ər. qərar – hökm, sərəncam + fars. gah – yer
Silahlı qüvvələrdə əsas idarəedici orqan.
Bütün hərbi hissə, gəmi və qoşun birləşmələrində müvafiq komandanlığa tabe olan Q. var. Qədim dövrdə və orta əsrlərdə (təxminən XVI əsrə qədər) qoşunlar nisbətən azsaylı olduğundan və döyüşlər məhdud məkanda getdiyindən sərkərdə savaş meydanını görə bilib və qoşunları idarə etmək üçün onun xüsusi orqana – Q.-a ehtiyacı qalmayıb. Lakin Avropada nizami orduların (XVI əsrin sonu – XVIII əsrin əvvəli) formalaşması, zabit və əsgərlərin sayının kəskin surətdə artması nəticəsində qoşunların idarə olunmasını təkmilləşdirmək zərurəti meydana çıxıb və bu məqsədlə Q.-lar yaradılmağa başlayıb. Q.-ın əsas vəzifəsinə komandanlıq üçün məlumatların toplanması, mövcud əməliyyat şəraitinin öyrənilməsi, döyüş planlarının hazırlanması, bütün qüvvələrin qarşılıqlı əlaqəsinin təmin edilməsi və bu kimi məsələlər daxildir.
Tarix terminləri lüğətifr. Drôle de guerre, ing. Phoney War, alm. Sitzkrieg
II Dünya müharibəsi (1939–1945) zamanı 1939-cu il sentyabrın 3-dən 1940-cı il mayın 10-dək olan dövr.
Bu dövrdə Fransa və Böyük Britaniya Almaniyaya müharibə elan etsələr də, dəniz döyüşləri istisna olmaqla fəal hərbi əməliyyatlar aparılmayıb. Fransız-alman cəbhəsində yalnız lokal toqquşmalar qeydə alınıb. Alman komandanlığı bundan kifayət qədər bəhrələnib: müttəfiqlərin fəaliyyətsizliyindən istifadə edərək Polşa kampaniyasını həyata keçirib, Danimarka və Norveçi işğal edib, ən başlıcası isə Fransaya hücum üçün hərbi hazırlıqlarını başa çatdırıb. 1940-cı il mayın 10-da Almaniyanın Belçika və Hollandiya üzərinə irimiqyaslı hücumu ilə Q.M. dövrü sona yetib.
Tarix terminləri lüğətiər. – zaman, dövr
1. 33 illik dövrü əhatə edən zaman ölçüsü vahidi.
Q. «əsr» və ya «era» mənasında da işlənir, lakin əksər hallarda həmin termin məhz «33 illik dövr» anlamında iştifadə edilir. Bu, onunla izah olunur ki, qəməri il tropik ildən (Yerin Günəş ətrafında fırlanma müddətindən) təqribən 11 gün qısadır: beləliklə, qəməri və tropik illərin başlanğıcı yalnız hər 33 ildən bir üst-üstə düşür.
2. Həccə gedənlərin ibadətə yollandıqları Ərəfət dağındakı zirvə qruplarından birinin adı.
Tarix terminləri lüğətiŞiəlikdə ismaililik təriqətinin qollarından biri.
«Qərmət» ləqəbli din xadimi Həmdən əl-Əşəsin adı ilə bağlı bu təlim IX əsrin sonunda Cənubi Mesopotamiyada meydana gəlib. Bir sıra bidətləri özündə ehtiva etdiyi üçün Q. islam dini çərçivəsindən kənara çıxıb, onun ehkamlarının dəyişdirilməsinə cəhd göstərib. Q. müqəddəslərin qəbirlərini ziyarət etməyi, Kəbə daşını öpməyi yasaqlayıb. Onun sosial idealı torpaq üzərində icma mülkiyyətinin bərpası və ümumi bərabərlik olub. 899-cu ildə Q. tərəfdarları Bəhreyni ələ keçirərək Şərqi Ərəbistanda XI əsrə kimi mövcud olmuş dövlət yaradıblar, lakin sünnilərlə aramsız müharibələrdə getdikcə zəifləyiblər və son nəticədə məğlubiyyətə uğrayıblar. XI əsrin sonu – XII əsrin əvvəlinədək ismaililik təriqətinin bu qolu tamamilə sıxışdırılaraq aradan çıxarılıb.
Tarix terminləri lüğətiər. – saray, imarət, qala
Feodalın möhkəmləndirilmiş, istehkam xarakterli iqamətgahı, imarəti.
Q.-lər müdafiə baxımından əlverişli ərazilərdə (su hövzələri, dağlarla əhatələnmiş yerlərdə və s.) tikilib. Eyni zamanda onların ətrafında xüsusi mühəndis qurğuları inşa edilib – bəndlər salınıb, xəndəklər qazılıb, qalın divarlar çəkilib və s. Q.-lər passiv müdafiə üçün nəzərdə tutulub. Artilleriyanın inkişafı ilə əlaqədar Q.-lər də müdafiə əhəmiyyətini itirərək sırf memarlıq abidələrinə çevrilib. Orta əsrlərdə Azərbaycanda bir çox Q.-lər tikilib: Bayıl Q.-i (XIII əsr), Mərdəkan Q.-i (XIII əsr), Ramana Q.-i (XIV əsr) və s.
Tarix terminləri lüğətiÇar Rusiyasında inzibati ərazi vahidi.
XVIII əsrin əvvəlindən etibarən Q. (uyezd) quberniyanın tərkib hissəsi olub və öz növbəsində nahiyələrə (volostlara) bölünüb. Azərbaycanda XIX əsrin 40-cı illərindən yaradılan Q.-lar çarizmin devrilməsindən (1917) sonra da həm AXC (1918–1920) dövründə, həm sovetləşmənin ilkin mərhələsində mövcud olub, yalnız 1929-cu ildə SSRİ-nin inzibati-ərazi sistemində həyata keçirilən islahatla əlaqədar ləğv edilib. Baltik respublikalarında (Litva, Latviya və Estoniyada) Q.-lar 1949–1950-ci illərə kimi qalıb.
Tarix terminləri lüğətiBaltikyanı ölkələri zəbt etmək üçün papa III İnnokentinin xeyir-duası ilə 1202-ci ildə əsası qoyulmuş alman katolik dini-cəngavər ordeninin üzvləri.
Bu təşkilat rəsmən “Livoniyalı İsa Məsih döyüşçüləri qardaşlığı” (lat. Fratres militiæ Christi de Livonia) adlanıb. Ordenin üzvlərinə isə üzərində qırmızı qılınc və xaç təsviri olan ağ bürüncəklər geydikləri üçün Q. deyiblər. XIII əsrin əvvəlində Q. Baltikyanı ərazilərə bir sıra səlib yürüşləri təşkil ediblər, lakin 1236-cı ildə litvalılarla sonradan latışların tərkibinə daxil olmuş zemqalların birləşmiş dəstələri tərəfindən ağır məğlubiyyətə uğradılıblar. 1237-ci ildə Q.-ın qalıqları Tevton ordeni ilə birləşərək Livoniya ordenini yaradıblar.
Tarix terminləri lüğətiçin. Qīnchá
Qədim türk xalqı olan qıpçaqların (kumanların, yaxud poloveslərin) dili.
O, türk dillərinin qıpçaq qrupunun qıpçaq-oğuz yarımqrupuna daxil olub; hazırda ölü dil hesab edilir. Qıpçaq sözlərinə bir çox yazılı abidələrdə, o cümlədən M.Kaşğarinin “Divanü lüğat-it-türk” əsərində, “İqor polku haqqında dastan”da, XIII əsrdə Misirdə tərtib olunmuş “Türkcə-ərəbcə lüğət”də rast gəlinir. Q.Q.-nin ən böyük ədəbi abidəsi “Codex Gumanicus” (XIII əsrin sonu) adlanan latınca-farsca-qıpçaqca lüğətdir. Bu dillə bağlılığı olan son yazılı abidələr XVI əsrə aid edilir.
Tarix terminləri lüğətiçin. Qīnchá
Vətəni Altayın şimal-qərbindəki Çjeylen vadisi hesab olunan qədim türk xalqı.
Monqoloid irqinə mənsub Q.-ın (kumanların, yaxud poloveslərin) bu ərazidə yaşadıqları barədə məlumata e.ə. 203-cü ilə aid Çin xronikasında rast gəlinir (xronikada onlar “küyeşe”, “tszyüşe” adı ilə xatırlanırlar). Əsasən, köçəri maldarlıqla məşğul olan həmin xalq eramızın VI–VII əsrlərində Orxon və İrtış çayları hövzəsinə köç edib. Q. etnonimi ilk dəfə məhz bundan sonra – VIII əsrə aid Selevkin kitabələrində qeydə alınıb. IX–X əsrlərdə Q. Tyan-şan dağlarının ətəklərindən Dunay və Volqaya qədər geniş bir ərazidə məskunlaşıblar, ərazinin özü isə Dəşt-i Qıpçaq adlanıb. Q.-lar üç qrupa – ağqıpçaq, qaraqıpçaq və sarıqıpçaqlara bölünüblər. Onlar bir çox türk xalqlarının (qazax, qırğız, özbək, başqırd, türkmən, balkar, tatar, qaraçay və b.) təşəkkülündə mühüm rol oynayıblar, habelə azərbaycanlıların etnogenezində iştirak ediblər. Q. Azərbaycana ilk dəfə VIII əsrdə xəzərlərin tərkibində gəliblər. IX–XI əsrlərdə şimaldan Cənubi Qafqaza köç etmiş türk tayfalarının əksəriyyətini də onlar təşkil ediblər. XI–XIII əsrlərdə Q. rus torpaqlarına və Bizans imperiyasına qarşı saysız-hesabsız yürüşlərin iştirakçıları olublar. Monqol yürüşləri başlandıqdan sonra Q.-ın bir hissəsi Qızıl Ordanın tərkibinə qatılıb, digər hissəsi Macarıstana köç edərək orada yerli əhali ilə qaynayıb-qarışıb.
Həmçinin bax:
Tarix terminləri lüğəti1917–1923-cü illərdə bolşeviklər tərəfindən sovet rejiminin əleyhdarlarına qarşı həyata keçirilən genişmiqyaslı cəza tədbirləri kompleksi.
Q.T. bolşevik hökumətinin dövlət səviyyəsində gerçəkləşdirdiyi repressiya siyasətinin tərkib hissəsi olub təkcə antibolşevik qüvvələrin deyil, həm də dinc əhalinin gözünü qorxutmaq məqsədi güdüb. O həm qanunvericilik aktları vasitəsilə, həm də qanundankənar üsullarla həyata keçirilib. “Q.T. haqqında” dekret 1918-ci il sentyabrın 5-də verilib, lakin bolşeviklər siyasi rəqiblərinə qarşı terrordan bundan xeyli əvvəl istifadə etməyə başlayıblar. 1920-ci ilin aprel işğalından sonra Azərbaycanda da Q.T. tətbiq olunub. Təkcə 1921-ci ilin avqustunadək burada 48 min insan Q.T.-un qurbanına çevrilib.
Tarix terminləri lüğəti1854–1862-ci illərdə Cənubi Çində baş vermiş kəndli üsyanının iştirakçıları.
Üsyançılar başlarını qırmızı parça ilə bağladıqlarına görə belə adlandırılıblar. İlkin mərhələdə Q. xeyli uğurlar qazanıblar və sayları bir neçə yüz minə qədər artıb. Lakin onların liderləri ölkənin siyasi perspektivlərinə dair yekdil rəyə gələ bilməyiblər və tezliklə bu, ciddi problemlər yaradıb. Belə ki, Q.-ın liderlərindən bəziləri özlərini taypinlərin tərəfdarları elan ediblər, digərləri Min sülaləsinin hakimiyyətinin bərpası uğrunda mübarizə apardıqlarını bildiriblər. Üsyançıların nümayəndələrindən yeni bir sülalənin formalaşdırılmasını qarşısına məqsəd qoyanlar da olub. Bu zəmində dərinləşən ixtilaflar Q. üsyanının hökumət qoşunları tərəfindən dağıdılmasına şərait yaradıb.
Tarix terminləri lüğəti1351–1368-ci illərdə Çində monqol hökmranlığına və Yuan monqol imperiyasına qarşı azadlıq hərəkatının iştirakçıları.
Hərəkata qoşulanlar fərqləndirici nişan kimi başlarına qırmızı sarıq bağladıqları üçün belə adlandırılıblar. Üsyan nəticəsində monqollar Çindən qovulub və Yuan sülaləsinin ölkədəki hökmranlığına son qoyulub. Q.-ın liderlərindən Çyu-Yuan-çjan isə 1368-ci ildə Nankində özünü yeni Min sülaləsinin ilk imperatoru elan edib.
Tarix terminləri lüğətiXV–XVI əsrlərdə Azərbaycan, Anadolu və İran ərazisində məskunlaşmış türk tayfaları ittifaqı.
Öncə şamlu, rumlu, ustaclı, əfşar, təkəli, qacar və zülqədər tayfalarından ibarət olan Q.-ın tərkibinə sonralar bayat, baharlı, alpaut və b. tayfalar da qatılıb. Bu tərkibdə yeganə irandilli tayfa talışlar olub. Q. 12 şiə imamının şərəfinə başlarına 12 qırmızı zolaqlı çalma bağladıqları üçün belə adlandırılıblar. Onlar Səfəvilərin hərbi dəstələrinin özəyini təşkil ediblər və Səfəvilər dövlətində hakim mövqeyə malik olublar. Həmin dövlətin çox vaxt “Qızılbaşlar dövləti” adlanması bununla izah edilir. Keçmişdə Osmanlı dövlətində ələviləri və bütün şiələri Q. adlandırıblar.
Tarix terminləri lüğəti