəfindən XIV əsrin əvvəlində həyata keçirilmiş islahatlar.
Q.X.İ.-nın əsas məqsədi mərkəzi hakimiyyəti möhkəmlətmək və iqtisadiyyatı dirçəltmək olub. Bunun üçün ölkədə vahid pul sistemi yaradılıb, sabit çəki və ölçü vahidləri tətbiq olunub, torpaq və məhkəmə islahatları keçirilib. Yerli məmurların səlahiyyətlərindən sui-istifadə etməsinin və özbaşınalıq hallarının qarşısını almaq məqsədilə vergilərin dəqiq miqdarı müəyyənləşdirilib. Bir sıra vergilər azaldılıb, bəziləri isə, ümumiyyətlə, ləğv edilib. Q.X.İ. iqtisadi inkişafa və əhalinin maddi vəziyyətinin nisbətən yaxşılaşdırılmasına şərait yaradıb.
Tarix terminləri lüğətiXVI–XVIII əsrlərdə Azərbaycanda və İranda dövriyyədə olmuş mis sikkə.
Bu sikkə Şirvanşah Qazıbəyin (1501–1502) dövründə kəsildiyi üçün belə adlanıb. Onun nominal dəyəri 5 dinara, 10 Q. isə 1 abbasıya bərabər olub. 2 və 5 Q.-lik sikkələr də kəsilib və onlara «qara pul» deyilib.
Tarix terminləri lüğəti