lat. tribuni plebis – hərfi mənası: plebey tribunları
Qədim Romada e.ə. 494-cü ildən başlayaraq plebeylərdən seçilən ali vəzifəli şəxslər.
X.T. öncə 2 və ya 4, sonra isə 10 nəfərdən ibarət kollegiya təşkil ediblər. Bu təsisat plebeylərin hüquqlarını patrisilərin özbaşınalığından qorumaq məqsədilə yaradılıb. X.T. magistrat və senatın qərarlarını ləğv etmək hüququna malik olublar. Bir il müddətinə plebey yığıncaqlarında seçilən X.T.-nın şəxsiyyəti toxunulmaz və müqəddəs sayılıb. Bu vəzifə III əsrədək mövcud olub, lakin imperiya dövründə (e.ə. 30-cu ildən) artıq nominal xarakter daşıyıb. Belə ki, həmin dövrdə adi vətəndaşların hüquqlarının əsas müdafiəçisi imperator özü sayılıb.
See also:
Tarix terminləri lüğətiMühüm məsələlərə dair kollegial qərarlar qəbul etmək üçün keçirilən geniş toplantı.
İbtidai icma quruluşu dövründə qəbilə və tayfaların özünüidarəetmə orqanı funksiyasını yerinə yetirən ümumi yığıncaqlara silah gəzdirmək qabiliyyəti olan bütün kişilər yığışırdılar. Tayfa başçıları və ağsaqqallar həmin toplantılarda seçilir, ən vacib problemlər – hərb və sülh məsələləri, icma üzvləri arasındakı mübahisələr və s. burada həll olunurdu. Dövlətin yaranması ilə X.Y.-ları hakimiyyət orqanlarına çevrilməyə başlayıb. Afinada e.ə. V əsrdə ayda 3–4 dəfə çağırılan X.Y. ali hakimiyyət orqanı sayılıb. 20 yaşa çatmış kişi cinsindən olan hər Afina vətəndaşının qanunlar qəbul etmək, xəzinəni nəzarətdə saxlamaq, müharibə və sülh məsələlərinə baxmaq, strateq və başqa vəzifəli şəxsləri seçmək kimi funksiyalar yerinə yetirən belə toplantılarda iştirak etmək hüququ olub. Təxminən eyni səlahiyyətlərə malik X.Y.-ları Qədim Romada komitsi, türk xalqlarında isə qurultay adlanıb.
See also:
Tarix terminləri lüğətifars. – hərfi mənası: bir uzunqulaq yükü < xər – uzunqulaq + var – kimi, tək
Yaxın Şərq ölkələrində, o cümlədən Azərbaycanda və Orta Asiyada mövcud olmuş çəki vahidi.
X.-dan böyük çəkili yükləri ölçmək üçün istifadə edilib. X.-ın həcmi ayrı-ayrı ərazi və dövrlərdə müxtəlif olub. “Efron və Brokqauz ensiklopediyası”nın məlumatına görə, XIX əsrdə Naxçıvan qəzasında bir X. 25 puda (təqribən 400 kq) bərabər götürülüb. Digər mənbələrə görə, Bakı qəzasında bir X. 23,5, Lənkəran qəzasında – 26, Şamaxı qəzasında – 15 puda bərabər olub.
Tarix terminləri lüğətiəski türk. han; monq. kaan – ulu insan, öndər
Türk-monqol xalqlarında hökmdarın, monarxın titulu.
İlk dəfə X. sözünə III əsr Çin mənbələrində rast gəlinir. Bu termin Orxon-Yenisey abidələrində də öz əksini tapıb. İlk öncə tayfa başçıları, sonralar isə ali rəhbərlər, hökmdarlar X. adlanıb. Monqol imperiyasında ulusların rəhbərlərini dövlətin başçısından – xaqandan fərqləndirmək üçün onlara X. deyiblər. Monqol imperiyasının süqutundan sonrakı mərhələdə Azərbaycanda X. titulu “rəis”, “əmir” sözlərini əvəzləyib; məs.: Səfəvilər dönəmində ayrı-ayrı vilayət hakimləri (əmirlər) X. adlanıb. Osmanlı imperiyasının sultanları, Qacarların hakimiyyəti dövründə müxtəlif səviyyəli hərbi və mülki məmurlar da X. titulu daşıyıblar. Orta Asiyada, Azərbaycanda, Volqaboyunda və digər ərazilərdə bu termin həmçinin hökmdar anlamında işlədilib. Azərbaycanda XVIII əsrin ortalarında yaranmağa başlayan kiçik feodal dövlətlərinin – xanlıqların başçıları X.-lar olublar.
Tarix terminləri lüğətiAzərbaycan tayfası.
Şirvan bölgəsində məskunlaşmış və güclü tayfa birliyinə malik olan X. XVIII əsrdə Şirvanın siyasi həyatında mühüm rol oynayıblar. Şamaxı xanları bu tayfadan olublar. XIX əsrdə Şamaxı və Cavad qəzalarında mövcud olmuş Xançobanı və indiki Xoşçobanlı kəndlərinin adı, çox güman ki, həmin tayfanın adından götürülüb.
Tarix terminləri lüğətifars. xane – ev + şümarə – hesab, sayma
Orta əsrlərdə Yaxın Şərqin bəzi ölkələrində, o cümlədən Azərbaycanda vergi növü.
XIII əsrdən mövcud olan bu vergi ailə üzvlərinin sayından asılı olmayaraq hər evdən alınıb. Yalnız maaf torpaqlarında yaşayanlar X-Ş.-dən azad ediliblər. Vergiyığanların özbaşınalığının qarşısını almaq məqsədilə Uzun Həsənin “Qanunnaməsi”ndə X-Ş.-nin dəqiq həcmi göstərilib: o, 7 axça məbləğində müəyyənləşdirilib. Sonralar X-Ş. evpulu, tüstüpulu adlanıb.
Tarix terminləri lüğətiOrta əsrlərdə, əsasən, türk xalqlarının məskunlaşdığı ərazilərdə mövcud olmuş feodal dövləti.
O, xan tərəfindən idarə olunduğu üçün belə adlanıb. Krım, Həştərxan, Kazan, Kokand, Buxara, Səmərqənd və bu kimi X.-lar mövcud olub. Azərbaycan ərazisində XVIII əsrin ortalarından başlayaraq çoxsaylı X.-lar yaranıb. Şimalda onlar XIX əsrin əvvəlində ruslar tərəfindən işğal edilib, cənubdakı X.-lar isə həmin əsrin II yarısınadək mövcud olub.
Tarix terminləri lüğətifars. xanə – ev + gah – isimlərin sonuna qoşularaq yer mənasını verən şəkilçi
Eyni təriqətdən olanların sığındığı, ibadət etdiyi və törənlər keçirdiyi tikili, sufilərin dini iqamətgahı.
X. “dərgah” (fars.) və “tekke” (türk.) də adlanır. Müsəlman ölkələrində yayılmış X.-lar öncə dərvişlərin sığınacaq yeri olub. Daha sonra onlar genişləndirilərək bütöv komplekslərə çevrilib. Mühüm sosial rola malik X.-lar müxtəlif funksiyalar (dini, ictimai və siyasi yığıncaqlar üçün yer, məktəb, xəstəxana, karvansara, xeyriyyə mərkəzi və s.) yerinə yetirib: burada zahidlərin hücrələri, məscid, türbə və kitabxana yerləşib. X. ianə və yardımlar hesabına fəaliyyət göstərib. Azərbaycanda orta əsrlərdən qalma Pirsaatçay X.-ı var.
Tarix terminləri lüğətiyap. – qarını yırtma
Yaponiyada otra əsrlər və sonrakı dövrlərdə qarını yırtmaqla intihar üsulu.
Əsasən, samuraylar arasında qəbul edilmış H. cəza kimi məhkəmənin hökmü ilə, yaxud könüllü şəkildə (samurayın “şərəf”inə toxunulduqda, onun öz süzereninə sadiqlik əlaməti kimi və s.) yerinə yetirilib. H. və «seppuku» terminləri yapon dilində faktik olaraq sinonimlərdir. Lakin seppuku daha çox ritual xarakteri daşıyır və yazılı ədəbiyyatda geniş işlədilir.
Tarix terminləri lüğətifars. – vergi
Sasanilər dövründə torpaq vergisi.
X. III–VII əsrlərdə Azərbaycanda da tətbiq olunub. O, əkilən bitkinin növündən asılı olaraq müəyyən sahədən götürülmüş məhsulun üçdə birindən altıda birinə qədərini təşkil edib. Ərəblər bu vergini “xərac” adı ilə tətbiq ediblər.
Tarix terminləri lüğətitac. Xorazmiyön; özb. Xorazmiylar
Xarəzmdə (Orta Asiya) məskunlaşmış qədim irandilli xalq.
Bu xalq hazırda ölü dil olan xarəzm dilində danışıb. Şərqi İran dillərinə mənsub olan xarəzm dili e.ə. II–I əsrlərdən eramızın VIII əsrinə kimi eyniadlı dövlətin rəsmi dili olub. X. digər Şərqi İran xalqları ilə birlikdə müasir taciklərin əcdadları hesab olunurlar. İlk dəfə Bisütun kitabəsində (e.ə. VI əsr) adları çəkilir. “Xarəzm” sözünün etimologiyası dəqiq müəyyənləşməyib. Bəziləri onun “ari xalqların beşiyi” söz birləşməsinin qısaldılmış forması olduğunu, digərləri isə “bəhrəli torpaq”, yaxud “alçaq yer” anlamı verdiyini bildirirlər.
Tarix terminləri lüğətifr. Légion étrangère; isp. Legión Española
Fransa və İspaniyada quru qoşunlarının tərkibinə daxil olan hərbi birləşmə.
Fransada 1831-ci ildən, İspaniyada isə 1920-ci ildən fəaliyyət göstərir. Fransız X.L.-unda, əsasən, 17 yaşdan 40 yaşadək əcnəbi vətəndaşlar qulluq edirlər. İspan X.L.-una isə yalnız İspaniya və ispandilli xarici ölkə vətəndaşları qəbul olunurlar. Fransız X.L.-u müstəmləkələrdə və beynəlxalq hərbi koalisiyaların tərkibində döyüşüb. İspan legionu isə vətəndaş müharibəsinin gedişində (1936–1939) ölkə daxilində frankoçular tərəfində də vuruşub. Yüksək döyüş hazırlığı və texniki təchizatı ilə fərqlənən X.L.-lar hər iki ölkənin ordusunda elit birləşmələr sayılır və çevik qüvvələr kimi istifadə olunur.
Tarix terminləri lüğətiər. xaric; cəm hal. xavaric – təfriqəçi, qiyamçı, dönük
İslamda VII əsrdə meydana çıxmış ilk dini-siyasi qruplaşma.
X. xilafətdə xəlifə Əli ibn Əbu Taliblə Suriya canişini Müaviyyə arasında hakimiyyət uğrunda qızğın mübarizənin gedişində yaranıb. Əlinin qoşunlarının bir dəstəsi onun qətiyyətsizliyindən və kompromislərə meyilli olmasından hiddətlənərək, 657-ci ildə hərbi düşərgəni tərk edib və özünə yeni xəlifə seçib. Buna görə də həmin dəstənin üzvləri «xaricilər» adlanıblar. Onlar həm Əliyə, həm də Müaviyyəyə qarşı vuruşublar. X. təliminin əsasında bütün müsəlmanların (ərəblərin və qeyri-ərəblərin) hüquq bərabərliyi ideyası durur. Xaricilər xəlifənin bütün icma tərəfindən seçilməsi və icma qarşısında hesabatlı olması tələbini irəli sürüblər. X. təliminə görə, hətta qulun da xəlifə seçilmək hüququ var. X. tərəfdarları xilafət əleyhinə bir çox üsyanlarda iştirak ediblər.
Tarix terminləri lüğətiSudanda Neolit dövrünə (e.ə. IV minillik) aid arxeoloji mədəniyyət.
O, Xartum şəhəri yaxınlığında aşkarlandığından belə adlanır. 1945-ci ildə başlanmış qazıntıların gedişində xeyli sayda qaşov, dəndaşı, balta, iskənə, sümükdən hazırlanmış harpunlar, dalğavarı ornamentlərlə bəzədilmiş gil qablar və s. maddi mədəniyyət nümunələri tapılıb. Neqroid əlamətlərinə malik X.M.-nin daşıyıcıları ovçuluq, balıqçılıq və yığıcılıqla məşğul olublar. Bu mədəniyyətə aid tapıntılar Neolit dövründə Sudanla Misirin sıx əlaqəsinin mövcudluğunu göstərir.
Tarix terminləri lüğəti