Keçmiş və müasir buzlaşma sahələrində buzlaqların fəaliyyəti nəticəsində cilalanmış iri girdə daş, həmçinin ana süxurların qaya kimi çıxıntısı.
Q.K.-nin hündürlüyü bəzən 50 m-ə, uzunluğu isə bir neçə yüz metrə çatır. Kola yarımadasında, Kareliyada çoxlu belə Q.K.-nə rast gəlmək mümkündür.
Coğrafiya terminləri lüğətilat. gradientis – addımlayan
Hər hansı fiziki kəmiyyətin azalma, yaxud artma istiqamətində necə dəyişdiyini xarakterizə edən göstərici.
Üfüqi istiqamətdə azalma (artma) dərəcəsi üfüqi Q.-lə, şaquli istiqamətdə azalma (artma, əyilmə) dərəcəsi şaquli Q.-lə ifadə olunur; məsələn, atmosferdə horizontal təzyiq Q.-i, adətən, hər 100 km-ə 1-3 mbar təşkil edir. Q.-i riyazi üsulla hesablamaq və ya xüsusi cihazlarla ölçmək mümkündür. Bu termin geologiya, meteorologiya, hidrologiya və ekologiyada geniş yayılıb.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətilat. granum – buğda, dən
İntruziv mənşəli, sıx və dənəvarı maqmatik dağ süxuru.
Q. Yer qabığının ən geniş yayılmış süxurlarındandır, maqmanın Yerin altında soyuması nəticəsində əmələ gəlir. Onun sıxlığı 2600 kq/m³ təşkil edir, tərkibinin əksər hissəsi çölşpatı və kvarsdan, yerdə qalan hissəsi digər minerallardan ibarətdir. Q.-lərin yaşı müxtəlif olur və Arxeydən Kaynozoya qədər bütün geoloji dövrləri əhatə edir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiYer qabığının çökmə süxurlarla bazalt təbəqəsi arasında yerləşən qatı.
Q.T. qranitdən, qneyslərdən, digər metamorfik süxurlardan ibarətdir. Onun yeri seysmik tədqiqatlar nəticəsində müəyyənləşdirilib: burada seysmik dalğaların yayılma sürəti saniyədə 5-6,5 km təşkil edir. Təbəqə fiziki xüsusiyyətlərinə görə qranitə yaxın olduğu üçün (orta sıxlığı 2,5-2,8 q/sm3) belə adlandırılıb, əslində isə onun tərkibi qat-qat zəngindir. Q.T.-də əlvan və qiymətli metallar, faydalı qazıntı yataqları var. Təbəqənin qalınlığı müxtəlif ərazilərdə fərqlidir: düzənliklərdə o, adətən, 15-20 km, cavan dağlıq ərazilərdə 30-35 km təşkil edir, bəzi sahələrdə – qalxanlarda səthə çıxır. Okeanların dibində isə Q.T., demək olar, yoxdur.
Coğrafiya terminləri lüğətilat. gravitas – ağırlıq
Cisimlərin kütlə və aralarındakı məsafədən asılı olaraq bir-birini cəzbetmə xüsusiyyəti.
Yerin forması, habelə Yer səthində bir çox relyef formaları, çayların axması, buzlaqların hərəkəti və s. məhz Q. qüvvəsinin təsiri ilə izah edilir.
Coğrafiya terminləri lüğətiBütöv massivlərin, süxur qırıntılarının öz ağırlıqlarının təsiri altında zirvələrdən yamaclara doğru hərəkət etməsi nəticəsində toplanan çöküntülər.
Q.Ç. – uçqun çöküntüləri, səpələnmə çöküntüləri, sürüşmə çöküntüləri və axma çöküntüləri kimi qruplara bölünür.
Coğrafiya terminləri lüğətilat. gravitas – ağırlıq + lat. differentia – fərq, fərqlənmə
Qravitasiya qüvvəsinin təsiri altında Yerin dərinliyində daha yüngül süxurların tədricən üstə çıxması, daha ağır süxurların alta enərək batması.
Q.D. Yerin, digər planetlərin daxili istilik enerjisinin mühüm mənbəyidir.
Coğrafiya terminləri lüğətiyun. gripos – əyilmiş
1. Qeyzerin, isti bulağın səthə çıxdığı yerdə yaranmış dairəvi çökəklik.
2. Neft geologiyasında: qaz, neft, su və palçıq xaric edən konus formalı kiçik çalalar.
Belə Q.-lar palçıq vulkanlarının yayıldığı sahələrdə daha çox olur, onların əsas konusu üzərində yerləşir. Azərbaycanda palçıq Q.-larına, əsasən, Qobustan-Abşeron zonasında rast gəlinir.
Coğrafiya terminləri lüğətialm. grund – torpaq, özək
Torpağın, su hövzəsinin dibinin üst qatı.
Q.-lar tərkibinə, strukturuna və təbəqələşmə xarakterinə görə müxtəlif qruplara bölünür: bütöv kütlə, yaxud qat şəklində yerləşən daş süxurlu qayalıq Q.; çəkisinin yarıdan azını 2 mm-dən iri hissəciklər təşkil edən əlaqəsiz qırıntılardan ibarət iri qırıntılı Q.; çəkisinin yarıdan azını 2 mm-dən iri hissəciklər təşkil edən dənəvər və qeyri-plastik qumsal Q.; tərkibində 0,005 mm-dən kiçik, yastı formalı mineral hissəciklər və qum olan əlaqəli qırıntılardan ibarət gilli Q.; külli miqdarda tozvarı hissəcikləri olan löss Q. Q.-ların öyrənilməsi ərazidə tikinti və qazıntı işləri aparılmasının ilkin şərtlərindəndir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətialm. grund – torpaq, özək
Yer qabığının sukeçirməyən birinci süxur layı üzərində yerləşən yeraltı sular.
Q.S., əsasən, atmosfer yağıntıları, çay, göl, su anbarları, suvarma kanalları və hidrotexniki qurğulardan sızan sulardan əmələ gəlir. Buna görə çayların, kanalların, su anbarlarının yaxınlığında Q.S.-nın səviyyəsi yüksək olur. Atmosfer yağıntılarının miqdarından, ərazinin suvarma rejimindən asılı olaraq Q.S.-nın səviyyəsi, kimyəvi tərkibi dəyişir. Meşə, meşə-çöl və çöl rayonlarında şirin və ya minerallaşmış Q.S., quru çöl, səhra və yarımsəhra rayonlarında çox minerallaşmış şor Q.S. üstünlük təşkil edir.
Coğrafiya terminləri lüğəti