Arteriya divarının iltihabı.
A. zamanı arteriya divarlarının elastiki lifləri və əzələ qatı dağılır, tromboz əmələ gəlir. Kəskin A. müxtəlif infeksion xəstəliklərdə, xroniki A. isə vərəm aktinomikoz, sifilis, xroniki mədə xorası xəstəliklərdə müşahidə olunur. İrinli A. təhlükəlidir – arteriya divarının çürüyüb, partlamasına və anevrizmə səbəb ola bilər.
Biologiya terminlərinin izahlı lüğətiMüxtəlif mənşəli xroniki xəstəliklər nəticəsində arteriya divarlarının qalınlaşması və bərkiməsi.
A.-da arteriya divarlarının daxili qişasına piy, zülal və kalsium duzları çökür, damarın mənfəzi daralır, yaxud genəlir. A. yaşlı adamlarda dada çox müşahidə olunur.
Biologiya terminlərinin izahlı lüğətiyun. “arthron” – oynaq
Oynağın xroniki xəstəliyi.
İnfeksion xəstəliklər, oynaq travması, habelə oynağa həddən artıq yük verilməsi səbəblərindən yarana bilər. Əlamətləri: hərəkət zamanı oynaqlarda ağrı hiss olunur və rahat hərəkəti məhdudlaşdırır. Müalicəsi: ambulatoriya və sanatoriya (kurort) şəraitində aparılır.
Biologiya terminlərinin izahlı lüğəticynara
Çoxillik ot bitkisi cinsi.
Dünyada 11 növü yayılmışdır. Ədviyyat kimi əkilir. Hündürlüyü 2 m-ə qədər, yarpaqları iri, lələkvari, daraq formasında; rəngi yaşıl, yaxud bozumtul-yaşıldır. Çiçəkləri mavi, meyvəsi qaradır. Şəkər xəstələri üçün faydalıdır. Ödqovucu və sidikqovucu təsirə malikdir. Qərbi Avropa, Afrika və Şimali Amerika ölkələrində mədəni halda becərilir.
Biologiya terminlərinin izahlı lüğətiAçıq yaraya mikrob düşməsinin qarşısını almaq üçün həyata keçirilən tədbirlərin məcmusu.
A. məqsədilə cərrahi əməliyyatda yaraya toxunan, orqanizmə müvəqqəti və ya daimi yeridilən nə varsa dezinfeksiya edilir. A. orqanların köçürülməsi zamanı tam sterillik şəraitinə yaxın olur.
Biologiya terminlərinin izahlı lüğətiveratrum
Zambaqkimilər fəsiləsindən bitki cinsi.
Çoxillik otdur. Azərbaycanda 1 növü – lobel A.-ı bitir. Boyu 1,5 m-ə qədər, kökümsovu ətli, gövdəsi düz və yoğun, yarpaqları iri, ellips və ya sivridir. Çiçəkləri ağımtıl, yaşıl, yaxud qırmızı rənglərdə ola bilər. Bütün növləri zəhərlidir.
Biologiya terminlərinin izahlı lüğətilocusta migratoria
Cücülər sinfi, düzqanadlılar dəstəsindən həşərat növü.
Cənubi Avropa, Asiya və Şimali Afrikada yayılmışdır. A.Ç. dəstə ilə və tək-tək yaşayır. Kənd təsərrüfatı bitkilərinin zərərvericisidir. Dişisi hər birinin içində 55-115 yumurta olan 2-3 yumurta kisəciyi qoyur. Mübarizə tədbirləri: aldadıcı zəhərli yemlər, zəhərli preparatlar (kalsium-arsenit, hakaxloran) və aqrotexniki tədbirlər.
Biologiya terminlərinin izahlı lüğətiadcarididae
Sap qurdlar fəsiləsi.
İnsan və onurğalı heyvanların bağırsaq parazitidir. Dişi A. gündə 250 minədək yumurta qoyur. Yumurtalar nəcislə xaric olur, qida və ya su ilə sahibinin bağırsağına düşür. Sürfə bağırsağın divarını deşərək venalara girir və oradan qaraciyərə, ürəyə, ağciyər və traxeyadan keçərək ikinci dəfə ağıza və oradan da həzm yoluna düşür. İnsanın bağırsağında eyni zamanda bir neçə yüzədək A. parazitlik edə bilər.
Biologiya terminlərinin izahlı lüğətiAscochyta cinsindən olan göbələklərin törətdiyi bitki xəstəliyi.
Xəstəlik nəticəsində bitkinin yerüstü orqanlarında müxtəlif forma, ölçü və rəngdə ləkələr əmələ gəlir. Cücərtilərin kök boynu çürüyür. Məhsul azalır və keyfiyyət aşağı düşür. Mübarizə tədbirləri: düzgün növbəli əkin aparmalı, xəstəliyə davamlı tezyetişən sortlar seçməli, toxum erkən səpilməli, məhsul vaxtında yığılmalı, dərin şum aparılmalıdır.
Biologiya terminlərinin izahlı lüğəti