Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

qara metallar

Dəmir və onun ərintilərinin sənayedə işlədilən adı.

Dəmirin karbonlu ərintiləri (polad, çuqun), digər ferroərintilər sənayedə ən geniş istifadə edilən metallardır. Dünyada ən çox hasil olunan Q.M. filizi dəmir filizidir, bundan başqa, xrom və manqan da Q.M.-a aid edilir. Rusiya, Çin, Braziliya, Avstraliya dünya bazarında Q.M.-ın istehsalı üzrə lider ölkələrdir.

See also:

Coğrafiya terminləri lüğəti

qara metallurgiya

Qara metal filizlərinin hasilatı, saflaşdırılması, qara metalların istehsalı ilə məşğul olan iqtisadiyyat sahəsi.

Bundan başqa, qara metallardan müəyyən məhsulların hazırlanması (çuqun, polad borular, konstruksiyalar və s.), həmçinin onların təkrar istehsalı da Q.M.-ya daxildir. Q.M. ağır sənayenin ən mühüm sahələrindən biri, maşınqayırmanın inkişafı üçün bazadır.

Coğrafiya terminləri lüğəti

qarayel

İlin isti dövründə bitkisiz, yaxud çox kasıb floraya malik ərazilərdə əsən, bərk toz qaldıran güclü külək.

Q. yazlıq əkin sahələrinin bitkisiz hissəsində torpağı bəzən 20-25 sm dərinliyə qədər sovurur, əkin sahələrini qum basır, gətirmələrin qalınlığı 10-15 sm-ə çatır. Belə külək Azərbaycanda Abşeron rayonunda və mərkəzi-çöl zonasının qərb rayonlarında müşahidə olunur. Q.-in zərərli təsirinin qarşısını almağa eroziya əleyhinə aqrotexniki tədbirlər, torpaqoruyucu meşə zolaqlarının salınması kömək edir.

Coğrafiya terminləri lüğəti

qarışıq meşə

Şimal və Cənub yarımkürələrinin mülayim qurşaqlarında enliyarpaqlı və iynəyarpaqlı ağac növlərindən ibarət meşə.

Q.M.-lər Skandinaviyanın cənubunda, Şərqi Avropa və Qərbi Sibir düzənliklərində, Uzaq Şərqdə, Cənub-Şərqi Asiyada, habelə Karpatlarda və Qafqazlarda, Şimali Amerikada isə Böyük Göllər ətrafında, bəzi dağətəyi sahələrdə təbii meşə zonaları əmələ gətirir. Onlar Cənubi Amerika və Yeni Zelandiyanın mülayim qurşaq meşələrinin içərisində böyük üstünlük təşkil edir.

Coğrafiya terminləri lüğəti

qarriqa

fr. garrigue – boş yer

Seyrək bitən həmişəyaşıl, kserofit kollardan və alçaqboylu ağaclardan ibarət sahə.

Q.-larda daha çox kiçik palıdlara, palmalara, xoşətirli kollara rast gəlmək olur. Onlar friqanalara nisbətən daha quru iqlim şəraitində, Aralıq dənizi adalarında yayılıb.

Coğrafiya terminləri lüğəti

qasırğa

Dağıdıcı qüvvəyə malik ən güclü və nadir külək.

Bofort şkalasına görə, küləyin sürəti saniyədə 32,6 metrdən çox olanda o, Q. adlanır. Bütün Q.-lar atmosferdə böyük təzyiq fərqi yarandıqda və bu təzyiq mərkəzləri bir-birinə yaxın olduqda əmələ gəlir. Q.-lar, adətən, siklonlarla bağlı olur. Onlar çox ciddi dağıntılar törədir, ağacları kökündən çıxarır, binalara ziyan vurur. Dənizdə nəhəng dalğalar ən böyük gəmilərə də təhlükə yaradır, hava və suyun səthi köpüklə örtülür.

See also:

Coğrafiya terminləri lüğəti

qazıntı buz

Daimi (çoxillik) donuşluq sahələrində, xüsusilə Şimal-Şərqi Sibirin Dördüncü dövr çöküntüləri içərisində təsadüf olunan və qalınlığı bəzən 50 m-ə çatan buz kütləsi.

Q.B. lay, linza və buz damarı şəklində olur. Yaşına görə belə buzlar müxtəlifdir: əksər hallarda onlar qədim buzlaşma dövrlərindən qalma reliktlərdir, lakin yaxın tarixi dövrdə kiçik göllərdə, şaxtavuran çatlarda suyun donması, sonradan onların üstünün çöküntülərlə örtülməsi nəticəsində əmələ gələn Q.B.-lar da var.

Coğrafiya terminləri lüğəti

qaya qabırğası

Dağlarda qar xəttindən yuxarıda firnlər arasından görünən, yaxud zirvələrdə karların arasını kəsən iri, adətən, şişuclu qaya parçaları.

See also:

Coğrafiya terminləri lüğəti

qeyri-filiz faydalı qazıntılar

Qeyri-metal elementləri və ya onların birləşmələrini almaq üçün istifadə edilən bərk süxurlar, minerallar, tərkibində metal olmayan faydalı qazıntılar.

Q.-F.F.Q.-dan təbii halda, yaxud mexaniki, termik və kimyəvi emaldan sonra sənayedə, kənd təsərrüfatında, tikintidə, məişətdə qatqılar, odadavamlı materiallar, üzlük daşlar, gübrələr, bəzək əşyaları və bu kimi istifadə edilir. Bunlar təbii silikatlar, haloidlər, karbonatlar, sulfatlar, nitratlar, boratlar, fosfatlar və oksidlərdir. Neft, qaz, kömür kimi yanacaq növləri Q.-F.F.Q.-a aid edilmir. Azərbaycanda duz, gips, anhidrid, kükürd kolçedanı, dolomit, barit, müxtəlif gillər, qumlar, çınqıl və digər çökmə mənşəli qeyri-filiz sərvətləri var.

Coğrafiya terminləri lüğəti

qədim dağlar

Əsasən, ProterozoyPaleozoy eralarında yaranan dağlar.

Q.D. uzun geoloji dövr ərzində denudasiyaya uğrayaraq aşılanır və parçalanır, ona görə, adətən, çox hündür olmurlar; məsələn: Kap, Əjdaha, Skandinaviya, Baykalətrafı, Appalaç, Böyük Suayırıcı, Ural dağları və s. Lakin Paleozoy erasında yaranmış bəzi dağlar uzun fasilədən sonra Kaynozoy erasında yenidən fəallaşıb və tektonik proseslər nəticəsində qalxmağa başlayıb. Belə dağlar Q.D. olsalar da, ucadır: Sayan, Altay, Tyan-Şan dağları və s.

Coğrafiya terminləri lüğəti