DNT molekulunda üç nukleotidin ardıcıllığı.
G.K. zülal molekulunda müəyyən aminturşuların yerini və düzülüşünü müəyyən edir. Genetik məlumatlar DNT-nin tərkib hissələri olan nukleotidlər vasitəsilə verilir. Hər aminturşu üç nukleotid – triplet kodla müəyyən edilir.
Biologiya terminlərinin izahlı lüğətiyun. “genesis” – mənşə
İrsiyyət və onun dəyişkənliyi haqqında fundamental bioloji elm.
G.-nın əsas vəzifəsi orqanizmin fərdi inkişafını öyrənməklə və insana lazım olan yeni orqanizm formaları yaratmaq məqsədilə onların irsiyyət və dəyişkənliyini idarə etmək üsullarını işləyib hazırlamaqdan ibarətdir. G.-nın əsasını çex təbiətşünası Q.Mendelin (1865) noxud sortları arasında hibridləşdirmə aparmaqla kəşf etdiyi irsilik qanunları təşkil edir.
Biologiya terminlərinin izahlı lüğətiyun. “genos” – cins, mənşə; lat. “fondus” – əsas, bünövrə
Populyasiyada müəyyən sıxlığı ilə xarakterizə olunan genlərin məcmusu.
G.-a bitki və ya heyvanların öyrənilən populyasiyasının bütün irsi məlumatları aiddir. G. populyasiyalarda, bu və ya digər növdən olan orqanizm qruplarında müxtəlif genlərin müxtəlif formalarının (allellərinin) nisbi sayı və keyfiyyət cəmini ifadə edir. “G.” terminini rus alimi A.S.Serebrovski (1928) təklif etmişdir. Bioloji növ genotip cəhətdən identik fərdlər yığımından ibarət olmur. Növün və ya populyasiyanın G.-u spontan mutasiya, rekombinasiya, təbii seçmə və s. amillər nəticəsində dəyişilir. Hər bir növün, populyasiyanın, heyvan cinsi və bitki sortunun G.-unu öyrənmək onun irsi imkanlarını müəyyən etmək üçün çox faydalıdır.
Biologiya terminlərinin izahlı lüğətialm. “genan”, ing. “genome”
Xromosomun haploid sayında mövcud olan bütün genlərin cəmi.
G. orqanizmin birqat xromosom yığımında toplanmış genlərdir. “G.” terminini alman alimi Hans Vinkler (1920) təklif etmişdir. Diploid orqanizmlərin qametlərində və haploid orqanizmlərin hüceyrələrində bir, diploid orqanizmlərin somatik hüceyrələrində iki G. olur. Orqanizmin G.-unun artması ploidliyin artmasına səbəb olur; eyni G.-ların bir neçə dəfə təkrarı avtopoliploidiya, müxtəlif G.-ların toplanması isə allopoliploidiyaya səbəb olur.
Biologiya terminlərinin izahlı lüğətiyun. “geo” – yer, torpaq; “phyton” – bitki
Əlverişsizlik şəraitində bərpa tumurcuqları torpaqda mühafizə olunan ikiillik və çoxillik bitkilər.
G.-ə kökümsovlu, kök yumrulu, gövdə yumrulu, soğanaqlı və digər bitkilər aiddir. G. qışı və quraqlığı torpaqda keçirir.
Biologiya terminlərinin izahlı lüğətiyun. “geo” – yer, torpaq; “tropos” – dönüş, istiqamət
Yerin cazibə qüvvəsinin təsiri altında bitki orqanlarının müəyyən vəziyyət alması.
Torpağa doğru əyilməsi (müsbət G.), günəşə doğru əyilməsi (mənfi G.). G. nəticəsində bitkinin əsas kökü şaquli olaraq aşağıya, gövdəsi isə şaquli olaraq yuxarıya doğru istiqamət alır.
Biologiya terminlərinin izahlı lüğətilat. rodentia
Məməlilər sinfinin ali məməlilər və ya plasentalılar yarımsinfinin dəstələrindən biri.
Dünyada 2000-dək, Azərbaycanda 31 növü yayılmışdır. G. 2 yarımdəstəyə bölünür: iki cüt gəmirici dişlilər və bir cüt kəsici dişlilər. G.-dən Azərbaycanda yayılanlar – dovşanlar, siçanlar, ərəbdovşanları, sincablar, süleysinlər və oxlu kirpilərdir.
Biologiya terminlərinin izahlı lüğəti