ivr. rabban < rabbi – müəllim
İudaizmdə müvafiq təhsil aldıqdan sonra verilən dini rütbə.
R.-in Tövrat və Talmuda şərh vermək, yəhudi icmasına rəhbərlik etmək, dini məhkəmənin üzvü olmaq hüququ var. Orta əsrlər və yeni dövrdə R.-lər yəhudi icmalarının təkcə dini deyil, həm də siyasi və iqtisadi həyatına başçılıq ediblər. R.-lər müasir İsrailin ictimai-siyasi həyatında da mühüm rol oynayırlar.
Tarix terminləri lüğətirus. разночинцы < разные – müxtəlif + чины – dərəcələr, silklər
XVIII–XIX əsrlərdə Rusiyada müxtəlif dərəcə və silklərdən olub təhsil almış və keçmiş mühitlə əlaqəni kəsmiş adamlardan ibarət qarışıq sosial təbəqə.
R.-in sırasına tacirlər, ruhanilər, kəndlilər, meşşanlar, kiçik məmurlar, yoxsullaşmış zadəganlar daxil idilər. Bu təbəqə ölkədə kapitalizmin inkişafı nəticəsində zehni əməklə məşğul olanlara tələbatın artması ilə əlaqədar yaranıb. XIX əsrin 40-cı illərindən R. Rusiyanın ictimai və mədəni həyatına ciddi təsir göstəriblər. Təhkimçilik hüququnun ləğvindən (1861) sonra isə onlar burjua ziyalılarının formalaşması üçün əsas sosial bazaya çevriliblər. R.-in nümayəndələri xalqçılıq hərəkatında mühüm rol oynayıblar.
Tarix terminləri lüğətilat. reducere – geriyə qaytarmaq
XVI–XVII əsrlərdə bir sıra Avropa dövlətlərində əvvəllər feodal zadəganlara verilmiş xəzinə torpaqlarının kral hakimiyyəti tərəfindən geri alınması.
Kral mütləqiyyətini möhkəmlətmək məqsədi daşıyan R. xüsusilə İsveçdə XVII əsrin II yarısında geniş yayılıb. Polşada isə o daha əvvəl – XVI əsrin I yarısında həyata keçirilib.
Tarix terminləri lüğətifr. redoute < reductus – kənarda, uzaqda yerləşən
Ayrıca yerləşmiş və dairəvi müdafiə üçün nəzərdə tutulmuş istehkam qurğusu.
Kvadrat, düzbucaqlı və ya çoxbucaqlı formasında inşa edilən R.-lardan XVI əsrdən XX əsrin əvvəlinədək müdafiə xətlərində dayaq nöqtələri kimi geniş istifadə olunub. R.-un qarnizonu 1–2 rotadan ibarət olub və bir sıra hallarda artilleriya ilə təchiz edilib.
Tarix terminləri lüğətilat. regens – idarə edən, hakimiyyət sürən
Monarxiya dövlətlərində dövlət başçısının səlahiyyətinin müvəqqəti olaraq kollegial və ya təkbaşına həyata keçirilməsi forması.
Monarx azyaşlı olduqda, müxtəlif səbəblər üzündən fəaliyyət qabiliyyətini itirdikdə, habelə uzun müddətə ölkədən getdikdə, yaxud taxt-tac boş qaldıqda bu formadan istifadə edilir. R.-in təyin olunması və həyata keçirilməsi xüsusi qanunla tənzimlənir.
Tarix terminləri lüğətilat. referendum – xəbər verilməli olan
Konstitusiya, qanunvericilik, habelə daxili və xarici siyasət sahəsində ən mühüm məsələlər üzrə qərarların ümumxalq səsverməsi yolu ilə qəbul edilməsi üsulu.
Konstitusiya R.-unda anayasa layihəsi və ya ona dəyişikliklər, qanunvericilik R.-unda yeni qanun layihəsi, yaxud onun başlıca müddəaları səsverməyə çıxarılır. R. birbaşa demokratiyanın elementlərindən sayılır. Ümumxalq səsvermələrinin keçirilmə qaydaları xüsusi normativ aktlarla nizamlanır.
Tarix terminləri lüğətilat. reformatio – dəyişiklik, düzəliş
XVI əsrdə katolik təliminə və kilsəsinə qarşı dini mübarizə forması almış antifeodal xarakterli ictimai-siyasi və ideoloji hərəkat.
Sosial mahiyyəti və tərkibinə görə çox mürəkkəb bir hərəkat olan R. Qərbi və Mərkəzi Avropa ölkələrinin əksəriyyətini əhatə edib. O, katolik kilsəsində köklü islahatlar həyata keçirmək uğrunda mübarizə aparıb. R.-nın əsas ideoloqları – M.Lüter, J.Kalvin və U.Svinqli – kilsənin dindarlarla Allah arasında vasitəçiliyini rədd ediblər, hər kəsin öz daxili inamına əsaslanaraq Allahla “əlaqə” yaratmağa qadir olduğunu deyiblər. Bununla da onlar katolik kilsəsinin və papa başda olmaqla xüsusi ruhanilər təbəqəsinin mövcudluğuna heç bir zərurət görməyiblər. R. hərəkatı həmçinin kilsə mülkiyyətinin, ilk növbədə, kilsəyə məxsus geniş torpaq sahələrinin müsadirəsinə çalışıb. Bu hərəkat xristianlıqda protestantlıq cərəyanının meydana çıxması və katolik kilsəsinin mövqelərinin xeyli zəifləməsi ilə nəticələnib.
Tarix terminləri lüğətiisp. reconquista < reconquistar – geri alma, geri qaytarma
VIII əsrdə ərəblər və bərbərlərin Pireney yarımadasında ələ keçirdikləri torpaqların geri qaytarılması uğrunda bu yarımadanın köklü xalqlarının uzunmüddətli mübarizəsi.
718-ci ildə Kovadonqa yaxınlığında döyüşlə başlanan R. 1492-ci ildə Qranada əmirliyinin süqutu ilə sona çatıb. Bununla da ərəblərlə bərbərlər Pireney yarımadasından tamamilə çıxarılıblar.
Tarix terminləri lüğətiRusiyada XVIII–XIX əsrlərdə nizami ordu və donanmanın komplektləşdirilməsi sistemi.
R.M. ilk dəfə I Pyotrun fərmanı ilə 1705-ci ildə tətbiq edilib və 1874-cü ildə ümumi hərbi mükəlləfiyyətlə əvəzlənib. Bu dövrdə kəndlilər və meşşanların orduya və donanmaya müəyyən sayda rekrut (əsgər) verməsi nəzərdə tutulub. İlk vaxtlardan zadəganlar, sonrakı mərhələdə bəzi digər əhali kateqoriyaları da həmin mükəlləfiyyətdən azad edilib. Öncə R.M. üzrə hərbi xidmət ömürlük olub, 1793-cü ildə – 25, 1834-cü ildə – 20, 1855–1872-ci illərdə isə – 12, 10 və 7 ilədək azaldılıb. Əvvəlcə hər 100 həyətdən 1 rekrut alınıb. Sonradan isə rekrut toplanması əhalinin sayına görə müəyyənləşdirilib: XIX əsrin ortalarında mükəlləfiyyətin şamil olunduğu əhalinin hər 1000 nəfərindən 5-7, fövqəladə hallarda isə 10-dan artıq rekrut yığılıb.
Tarix terminləri lüğətilat. requisitio – tələb
Xüsusi mülkiyyətçinin əmlakının dəyəri ödənilməklə məcburi qaydada dövlət mülkiyyətinə keçirilməsi və ya dövlətin müvəqqəti istifadəsinə verilməsi.
R., adətən, qanunla nəzərdə tutulmuş fövqəladə hallarda (müharibə, təbii fəlakət, epidemiya və s.) tətbiq olunur.
Tarix terminləri lüğəti