Zəhərli şirəyə malik boyu 45 sm-ə qədər olan dekorativ otaq bitkisi.
D.K. mühüm ekoloji xüsusiyyətə malikdir: havanı benzol, ksilol və digər zərərli maddələrdən təmizləyir. Kol bitkisidir; yarpaqları sarı-yaşıl nöqtələr və nisbətən açıq qırmızı rəngli xətlərə malikdir. D.K. uşaqlar üçün təhlükəlidir; həmçinin böyüklərdə də bədəndə allergiya yarada və ya göz yaşarması və qızarmasına səbəb ola bilər. Quru hava şəraiti bitkiyə pis təsir edir. Yarpaqları pivə (alkoqolsuz) ilə sildikdən sonra onlar parlaq və möhtəşəm görünürlər.
Biologiya terminlərinin izahlı lüğətiMəməlilər sinfi, yırtıcılar dəstəsi eyni adlı fəsiləyə aid olan növ.
Orta ölçülü heyvan olub barmaqları üzərində gəzir. Bədəninin uzunluğu 55 sm-ə, quyruğu isə 30 sm-ə qədərdir. Bütün Avropada və Asiyanın cənubunda yayılmışdır. Əsasən sincablarla, süleysinlərlə və müxtəlif quşlarla qidalanır.
Biologiya terminlərinin izahlı lüğətiQərbi və şimali Afrikanın, həmçinin avropanın sahillərində geniş yayılmışdır.
Ən iri skatlar sırasına aid olub, uzunluğu 2,5 m-ə çatır. Orta çəkisi 6-10 kq, bəzən 20 kq-a qədər çatır. Qidası kiçik balıqlar, xərçəngkimilər və digər su onurğasızlarıdır.
Biologiya terminlərinin izahlı lüğətiDərisitikanlılar tipininin eyniadlı sinfinə aid olan növ.
Bədəni beşşüalı simmetriyaya malikdir. Passiv hərəkətlidir. Bentos (suyun dibində yaşayan) orqanizmlərə aiddir. Sürfələri ikisimmetriyalıdır. Ağız bədənin altında yerləşir və diskşəkillidir. Yırtıcı heyvandır. Su-damar sistemi var. Ayaqlarının alt hissəsində iki cərgədə yerləşmiş çoxlu sayda sormacları var. Qanında eritrositlər olmadığına görə (yalnız leykositlərə malikdir) qanı rəngsizdir. Qırmızıdan tünd-kərpiciyə qədər müxtəlif rənglərdə ola bilər.
Biologiya terminlərinin izahlı lüğətiMəməlilər sinfi cütdırnaqlılar dəstəsinə aid olan növ.
Böyük heyvan olub, səhrada yaşamağa uyğunlaşmışdır. Nümayəndələrinin əksəriyyətinin nəsli kəsilmişdir. Hazırda D.-lərin əhliləşdirilmiş iki növü – birgüvənli (dromedar) və ikigüvənli (baktrian) növləri məlumdur. Dromedarın boyu yalına qədər 1,8 m, güvənin son nöqtəsinə qədər 2,1 m-ə çatır. Baktrianların ayaqları qısadır. D. 180 kq-a qədər yük götürə bilir. Sürəti 5 km/saata çatır. Gün ərzində 50 km yol gedə bilir. Susuz uzun müddət yaşayır.
Biologiya terminlərinin izahlı lüğətilat. tussilago
Mürəkkəbçiçəklilər fəsiləsindən çoxillik ot cinsi.
Gövdəsinin hündürlüyü 5-25 sm olub, üzəri qırmızımtıl və qonurumtul pulcuğabənzər sıx yarpaqlarla örtülmüşdür. Yarpağı keçə kimi tüklüdür. Çiçəkləri qızılı-sarıdır. Adi D. adlı 1 növü var. Yarpaqlarında selikli maddələr, tusilyagin qlükozidi və inulin olur.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğəti