Ayın, qismən Günəşin cazibə qüvvəsi ilə okean səviyyəsinin dövri surətdə qalxması və düşməsi.
Gün ərzində iki qabarma və iki çəkilmə baş verir. Q. və Ç. arasındakı vaxt təxminən 6 saat 12 dəqiqəyə bərabərdir. Qabarmanın hündürlüyü müxtəlif yerlərdə eyni deyil. Açıq okeanda qabarma dalğasının hündürlüyü 1,8 m-dən artıq olmadığı halda, sahil zonalarda orta hesabla 2 m, ensiz körfəzlərdə 11 m-ə, Kanada və ABŞ arasında yerləşən Fandi körfəzində isə 18 m-ə çatır. Dünya okeanında Q. və Ç. hadisəsinin intensiv baş verdiyi ərazilərə Men, Müqəddəs Lavrenti, Bristol körfəzləri, Ağ və Oxot dənizləri və s. aiddir.
Coğrafiya terminləri lüğətiital. galeria – kilsə kandarı
Meşəsiz ərazilərdə çayların hər iki sahili boyu, əsasən, subasarlarda bitən təbii meşələr.
Q.M. Latın Amerikasının və Afrikanın savanna, çöl və yarımsəhra zonalarında daha geniş yayılıb (Qvineya, Qambiya və s.). Azərbaycanda yarımsəhra iqliminə malik Kür-Araz ovalığında Kür çayı sahili boyu bitən belə meşələr tuqay meşələri adlanır. “Tuqay meşələri” termini həmçinin Mərkəzi Asiyada da istifadə olunur.
Coğrafiya terminləri lüğətiPlatformanın çökmə süxur örtüyündən məhrum olan, qədim kristallik özülü səthə çıxmış geniş sahəsi.
Termin ilk dəfə 1885-ci ildə Avstriya geoloqu Eduard Züss tərəfindən işlədilib. Şimali Amerika platformasında Kanada, Şərqi Avropa platformasında Ukrayna və Baltik, Sibir platformasında Anabar və Aldan, Cənubi Amerika platformasında Braziliya və Qviana Q.-ları mövcuddur. Q.-larda filiz mənşəli faydalı qazıntılar çox olur.
Coğrafiya terminləri lüğətilat. Vulcanus – qədim romalılarda od və dəmirçilik tanrısı
Yerin dərinliyindən (maqma kamerasından) çıxan duru bazalt maqmanın yamaclara yayılaraq böyük ərazidə qalxan şəklində örtük yaratdığı vulkan forması.
Q.V.-lar okean tavaları üzərində yaranır, onların diametri böyük, yamacları az meyilli (6-10°) olur. Q.V.-da ardıcıl püskürmələr nəticəsində lava həm əsas, həm də yan ağızlıqlardan kilometrlərlə məsafəyə dağılır (məs.: İslandiya adasının vulkanları).
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiKeçmişdə hündür dağların yerində denudasiya, eroziya prosesində forması pozulmadan bütöv qalan yüksəklik.
Q.D.-lar mənşəyinə görə müxtəlifdir. Onlar daha bərk, aşınmaya davamlı süxurlardan ibarət olub ətraf ərazilər üzərində sütun, piramida, heykəl, göbələk və s. formasında yüksəlir. Şahid dağlar Q.D.-ın bir formasıdır.
Coğrafiya terminləri lüğətiXarici ticarət əlaqələrindən tam, yaxud əhəmiyyətli dərəcədə təcrid olunmuş, daxili bazarın tələbatını müstəqil şəkildə ödəməyə yönəldilmiş iqtisadiyyat.
Q.İ.-da ixrac və idxal əməliyyatları, demək olar ki, həyata keçirilmir, əməyin beynəlxalq bölgüsündə iştiraka yol verilmir. Belə iqtisadiyyat dövlət nəzarətinin, mərkəzləşmənin olduqca güclü olduğu rejimlərdə mümkündür. Reallıqda Q.İ.-a malik ölkələr azdır və getdikcə azalır. Keçmiş SSRİ, XX əsrin son rübünə qədər Çin Q.İ. ölkələrinə misaldır.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiSublimasiya prosesində əmələ gəlmiş kiçik buz kristallarından ibarət olan atmosfer yağıntısı.
Q. dənəciklərinin diametri 2-4 mm, ağırlığı təxminən 0,005 qram olur, onlar daha çox havanın temperaturu -4°...-20°C arasında olarkən yaranır. Yağıntının intensivliyi görünüş məsafəsi ilə müəyyənləşdirilir. Görünüş məsafəsi 1 km-dən çox olanda Q. yüngül, 0,5-1 km olanda mülayim, ondan az olanda isə güclü sayılır. Güclü küləklə müşayiət olunan davamlı Q. çovğuna səbəb olur. Qısamüddətli, güclü Q. isə leysan Q. adlanır.
Coğrafiya terminləri lüğətiYer səthində bərk atmosfer yağıntılarının miqdarının ərimə və buxarlanmadan üstün olduğu şərti hündürlük zolağı.
Bu hündürlük səviyyəsi istilik və rütubətlilikdən, həmçinin relyefin xüsusiyyətlərindən asılıdır. Qarın əriməyə macal tapmadığı sahələrdə ilin əksər hissəsi havanın temperaturu 0°C-dən aşağı olur. Yer səthinin Q.X. tropik enliklərdə 5000-6500 m-dən, ekvatorial enliklərdə 4400 m-dən, subtropik və mülayim enliklərdə 2800-3500 m-dən, qütb enliklərinə doğru 0 m-dən keçir. Azərbaycanda Q.X.-nin çoxillik orta hündürlüyü 3800-4000 metr təşkil edir, lakin müxtəlif bölgələrdə ildən-ilə fərqlənir; məsələn, respublikanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, Quba-Qusar ərazilərində Q.X. 2013-cü ildə 1680 m-dən, 2014-cü ildə 2180 m-dən keçib. Dağlarda Q.X.-ndən yuxarıda buzlaqlar yaranır.
Coğrafiya terminləri lüğətiYer səthinə düşən qarın formalaşdırdığı örtük.
Bu örtüyün səthdə müəyyən müddət qalması üçün uyğun temperatur şəraiti lazımdır. Q.Ö. hündürlüyü (qalınlığı) və sıxlığı ilə xarakterizə edilir. Mülayim qurşaqlarda Q.Ö.-nün qalınlığı, adətən, 30-50 sm, dağlarda isə 5-6 metrədək ola bilər. Q.Ö.-nün sıxlığı 0,04 q/sm3-dən 0,7 q/sm3-dək dəyişir. Onun istilikkeçirmə qabiliyyəti zəif, albedosu 70-90%-dir. Səthdə 30 gündən artıq qalan Q.Ö. davamiyyətli, az qalan isə davamiyyətsiz Q.Ö. adlanır.
Coğrafiya terminləri lüğətiQar kütləsinin qalın qar örtüyünə malik dağ yamaclarından qoparaq ətəklərə doğru sürətli hərəkəti.
Bu zaman axına çevrilən qar kütləsi yolboyu qarşısındakı qar kütlələrini də özü ilə aparır. Q.U. dikliyi 15°-dən artıq (xüsusilə 25-30°), qar örtüyünün qalınlığı 40-50 sm-dən çox olan yamaclarda baş verə bilər. Belə uçqunun bilavasitə səbəbi güclü qar düşdükdən sonra onun alt təbəqəsinin soyuqda həddən artıq kristallaşaraq dənəvərləşməsidir – həmin kövrək təbəqə qalın qarın üst qatları üçün diyircək rolunu oynayır. Böyük Q.U.-larının önündə dağıdıcı qüvvəyə malik hava axınları yaranır. Alp dağlarında Q.U.-larına “ağ ölüm” deyirlər: onlar bəzən bütöv yaşayış məskənlərini yer üzündən silmək gücündə olur.
Coğrafiya terminləri lüğətiÇəmən-bozqır və meşə-bozqır zonalarında torpaq tipi.
Q.T.-da humusun miqdarı 8-12%,-ə, bəzən 15%-ə çatır. Bütün dünyada 240 mln. ha Q.T. sahəsi var. Azərbaycanda Q.T.-lar bütöv zona təşkil etmir, onlara Gədəbəy, Şamaxı, İsmayıllı və başqa rayonların ərazisində kiçik sahələrdə rast gəlinir.
Coğrafiya terminləri lüğəti