slav. del – hissə
XII–XVI əsrlərdə Rusiyada böyük knyazlıqların daha xırda knyazlıqlara bölünməsi nəticəsində yaranmış feodal inzibati-ərazi vahidi.
U. – knyaz ailəsi üzvünün knyazlıqdakı payı anlamını verir. U.-lərə bölünmə ilk dəfə 1097-ci ildə Lyubiçdə knyazların qurultayında qanuniləşdirilib. Böyük knyazdan vassal asılılığında olan U. knyazının öz idarə aparatı, qoşunu, XIV əsrdən isə müstəqil pul sistemi olub. U.-lər mərkəzləşdirilmiş Rus dövlətinin yaranması ilə ləğv edilib. Rus çarı IV İvanın 1591-ci ildə həlak olmuş oğlu şahzadə Dmitri İvanoviç sonuncu U. knyazı olub.
Tarix terminləri lüğətimonq. – dövlət, xalq, insanlar
1. XIII əsrin əvvəlində monqol dövlətinin formalaşması dövründə noyonlara tabe olan və onların hakimlik etdikləri torpaqlarda köçəri həyat tərzi sürən ailə qrupları.
2. Bilavasitə Çingiz xanın başçılıq etdiyi Monqol dövləti.
3. XIII əsrin II yarısından Çingiz xanın varislərinin (Cuçi, Cığatay və d.) başçılıq etdikləri müstəqil xanlıqlar.
4. Feodal pərakəndəliyi dövründə (XV əsr – XVII əsrin sonu) iri feodal mülkləri.
Mancurlar Monqolustanı işğal etdikdən sonra U. termini “xalq” mənasında işlənib. Hazırda “dövlət” anlamında da istifadə olunur.
Tarix terminləri lüğətiIX–XI əsrlərdə Azərbaycanda “asılı kəndli” kateqoriyası.
U. hələ ərəb işğalları dövründə yaranıb. Ağır vergi siyasəti və dövlət məmurlarının özbaşınalığı nəticəsində öz torpaqlarını itirmək təhlükəsi ilə üzləşən kəndlilər ayrı-ayrı ərəb feodallarının himayəsinə sığınmağa məcbur olublar. U. ilcə adlanan torpaqlarda, əsasən, düzən ərazilərdə yaşayıblar.
Tarix terminləri lüğətilat. ultimatum < ultimus – sonuncu, axırıncı
Beynəlxalq hüquqda bir dövlətin başqa dövlətə göstərilən müddət ərzində müəyyən şərtləri yerinə yetirmək haqqında qəti tələbi.
U. hər hansı məsələdə müəyyən mövqe seçmək, konkret hərəkəti icra etmək və bu kimi tələblərlə bağlı olur. O, qarşı tərəfə diplomatik sənəd vasitəsilə çatdırılır, yaxud şifahi şəkildə bildirilir. İrəli sürülən tələblərin yerinə yetirilməməsi U. verilən dövlətə qarşı təsir tədbirlərinin tətbiqinə (danışıqların dayandırılması, hərbi əməliyyatların başlanması, diplomatik əlaqələrin kəsilməsi, embarqo qoyulması və s.) səbəb ola bilər.
Tarix terminləri lüğətipol. ulan < türk. oğlan
Yüngül süvari dəstəsinin əsgəri.
Kiçik bayraq taxılan nizələrlə silahlanmış U.-lardan ilk dəfə XIII–XIV əsrlərdə monqol-tatar süvari qoşununda istifadə edilib. XVI əsrdən etibarən Avropa ölkələrində, ilk olaraq Polşa və Litvada da, əsasən, tatarlardan ibarət U. dəstələri yaradılıb. XVIII əsrdə U. dəstələri Avstriya və Prussiyada, XIX əsrin əvvəlində isə Fransada formalaşdırılıb. U.-ların silahları əvvəlcə qılınc və nizədən, sonralar tapançadan, XIX əsrin ortalarından isə karabindən ibarət olub.
Tarix terminləri lüğətiOrta əsrlərdə Yaxın və Orta Şərq ölkələrində, o cümlədən Azərbaycanda canişinin, habelə digər dövlət qulluqçusunun dolanışığının təmin edilməsi üçün alınan natural vergi.
U. bəzən pulla da alınıb. Bu vergi növü Azərbaycanda XVI–XVII əsrlərdə Səfəvilər dönəmində xüsusilə geniş tətbiq olunub.
Tarix terminləri lüğətiDil cəhətdən qohum olan mansilərin, xantıların və Dunay macarlarının (madyar) ümumiləşdirilmiş etnik adı.
U. Ural dil ailəsinə mənsub uqor qrupuna aid dillərdə danışırlar. Onların əcdadları e.ə. IV-III minilliklərdə Ob və İrtış çayları hövzəsində məskunlaşıblar. Sonralar mansi və xantıların əcdadları həmin ərazidən şimala yayılıblar, macarların əcdadları isə VIII–IX əsrlərdə qərbə doğru hərəkət edərək Orta Dunay hövzəsində məskən salıblar.
Tarix terminləri lüğətiAzərbaycan Respublikasının şimal-şərqində (əsasən, Qəbələ rayonunun Nic kəndi və Oğuz şəhərində), habelə Gürcüstan Respublikasının şərqində (Kvareli rayonunun Zinobiani kəndi) məskunlaşmış xalq.
2009-cu il əhalinin siyahıya alınmasının nəticələrinə görə, Azərbaycanda 3,8 min U. olub. Eyni zamanda bütün dünyada U.-lərin sayı 10 minə çatıb. U.-in Qafqaz Albaniyası tayfalarından birinin – utilərin nəslindən olduğu güman edilir. Onlar indi də özlərini “uti”, “udi” adlandırırlar. U. pravoslavdırlar, dilləri isə Şimali Qafqaz dil ailəsinin nax-Dağıstan qrupuna aid edilir. Udin dilində ilk əlifba XX əsrin 20-ci illərində latın qrafikası əsasında yaradılıb. Əkinçilik, üzümçülük, ipəkçilik, qismən maldarlıq U.-lərin əsas məşğuliyyəti sayılır. Sənətkarlıq növlərindən onların arasında dulusçuluq və dəmirçilik daha yaxşı inkişaf edib.
Tarix terminləri lüğətiFinikiyanın şimalında yerləşmiş qədim Uqarit şəhər-dövləti əhalisinin dili.
Onun sami dillərinin şimal-qərb qrupuna aid olduğu güman edilir. U.D.-ndə e.ə. XIV–XIII əsrlərə aid yazılı abidələr, həmçinin sonrakı dövrlərə məxsus kitabələr bizim günlərə qədər çatıb. Bu dilin leksikasında sami mənşəli sözlər üstünlük təşkil edir, lakin hürri dilindən alınma sözlərə də rast gəlinir.
Tarix terminləri lüğətilat. Umbri, yun. Ombrikoi
Şimali və Orta İtaliyada məskunlaşmış qədim italik tayfaları.
E.ə. IV–III əsrlərdə onlar qallar tərəfindən İtaliyanın dənizə çıxışı olmayan mərkəzi bölgəsinə – sonradan Umbriya adlandırılmış vilayətə sıxışdırılıblar. E.ə. III–II əsrlərdə romalılar U.-ı fəth edib, eramızın I əsrinə yaxın isə tamamilə latınlaşdırıblar. Bu tayfa hind-Avropa dil ailəsinin italik qrupuna daxil olan umbr dilində danışıb.
Tarix terminləri lüğəti