ailuropoda melanoleuca
Yenotlar fəsiləsindən məməli heyvan.
Uzunluğu təqribən 1,5 m, çəkisi 150 kq, xəzi ağ, gözlərinin ətrafı, qulaqları, ayaqları, quyruğunun ucu və bazu nahiyəsi qaradır. Çinin dağ meşələrində yaşayır, ağaclara yaxşı dırmaşır. Əsasən, bambukun körpə zoğları ilə qidalanır.
Biologiya terminlərinin izahlı lüğətibambusoideae
Taxıllara aid yarımfəsilə.
Gövdələri oduncaqlaşmış kökümsovlu çoxillik bitkilərdir. Hündürlüyü 40 m-dən artıq, diametri 30 sm-ə yaxın olur. Yarpaqları qınlı və qısa saplaqlı, çiçəkləri 6 erkəkciklidir. Hər il və fasilələrlə çiçəkləyən növləri vardır. B.-ə 50 cinsi əhatə edən 600 növ aiddir. Qafqazın Qara dəniz sahilində becərilir.
Biologiya terminlərinin izahlı lüğətimusa
Banankimilər fəsiləsindən ağacşəkilli nəhəng ot bitkisi.
Meyvəsi çoxtoxumlu giləmeyvə olub qabığı qalındır. Bir ox üzərində 300-ə qədər meyvə olur. Bircinsiyyətli və ikicinsiyyətli çiçəkləri nəhəng salxımı xatırladır. Bar verdikdən sonra yerüstü hissəsi quruyub məhv olur. Asiya, Afrika və digər tropik ərazilərdə bitir. İstisevən hibrid növləri daha çox yayılmışdır.
Biologiya terminlərinin izahlı lüğətimelilotus
Kəpənəkçiçəklilər (paxlalılar) fəsiləsindən ot cinsi.
Birillik və çoxillik növləri var. “Ballı yonca” və “xəşənbül” adları ilə də tanınır. Azərbaycanda 7 növü bitir. Ağ və sarı B. növləri daha çoxdur. Paxla meyvələrində zülal üstünlük təşkil edir. Balverən yem bitkisidir. Soyuğa və quraqlığa davamlıdır. Əhəngli torpaqlarda yaxşı boy atır.
Biologiya terminlərinin izahlı lüğətiÇöpşəkilli bakteriyalar.
Spor əmələ gətirir. Bacillus (aeroblar) və clostridium (anaeroblar) cinslərinə ayrılır. Sadə ikiyə bölünmə yolu ilə çoxalır. Əksəriyyəti saprofitdir. Qarayara, güzar və s. kimi xəstəliklərin törədiciləridirlər. B. üzvi maddələrin minerallaşmasında iştirak edir. İnsanın kor bağırsağında olan bağırsaq çöpü bakteriyaları faydalıdır.
Biologiya terminlərinin izahlı lüğətimyocastor coypus
Gəmiricilər dəstəsindən məməli heyvan.
“Nutriya” adı ilə də tanınır. Xarici görünüşcə böyük siçovula bənzəyir. Xəzi qiymətlidir. Uzunluğu 60 sm, quyruğu 45 sm, çəkisi 12 kq-a qədərdir. Bitki və molyusk yeyir. 4-5 aylığında cinsi yetkinliyə çatır, intensiv çoxalır. Vətəni Cənubi Amerikadır. Azərbaycanda Qazax rayonunda artırılır.
Biologiya terminlərinin izahlı lüğətilat. ipomoea batatas
Sarmaşıq fəsiləsindən ot bitkisi.
“Şirin kartof” adı ilə tanınır. Vegetativ yolla yaxşı çoxalır. Az qulluq tələb edən bitkidir. Vətəni Meksika və Mərkəzi Amerikadır. Subtropiklərdə birillik bitki kimi becərilir. Kök yumrularının kimyəvi tərkibi kartofa yaxındır: 24-28% nişasta və şəkər vardır. Yumruları çiy və bişmiş halda yeyilir. Azərbaycanın bəzi bölgələrində “yer alması” adlandırılır.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğətilat. hyoscyamus
Badımcançiçəklilər fəsiləsindən bitki cinsi.
Bitkinin bütün hissələri zəhərlidir. Azərbaycanda 3 növü bitir: qara, torlu və kiçik B. Kök və yarpağında 0,25%-dək alkolloid maddəsi vardır. Yarpaqlarından hazırlanan ekstraktdan spazma əleyhinə və ağrıkəsici kimi istifadə olunur.
Biologiya terminlərinin izahlı lüğətilat. marmopta bobac
Gəmiricilər dəstəsinin marmotlar cinsindən məməli heyvan.
Uzunluğu təqribən 60 sm, çəkisi 9 kq-a qədərdir. Torpağın altında yuvalayır. Xəzi sarımtıl, boz, yumuşaq və sıx olur. Dünya faunasında sayları azalmışdır. Şimali Avropa və Asiya bozqırlarında təsadüf edilir.
Biologiya terminlərinin izahlı lüğəti