ər. – hərfi mənası: məktub, yazılı ərizə
Ərəb yazısında xətt növü.
R. ərəb əlifbasındakı altı klassik xətt növündən biri sayılır və sürətlə yazmağa imkan verir. R.-ni XIII əsrdə ərəb xəttatı Əbülfəzl Dinəvəri yaradıb. Ondan orta əsrlərdə öncə əlyazmalarda, sonralar isə kitab başlıqlarında, ünvanların yazılışında istifadə olunub.
Həmçinin bax:
Tarix terminləri lüğətifars. rüx – üz, çöhrə + bənd – sədd, bağlama
Gözün üstündən salınan hissəsi tordan ibarət dördkünc parçadan qadın baş örtüyü.
Müsəlman Şərqində, o cümlədən keçmişdə Azərbaycanda geniş yayılmış R., adətən, ipək parçadan hazırlanıb, üzəri müxtəlif tikmələrlə bəzədilib. Orta Asiyada o, pərəncə adlanıb.
Tarix terminləri lüğətiXIX əsrin sonu – XX əsrin əvvəlində Azərbaycanda fəaliyyət göstərmiş yeni üsullu məktəb.
İlk R.-A.M. 1887-ci ildə Bakıda fəaliyyətə başlayıb. Şagirdləri azərbaycanlılardan ibarət olan bu tədris müəssisələrində (onlara “rus-tatar məktəbi”, “rus-müsəlman məktəbi” də deyilirdi) ana dili, rus və fars dilləri, hesab, coğrafiya, tarix, şəriət fənləri keçilirdi. Qısa müddətdə belə məktəblər Azərbaycanda yayılıb: XIX əsrin sonunda Bakı ilə yanaşı, Şuşa, Naxçıvan, Şəki, Şamaxı, Gəncə və digər bölgələrdə də R.-A.M.-ləri fəaliyyət göstərib. 1920-ci il aprel işğalından sonra onlar ləğv edilib.
Tarix terminləri lüğətiQədim germanların əlifbası.
Bu əlifba eramızın I–II əsrlərindən XIII əsrədək Skandinaviya, İslandiya, İngiltərə, Şimali Avropada istifadə olunub, həm soldan-sağa, həm də sağdan-sola yazılıb. Şimali Avropa xalqlarının xristianlığı qəbul etməsindən sonra o, latın əlifbası tərəfindən sıxışdırılaraq aradan çıxarılıb. Qədim (24 işarə) və yeni (16 işarə) R.Y. fərqləndirilir. R.Y.-nın mənşəyi dəqiq müəyyənləşməyib. Bəzi tədqiqatçıların fikrincə, həmin yazılar Şimali İtaliya əlifbalarından birinin əsasında yaradılıb. Lakin bu mülahizəni, eləcə də R.Y.-nın Orxon-Yenisey əlifbası ilə qohumluğu fikrini təsdiq edəcək faktlar hələlik aşkarlanmayıb.
Tarix terminləri lüğətiHind-Avropa dil ailəsinin roman dillərində danışan, müxtəlif etnik mənşəyə malik xalqlar qrupu.
R.X.-na aid edilən millətlər – portuqallar, rumınlar, fransızlar, korsikalılar, moldovanlar, asturiyalılar və d. təkcə etnik mənşəcə deyil, həm də bir-birindən xeyli aralı yerləşən coğrafi məkanlarda məskunlaşmaları ilə fərqlənirlər. R.X.-nı birləşdirən yeganə amil – dil birliyi isə onların əcdadlarının Roma imperiyası ərazisində yaşaması və latın dilinin güclü təsiri altına düşməsinin nəticəsidir. R.X.-nın dillərinin latın dili əsasında formalaşması prosesi V–IX əsrlərdə, Roma imperiyasının dağılmasından sonrakı dövrdə baş verib.
Tarix terminləri lüğətifr. royaliste < royal – krala aid olan, kral adamı
Kral hakimiyyəti tərəfdarları, monarxistlər.
R. termini ilk dəfə Böyük Fransa inqilabı dövründə Burbonlar sülaləsinin tərəfdarları haqqında işlədilib, sonralar tətbiq dairəsini genişləndirərək “monarxistlər” məfhumunun sinoniminə çevrilib.
Tarix terminləri lüğətiQərbi Avropa cəngavərlərinin hərbi-rahib təşkilatları.
R.-C.O. katolik kilsəsinin rəhbərliyi altında XI–XII əsrlərdə səlib yürüşləri dövründə yaradılıb. Bu təşkilatların məqsədi səlibçilərin Şərqdə ələ keçirdikləri mülklərin mühafizəsi və qeyri-xristianlara (müsəlmanlara, bütpərəstlərə) qarşı mübarizə pərdəsi altında Avropada yeni ərazilər ələ keçirmək olub. Tevton ordeni, iohançılar, trampliyerlər, Alkantara, Kalatrava və bu kimi R.-C.O. mövcud olub. Onlardan bəziləri (məs.: Tevton ordeni) Qərbi Avropada hələ də fəaliyyət göstərir.
Həmçinin bax:
Tarix terminləri lüğətiQızılbaşlar ittifaqına daxil olan türk tayfası.
R.-ın əcdadları Səlcuq hakimiyyəti və Monqol imperiyası dövründə Orta Asiyadan Kiçik Asiyaya köç edərək Sivas və Amasiya ərazisində məskunlaşıblar. Onların “Rum elindən olan” mənası daşıyan adları buradan yaranıb (Bizans ərazisini türklər Rum adlandırıblar). Bir çox köçəri və yarımköçəri qızılbaş tayfalarından fərqli olaraq R. oturaq həyat tərzi sürüblər. Bu tayfanın üzvləri Səfəviyyə şeyxlərinin müridləri sayılıblar, onların hərbi qüvvələrinin əsasını təşkil edənlərdən olublar. Səfəvi dövlətinin təşəkkülü və möhkəmlənməsində R. mühüm rol oynayıblar: xeyli görkəmli sərkərdə yetişdiriblər, bir çox əyalətlərin bəylərbəyi təyin olunublar. R. azərbaycanlıların etnogenezində yaxından iştirak ediblər.
Həmçinin bax:
Tarix terminləri lüğətiKeçmiş rus zabitlərində (əsasən, qusarlarda) ölümlə nəticələnə bilən mərc oyunu.
Mərc kəsənlər revolverin barabanına bir güllə qoyur, barabanı fırladırlar. Sonra oyunçu revolveri alnına dirəyib tətiyi basır. Bəxti gətirərsə, növbə digər oyunçuya keçir. Revolver hər dəfə əldən-ələ keçəndə baraban yenidən fırladılır.
Tarix terminləri lüğəti