Avstriya mineraloqu M.Ankerin şərəfinə adlandırılmışdır
Karbonatlar qrupuna aid triqonal sinqoniyalı mineral.
Kristalları romboedrik, aqreqatları, əsasən, dənəlidir. Rəngi ağ, bozdur. Maqnezium və dəmirlə zəngin süxurlara hidrotermal məhlulların təsirindən əmələ gəlir. Aşınma nəticəsində qonuru rəng aldığı üçün A.-ə qonur şpat da deyilir.
Coğrafiya terminləri lüğətiyun. apate – yanlışlıq; ilk vaxtlar başqa minerallardan fərqləndirmək çətin olduğu üçün belə adlandırılmışdır
Qatışıqlardan (dəmir, manqan, hematit) asılı olaraq yaşıl, qonur, boz və bənövşəyi rəngdə olan heksaqonal sinqoniyalı mineral.
Kristalları prizmatik və iynəvarı, nadir hallarda sütunvarıdır. Şüşə parıltılıdır.
Coğrafiya terminləri lüğətiyun. argillos – gil + yun. lithos – daş
Bərkimiş və ya daşa dönmüş gil.
Gilin sıxılması, quruması və azacıq sementləşməsi nəticəsində əmələ gəlir. Gildən bərk olması, suda islanmaması və s. xüsusiyyətləri ilə fərqlənir. A. qırışıqlıq sahələri üçün xarakterikdir. Platformalarda qədim çöküntülərdə təsadüf olunur.
Coğrafiya terminləri lüğətifr. arcose
Əsasən, çölşpatı, kvars, qismən də mika və süxur qırıntılarından ibarət, az yuvarlaq, kobud dənəli qum və qumdaşı.
Qneys və qranitin parçalanma məhsuludur. Rəngi çəhrayı, qırmızı və s. olur. Geosinklinal sahələr üçün xarakterikdir. Platformalarda nadir hallarda təsadüf edilir.
Coğrafiya terminləri lüğəti