Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

mütləq maksimum

lat. maximum – ən böyük

Müəyyən məntəqədə, rayonda, ölkədə, yarımkürədə və bütövlükdə Yer kürəsində meteoroloji elementlərin çoxillik müşahidə nəticəsində əldə edilmiş ən yüksək kəmiyyət göstəricisi.

Coğrafiya terminləri lüğəti

mütləq minimum

lat. minimum – ən kiçik

Müəyyən məntəqədə, rayonda, ölkədə, yarımkürədə və bütövlükdə Yer kürəsində meteoroloji elementlərin çoxillik müşahidə nəticəsində əldə edilmiş ən kiçik kəmiyyət göstəricisi.

Coğrafiya terminləri lüğəti

morion

lat. mormorion – tünd rəngli kristal

Mineral; kvarsın bir növü.

Kristalları tünd-boz, qara rəngli olur. 250-300°C-yədək qızdırdıqda rəngsizləşir (radium və rentgen şüalarının təsiri ilə yenidən öz rəngini ala bilir). Rəngsizləşmiş M. texnikada kvars kristalları kimi işlədilir.

Coğrafiya terminləri lüğəti

muskovit

ing. muscovite; Rusiyanın köhnə adı Moskoviya (Muscovy) sözündən; bu mineralın böyük vərəqələrinin “Moskva şüşəsi” adı ilə Rusiyadan Qərbə daşınması ilə əlaqədardı

Monoklinik sinqoniyada kristallaşaraq lövhəli kristallar, pulcuqlu, vərəqəli-dənəli aqreqatlar əmələ gətirən mikalar qrupuna aid mineral.

Şüşə, ayrılma sahələrində sədəf və gümüş parıltılıdır. Aşındıqda hidromuskovitə, illitə, sonra montmorillonitə, daha sonra kaolinitə çevrilir. İpək parıltılı, gizli pulcuqlu kütlələri serisit adlanır. Geniş yayılmışdır.

Həmçinin bax:

Coğrafiya terminləri lüğəti

mikroklin

yun. mikros – balaca, kiçik + yun. klino – əyilirəm

Çölşpatları qrupuna aid süxur əmələ gətirən mineral.

Tək-tək dənələr, dənəli yığınlar, prizmatik kristallar əmələ gətirir. Rəngi çəhrayı, qonur-sarı, qırmızımtıl-ağ, qırmızımtıl-çəhrayı, nadir hallarda ağ, göyümtül-yaşıl olur. Şüşə və sədəf parıltılıdır.

Coğrafiya terminləri lüğəti

mərmər

yun. marmoros – parlayan daş, daş qayması

Əhəngdaşıdolomitlərin metamorfizmə uğraması (yenidən kristallaşması) nəticəsində əmələ gələn xırda, orta və iridənəli kristallik süxur.

Tərkibində kvars, xalsedon, hematit, pirit və s. mineralların, həmçinin üzvi birləşmələrin qatışıqları olur. Rəngi qatışıqlardan asılı olaraq müxtəlifdir. Bərkliyinə, cilalanmasına və rənginin qəşəngliyinə görə M. antik dövrdən tikinti və memarlıq materialı kimi istifadə edilir.

Coğrafiya terminləri lüğəti

Mohs şkalası

Mineralların nisbi sərtliyini təyin etmək üçün on ballıq şkala.

1911-ci ildə alman alimi F.Mohs təklif etmişdir.

Coğrafiya terminləri lüğəti

monoklinik sinqoniya

Kristalloqrafik sinqoniyalardan biri.

Aşağı kateqoriyalı olub üç müxtəlif qiymətli kristalloqrafik oxlarla (a≠b≠c) səciyyələnir. M.S. nümayəndələrinin sayına görə ən zəngin sinqoniyadır.

Coğrafiya terminləri lüğəti