yun. phenax, phenakos – yalançı
Silikatlar sinfinə aid triqonal sinqoniyalı mineral.
Prizmatik, nadir hallarda romboedr formalı kristallar, şüalı, dənəli və s. aqreqatlar əmələ gətirir. Rəngsiz, sarımtıl, çəhrayımtıl, boz, ağ olur. Şüşə parıltılıdır. Peqmatitlərdə və hidrotermal yataqlarda tapılır. Şəffaf növləri qiymətli daşdır.
Coğrafiya terminləri lüğətilat. flexura – əyri, əyrilik, əyilmə
Monoklinal fonda çox dik yatmış süxur laylarından ibarət tektonik struktur; horizontal yatmış süxurların dirsək şəkilli əyilməsi.
Adətən, F.-ya birqanadlı qarışıq kimi də baxılır. Qanadın qalxmış və enmiş hissələrində laylar eyni, yaxud təqribən eyni (çox vaxt üfüqi) yatıma malik olur. Onları birləşdirən orta hissədə isə laylar adətən dik yatır. Qanadın qalxmış və enmiş hissələri arasındakı şaquli məsafə F.-nın amplitudası adlanır. Ən iri F. platformaların kənarlarında və sineklizlərin yamacında rast gəlir.
Coğrafiya terminləri lüğətialm. fliessen – sızma, axma
Qırıntı mənşəli dəniz çökmə süxurlarının qalın qatı.
Aşağı hissəsi kobud dənəli, yuxarı hissəsi isə narındənəli süxurlardan ibarət ritmik təkrarlanan laylardan təşkil olunur. Geosinklinal və dağətəyi çökəkliklərdə dar silsilələrin dağılması hesabına əmələ gəlir.
Coğrafiya terminləri lüğətiTərkibinin 50%-indən çoxu apatit qrupunun amorf və ya mikrokristallik minerallarından ibarət çökmə süxurlar.
Təmiz F.-in rəngi ağ olur. Təbiətdə isə, adətən, qara və boz, nadir hallarda qatışıqlardan asılı olaraq yaşıl, qırmızı, sarı, açıq-boz rənglərdə tapılır. F., adətən, çökmə süxurlar arasında konkresiya formasında, lay (bəzən çox qalın) və dənəli kütlələr şəklində rast gəlir.
See also:
Coğrafiya terminləri lüğəti