carpodis henningi
Sərtqanadlılar dəstəsinin qızılböcəklər fəsiləsindən həşərat növü.
Üstü tərəfdən tutqun qara, uzunluğu 23-30 mm, qanadüstlükləri qalın və xallıdır. Badam, ərik və şaftalıya zərər verir. Sürfəsi ağacın kök boğazının oduncaq hissəsində yaşayır və onu zədələyir. Böcəklər may-iyun aylarında əmələ gəlir. B.B. ilə aqrotexniki, mexaniki və kimyəvi üsullarla mübarizə aparırlar.
Biologiya terminlərinin izahlı lüğətiLimfadenoid toxumadan ibarət badama oxşar törəmələr.
Damaq qövsləri arasında, udlağın tağında və dilin kökündə yerləşir. 2 damaq, 1 udlaq, 2 boru və 1 dil B.-ı var. B. orqanizmi xəstəliktörədən mikroorqanizmlərdən qoruyur və immunitet yaradır. B.-ın iltihabı angina və ya tonzillit adlanır.
Biologiya terminlərinin izahlı lüğətibergenia
Daşdələnkimilər fəsiləsindən çoxillik bitki cinsi.
Texniki və dərman bitkisidir. Kökümsovu ətli, gövdəsi qısadır, iri yarpaqları köklərin yaxınlığında rozet əmələ gətirir. Çiçəkləri qırmızı və ya ağ rənglidir. Əsasən Orta və Şərqi Asiyada bitir. Kökümsovunda və yarpaqlarında aşı maddələri var.
Biologiya terminlərinin izahlı lüğətiillicum verum
Maqnoliya fəsiləsindən həmşəyaşıl ağac növü.
Ulduzvari cirə, yaxud hind razyanası adı ilə də tanınır. Hündürlüyü 7-8 m, yarpaqlarının uzunluğu 6-8 sm, parlaq, uzunsov, qurtaracağı oxvari, bütövdür. Yarpaqlarında efir yağı ifraz edən vəziciklər var. Toxumla və vegetativ orqanları ilə çoxaldılır. B. ədviyyat kimi xəmir məhsullarının (qoğal, peçenye, çörək) tərkibinə, həmçinin sərinləşdirici içkilərə və xörəklərin dadının xoş ətirli olması üçün əlavə edilir.
Biologiya terminlərinin izahlı lüğətisolanum melangena
Badımcançiməklilər fəsiləsindən birillik bitki.
Vətəni Hindistandır. İyun-avqust aylarında geniş istahlak olunan tərəvəz bitkisidir. İsti və rütübəti sevir. Kolunun hündürlüyü 80-90 sm-dir. Müxtəlif sortlarında giləmeyvələrinin forması armudvari, silindrik; rəngi qara-bənövşəyi, tünd, ağ və boz-yaşıl ola bilər. Vegetasiya dövrü orta hesabla 4 aydır. Zərərvericiləri: tarla taxtabitisi, danadişi.
Biologiya terminlərinin izahlı lüğəti1. Anatomiyada skeletin hissələrini, yaxud başqa orqanları bir-birinə birləşdirən lif.
Sıx birləşdirici toxumadan ibarət, qaytana və ya lövhəyəbənzər törəmədir. Ucları sümüyə və ya sümüküstlüyünə möhkəm bitişir. B. sümüklərin oynaq səthlərini müəyyən vəziyyətdə saxlayır və oynağın hərəkətini məhdudlaşdırır.
2. Ekologiyada insanın yaratdığı aqrosenoz.
Biologiya terminlərinin izahlı lüğətiCücülər sinfinin yarımsərtqanadlılar dəstəsindən taxtabiti cinsi.
Görünüşcə tısbağaya oxşayırlar. Uzunluğu 9-12 mm-dir. Dənli bitkilərin zərərvericisidir. Geniş yayılmışdır. Azərbaycanda 4 növü var. B.-la aqrotexniki, mexaniki, kimyəvi və bioloji üsullarla mübarizə aparılır.
Biologiya terminlərinin izahlı lüğətiplantago
Eyniadlı fəsilədən birillik və çoxillik ot yaxud yarımkol cinsi.
Çiçəkləri xırda və ikicinsli, meyvəsi qutucuqdur. İkiləpəli bitki olmasına baxmayaraq yarpaqları torvari deyil, paralel damarlanmışdır. Dünya üzrə 250, Azərbaycanda isə 13 növü yayılmışdır. Bitkinin xarakterik iyi yoxdur. Dərman əhəmiyyətlidir. İyun-iyul aylarında çiçəkləyir. Yarpağındakı aşı maddələri sayəsində xalq təbabətində irinli yaraları, çibanları sağaltmaq üçün istifadə edilir.
Biologiya terminlərinin izahlı lüğətiHəzm sistemi üzvlərinin mədə ilə anus arasındakı hissəsi.
B.-lar iki növdür: nazik və yoğun. Nazik B. mədənin çıxacağından onikibarmaq bağırsaqla başlayır. Yaşa görə uzunluğu 6-15 m ola bilər. Yoğun bağırsaq isə 1-2 m-dir. Kor, çənbər və düz bağırsaqlardan ibarətdir. Kor bağırsaq nazik bağırsaqdan sonra başlayır. Düz bağırsaq anusla qurtarır.
Biologiya terminlərinin izahlı lüğətiKəskin bağırsaq tutulmasının bir forması.
Bağırsaq ilgəyinin öz oxu ətrafında burulması nəticəsində baş verir. Bu zaman bağırsağın qan dövranı və qidalanması pozulur. Bağırsaq çevrilməsi bağırsağın çürüməsinə səbəb ola bilər. Əlamətləri: qarın nahiyəsində şiddətli sancı, qaz və nəcisin xaric olmamasi. Müalicəsi: təcili cərrahi əməliyyat.
Biologiya terminlərinin izahlı lüğətiescherichia coli
İnsan nəcisinin mikroorqanizmi.
Antigen və biokimyəvi xassələrinə görə 2 əsas növə ayrılır. Ucları azca dəyirmi şəklindədir. Qamçıları ilə hərəkət edir. Spor əmələ gətirmir. Aerob yaxud fakultativ anaerobdurlar. İnsanın kor bağırsağında soxulcanabənzər çıxıntıda (appendiks) bağırsaq florasının əsas komponenti kimi yaşayır. B və K vitaminlərinin əmələ gəlməsində, immun reaksiyalarda iştirak edir. Məməlilərin çoxunun, quşların, balıqların, həşəratların bağırsağında daim olur.
Biologiya terminlərinin izahlı lüğətiBağırsaqlarda hazırlanan sekretor maye.
Nazik və yoğun bağırsaq vəziləri ifraz edir; rəngsiz, yaxud sarımtıldır. İnsan orqanizmində sutkada 1-3 litr bağırsaq şirəsi ifraz olunur. B.Ş. mədə şirəsi və mədəaltı vəzi şirəsi ilə başlanan həzm prosesini tamamlayır. Proses bağırsaqların qələvi mühitində baş verir. Avtonom (vegetativ) sinir sisteminin simpatik şöbəsi B.Ş. ifrazını ləngidir, parasimpatik şöbə isə əksinə – sürətləndirir. Yoğun bağırsaqda ifraz olunan B.Ş.-nin tərkibində selik daha çoxdur.
Həmçinin bax:
Biologiya terminlərinin izahlı lüğəticoelenterata
Çoxhüceyrəli heyvanların ən sadə quruluşlu tiplərindən biri.
Bədənləri ikiqatlıdır – ektoderma və endoderma. Bütün həyatlarını ontogenezlərinin qastrula mərhələsində başa vururlar. B. tipinə 3 sinif aiddir: hidrozoalar, sifoid meduzalar və mərcan polipləri. Ən aktiv hərəkətliləri meduzalar, passiv hərəkətlilər isə mərcan polipləridir. Oturaq, sərbəst və parazit nümayəndələri vardır. Cinsi və qeyri-cinsi yolla çoxalırlar. Hidraların əksəriyyəti hermofroditdir. Əsasən dənizlərdə, bəzi nümayəndələri isə çay sularında yaşayır. Meduzaların çətiri 10 m-ə qədər ola bilər. B.-ın 9 min növü məlumdur. Dəniz biosenozlarında rolu mühümdür. Çoxu əlvan rəngli olur. Adətən poliplər suyun dibində şaxəli koloniyalar əmələ gətirir. Bütün B. xırda onurğasız heyvanlarla qıdalanırlar.
Biologiya terminlərinin izahlı lüğəti