Reklam
Reklam

Coğrafiya terminləri lüğəti

safflorit

Monoklinik sinqoniyada kristallaşaraq prizma, altışüalı ulduz (“safflorit ulduzu”) və s. formalı ikiləşmələr, dənəli və s. aqreqatlar əmələ gətirən mineral.

Rəngi qalayı-ağdan qurğuşunu-bozadək dəyişir. Metal parıltılıdır.

Coğrafiya terminləri lüğəti

saponit

lat. sapo, saponis – sabun

Montmorillonit qrupundan mineral; sabun daşı.

Monoklinik sinqoniyada kristallaşır. Giləbənzər dənəli və ya sıx kristallik kütlələr əmələ gətirir. Rəngi ağ, sarımtıl, qırmızımtıl olur. Ultraəsasi süxurların tünd rəngli minerallarının aşınmasından əmələ gəlir.

Coğrafiya terminləri lüğəti

saprolit

yun. sapros – çürük + yun. lithos – daş

Kimyəvi aşınma nəticəsində ilk möhkəmliyini itirmiş, lakin özünün struktur əlamətlərini saxlamış maqmatik süxurlar.

Belə süxurlar çürük daş da adlanır.

Coğrafiya terminləri lüğəti

sapropelitlər

Bərk yanar faydalı qazıntı.

İbtidai heyvan və bitki qalıqlarının göl və ya laqun fasiyaları şəraitində dəyişməsindən əmələ gəlir. Rəngi boz, qonuru-boz və qara olur.

Coğrafiya terminləri lüğəti

sassolin

İtaliyada yer adından

Boratlar sinfinə aid triklinik sinqoniyamineral.

Psevdoheksaqonal formalı nazik rəngsiz pulcuqlu lövhələr əmələ gətirir. Rəngi ağ, boz və ya yaşılımtıl olur. Sədəf parıltılıdır.

Coğrafiya terminləri lüğəti

sedimentogenez

lat. sedimentum – çökmə + yun. genesis – mənşə

Çöküntü əmələ gəlmə prosesi.

Üç mərhələdən ibarətdir: aşınma və yuyulma zamanı maddələrin toplanması, maddələrin su, buz, külək və ya qravitasiya təsirilə aparılması, maddələrin su hövzələrinin dibində və quruda çökməsi. Bundan sonra S. diagenezlə (çöküntünün süxura çevrilməsi) əvəz edilir.

Coğrafiya terminləri lüğəti

sekresiyalar

lat. secretio – ayrılma

Süxur boşluqlarının tərkibcə həmin süxurlardan fərqlənən kristallik və ya kolloidal mineral maddələrlə dolması nəticəsində əmələ gələn dəyirmi və ya izometrik mineral aqreqatları.

Konkresiyalardan fərqli olaraq S.-da mineral maddələr kənarlardan (boşluğun divarlarından) mərkəzə doğru ardıcıl konsentrik təbəqələrlə çökür. Boşluqlar tam və ya qismən dolmuş olur. Kiçik (diametri 10 mm-dək) və böyük ölçülü olur. S.-ın əmələ gəlməsi, adətən, hipergenhidrotermal proseslərlə əlaqədardır.

Coğrafiya terminləri lüğəti

sepiolit

yun. sepia – mürəkkəbböcəyi + yun. lithos – daş; mürəkkəbböcəyinin – sepiyanın məsaməli əhəngli skeletinə oxşadığından belə adlandırılmışdır

Silikatlar sinfinə aid gil mineralı.

Xassələrinə görə palıqorskitin analoqudur. S. sıx və çox yüngül aqreqatlar (“dəniz köpüyü”) və s. halda tapılır. Arid və yarımarid iqlim şəraitində torpaqda, dəniz və şor su hövzələrində gilli-karbonatçökmə süxurlar arasında, həmçinin serpentinitlərin aşınmasından əmələ gəlir.

Coğrafiya terminləri lüğəti

serisit

lat. sericus – ipək kimi

Mineral; muskovitin, nadir hallarda paraqonitin bir növü.

Sıx, narın pulcuqlu kütlələr əmələ gətirir. Rəngsiz və ya yaşılımtıl olur. İpək parıltılıdır.

Coğrafiya terminləri lüğəti

serpentinləşmə

Ulturaəsasi süxurların (lunit, peridotit, qismən piroksenit) termal məhlulların təsiri ilə dəyişməsi prosesi.

S.-də susuz maqnezium silikatları serpentin qrupu mineralları ilə əvəz olunur və nəticədə serpentinlər əmələ gəlir. S. hidrotermal prosesdir və 200-400˚C-də baş verir.

Coğrafiya terminləri lüğəti

serussit

lat. cerussa – ağ boyaq

Rombik sinqoniyada kristallaşaraq sütunvarı, dipiramida formalı kristallar, ulduzşəkilli ikiləşmələr, üçləşmələr əmələ gətirən mineral.

Adətən, dənəli və ya axın formalı aqreqatlar halında rast gəlir. Rəngi ağ, sarımtıl, qonura çalarlı boz olur.

Coğrafiya terminləri lüğəti

səpintilər

Faydalı qazıntıların ilkin yataqlarının və ya köklü süxurların dağılması nəticəsində içərisində alınması iqtisadi cəhətdən əlverişli miqdarda mineral möhtəviləri olan süxur və ya mineral qırıntılarının Yer səthində toplanması.

S.-i, adətən, daşınma və aşınma proseslərinə davamlı minerallar (qızıl, platin, almaz, zirkon, sapfir, monazit və s.) əmələ gətirir. S. mənşəyinə görə allüvial, elüvial, delüvial və s., faydalı qazıntının növünə görə almazlı, qızıllı, platinli və s., əmələ gəlmə vaxtına görə qədim, Antropogen və müasir yaşlı olur. S. yerləşməsinə görə məcra, dərə, terras S.-inə və s. növlərə ayrılır.

Coğrafiya terminləri lüğəti

siderit

yun. sideros – dəmir

Triqonal sinqoniyada kristallaşaraq lay, damar və s. əmələ gətirən mineral.

Adətən, dənəli aqreqatlar, axın formaları, konkresiyalar və s. halında tapılır. Rəngi sarımtıl-ağ, boz, yaşılımtıl-boz olur. Aşındıqda qonur rəngə çevrilir. Hidrotermal, sedimentasiyametamorfik mənşəli olur.

Coğrafiya terminləri lüğəti