Əl əməyinə əsaslanan manufakturadan iri maşınlı sənaye istehsalına keçidlə ifadə olunan texniki-iqtisadi və sosial-siyasi dəyişikliklər sistemi.
Bu dəyişikliklər sistemi nəticəsində kapitalizmin feodalizm üzərində qəti qələbəsi baş tutub. S.Ç. ilk olaraq XVIII əsrin 60-cı illərində İngiltərədə başlayıb. Artıq XIX əsrin əvvəlində bu ölkədə iri maşınlı istehsal manufaktura və sənətkarlıq istehsalı üzərində həlledici qələbə qazanıb. İngiltərənin ardınca XIX əsrdə ABŞ, Fransa, Almaniya, İtaliya və Yaponiyada da S.Ç. həyata keçirilib.
Həmçinin bax:
Tarix terminləri lüğətiİri maşınlı sənayenin yaranmasınadək hakim rol oynamış, əl əməyinə əsaslanan xırda sənaye məmulatı istehsalı.
S. insanın istehsal fəaliyyətinə başlaması ilə eyni vaxtda meydana gəlib. Sadə əmək alətlərindən istifadə, istehsal fəaliyyətində sənətkarın şəxsi ustalığının həlledici əhəmiyyəti, istehsalın məhdud xarakteri (sənətkarın tək və ya bir neçə şagirdlə işləməsi) S.-ın ən səciyyəvi xüsusiyyətləridir.
Tarix terminləri lüğətiMüsəlman dini-siyasi hərəkatı, təriqət.
Təriqətə onun əsasını qoymuş Məhəmməd ibn Əli əs-Sənusinin (1787/1791–1859) adı verilib. S. 1837-ci ildə Məkkədə yaranıb, 1843-cü ildən əsas mərkəzi Liviyanın Kirenaika əyaləti olub. İslamın ilkin “paklığının” bərpasına çağıran S. təlimi teokratik dövlət idarəçiliyi və müsəlmanların qeyri-müsəlmanlarla ünsiyyətinin minimuma endirilməsi tərəfdarı olub. Bu təlim islamın hakim din olmadığı ərazilərdə yaşayan müsəlmanlara elə ilk imkanda oranı tərk etməyi məsləhət görür. Sənusilər XIX əsrin sonu – XX əsrin əvvəlində Mərkəzi Afrika və Əlcəzairdə fransız müstəmləkəçilərinə qarşı mübarizə aparıblar, 1911–1931-ci illərdə Liviya ərəblərinin italyanlara qarşı milli azadlıq mübarizəsinə başçılıq ediblər. 1951–1969-cu illərdə S. təriqətinin başçısı Məhəmməd İdris (əs-Sənusinin nəvəsi) Liviyanın kralı olub. Təriqətin Liviya, Əlcəzair, Niger, Çad, Kamerun, Sudan və başqa ölkələrdə çoxsaylı tərəfdarları var.
Tarix terminləri lüğətifars. – hərfi mənası: dara çəkilənlər
XIV əsrdə Elxanilər dövləti və Cığatay ulusunda xalq hərəkatının iştirakçıları.
Sufiliklə çulğalaşan şiəlik pərdəsi altında genişlənən bu hərəkatın ideoloqu şeyx Xəlifə, onun ölümündən sonra isə şeyx Həsən Curi olub. Həsən Curinin dönəmində S. hərəkatı təşkilatlanaraq dərviş ordeni xarakteri alıb və onun bir çox üzvləri özlərini şeyxin müridləri elan edib. XIV əsrin 30–80-ci illərində S. dəfələrlə hakimiyyətə qarşı üsyan qaldırıblar. Lakin bu üsyanlar, bir qayda olaraq, amansızlıqla yatırılıb.
Tarix terminləri lüğətilat. delimitatio – sərhədlərin müəyyənləşdirilməsi
Beynəlxalq hüquqda dövlətlər arasında sazişə əsasən dövlət sərhədlərinin vəziyyətinin və istiqamətinin müəyyən edilməsi.
S.D. müvafiq müqavilə və ya eyni hüquqi qüvvəyə malik digər sənədlə təsbit olunur. Sərhəd xəttinin müəyyənləşdirilmiş vəziyyəti müqavilənin (sənədin) tərkib hissəsi sayılan coğrafi xəritəyə köçürülür.
Tarix terminləri lüğəti