Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

qlaukonit

yun. glaukos – açıq-yaşıl

Hidromikalar qrupuna aid monoklinik sinqoniyamineral.

Çökmə süxurlarda xırda dənələr halında tapılır. Rəngi yaşıl, qonuru-yaşıldır.

Coğrafiya terminləri lüğəti

qrauvakka

alm. grau – boz + alm. wacke – süxur növü

Çökmə, əsasən, metamorfik və püskürülmüş xırda süxur qırıntıları (dənələri) ilə əsasi vulkanik süxur və tufogen material qırıntıları qarışığından ibarət çökmə mənşəli süxur.

Çoxlu miqdarda sement materialının olması xarakterikdir. Rəngi, adətən tünd-boz, qara və ya tünd-yaşıl (sementdəki xloritin hesabına) olur. Q. geosinklinal sahələrə xasdır.

Coğrafiya terminləri lüğəti

qravelit

Xarici quruluşu qumlu süxurlara xas olan sementləşmiş çınqıl.

Çökmə süxurlar arasında geniş yayılmışdır. Q.-in çoxluğu nisbətən qədim layların intensiv yuyulmasını və yaxınlıqda dayaz su hövzəsi, quru və ya qalxımın (hövzə dibinin müsbət relyef formaları) olduğunu göstərir.

Coğrafiya terminləri lüğəti

qumdaşı

Qumun gilli, karbonatlı və silisiumlu materiallarla sementləşməsindən əmələ gələn çökmə süxur.

Dənələrinin ölçüsü 0,1-0,5 mm-dir. İridənəli (0,5 mm), ortadənəli (0,25-0,5 mm) və xırdadənəli (0,1-0,25 mm), mineraloji tərkibinə görə kvarslı, arkozlu, mikalı və s. olur.

Coğrafiya terminləri lüğəti

qrafit

yun. grapho – yazıram sözündən

Karbon qrupundan mineral; xalis karbonun Yer qabığında davamlı növü.

Heksaqonal sinqoniyada kristallaşır. Kristalları nadirdir. Lövhəvarı, sıx aqreqat və s. formalarda tapılır. Rəngi dəmiri-qara, poladı-bozdur. Metal parıltılıdır.

Coğrafiya terminləri lüğəti