Dənizlərin bir dövlətin yurisdiksiyası altında olan və bu dövlətin ərazisi sayılan hissəsi.
1994-cü ildə qüvvəyə minmiş “Dəniz hüququ üzrə beynəlxalq konvensiya”ya görə, T.S.-ın sərhədi sahil xəttindən (ən böyük su çəkilməsi nöqtəsindən) maksimum 12 dəniz mili (22,2 km) qədər aralı keçə bilər. Lakin bəzi ərazilərdə dövlətlərin daxili qanunvericiliyi ilə T.S. üçün daha az məsafə müəyyənləşdirilib (məs.: Farer adaları – 3 dəniz mili). Adətən, bir dövlətin gəmiləri digər dövlətin T.S.-ından beynəlxalq konvensiyanın şərtlərinə əməl etməklə sərbəst keçmək hüququna malikdir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiqədim yunan dəniz ilahəsi Fetidanın (Thetis) adından
Paleozoy, Mezozoy eraları və Kaynozoyun Paleogen dövründə mövcud olmuş, Lavrasiya və Hondvana materiklərini ayıran nəhəng okean.
Güman edilir ki, T. bir sıra dərin və dayaz geosinklinal hövzələrdən ibarət olub. Aralıq, Qara, Azov, Aral və Xəzər dənizləri, habelə İran körfəzi T.-in qalıqları sayılır. T. terminini 1893-cü ildə avstriyalı geoloq Eduard Züss təklif edib.
Coğrafiya terminləri lüğətiMezozoy erasının üçüncü – son dövrü.
Radioloji məlumatlara görə, T.D. təxminən 145-135 mln. il bundan əvvəl başlanıb, təqribən 70-80 mln. il davam edərək 66 mln. il əvvəl bitib. Bu dövrdə okean çəkilib və yenidən qalxıb, sürünənlər, ot bitkiləri sürətlə inkişaf edib, lakin T.D.-nün sonunda onların bir çox növləri, o cümlədən dinozavrlar kütləvi məhv olub. T.D.-də formalaşmış süxurlara Təbaşir sistemi deyilir. Bu dövrün adı həmin süxurlarda bol olan, onurğasız dəniz heyvanlarının çöküntülərindən yaranmış təbaşirdən götürülüb.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. systema – hissələrdən ibarət bütöv
Mezozoy erasının dağ süxurlarına aid üçüncü – ən üst süxur sistemi.
Bu sistemə daxil olan çökmə süxurlar Yura və Paleogen sistemlərinin arasında yerləşir. Onlar onurğasız dəniz heyvanlarının çöküntülərindən yaranmış təbaşirlə zəngindir. T.S.-ni ilk dəfə 1822-ci ildə Belçika geoloqu Jan-Batist Omalius d’Allua Paris yaxınlığında ayırıb. T.S. iki şöbəyə bölünür: alt və üst. Alt şöbə 6, üst şöbə isə 7 mərtəbədən ibarətdir.
Həmçinin bax:
Coğrafiya terminləri lüğəti1. Geniş mənada: təbii şəkildə mövcud olan, insan tərəfindən yaradılmamış bütün varlıqların cəmi, formaların müxtəlifliyi ilə səciyyələnən üzvi və qeyri-üzvi aləm.
2. Təbiətşünaslıq elminin tədqiqat obyekti.
3. Bəşəriyyətin, insan cəmiyyətinin varlığını təmin edən təbii şərait.
Coğrafiya terminləri lüğətiTəbii ehtiyatların saxlanması və səmərəli istifadəsini təmin etmək, onların tükənməsinin qarşısını almaq üçün həyata keçirilən tədbirlər sistemi; ətraf mühitin qorunması.
T.M. ilə ən müxtəlif səviyyələrdə dövlət orqanları, ictimai birliklər, beynəlxalq təşkilatlar məşğul olur. Bu məqsədə nail olmaq üçün torpağın, su ehtiyatlarının, havanın sənaye tullantıları ilə çirklənməsinə qarşı mübarizə, meşələrin, nəsli kəsilməkdə olan bitki və heyvanların xüsusi rejimlə qorunması, təbiət abidələrinin bərpası kimi üsullar tətbiq edilir, qanunlar yaradılır, monitorinq, maarifləndirmə, təbliğat xarakterli tədbirlər həyata keçirilir.
Coğrafiya terminləri lüğətiİnsan cəmiyyətinin həyat və fəaliyyətini təmin etmək, ehtiyaclarını ödəmək üçün zəruri olan, təbii üsullarla yaranmış resurslar: torpaq, atmosfer, faydalı qazıntılar, bitki örtüyü, su və enerji mənbələri və s.
T.E. təbiətlə insan fəaliyyəti arasında əlaqə anlayışı olub həm də iqtisadi kateqoriya kimi mövcuddur. T.E. tükənməyən və tükənən ehtiyatlara bölünür. Tükənməyən T.E.-a uzun müddət istifadə prosesində belə azalmayan günəş radiasiyası, külək enerjisi, atmosfer yağıntıları və qlobal miqyasda su ehtiyatları daxildir. Tükənən T.E.-a istifadə etdikcə azalan, müəyyən müddətdən sonra qıtlığı yaranan, yaxud yarana biləcək bitkilər, heyvanlar, qismən bərpa olunan torpaqlar, bəzi mineral sərvətlər və s. aiddir. Aşkar edilən, lakin hələlik istifadə olunmayan T. E. – potensial T.E. hesab olunur.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. zone – qurşaq
Yer kürəsinin, adətən, bir coğrafi qurşaq daxilində yerləşərək iqlim şəraitinə, landşaftına, bitki və heyvanlar aləminin tərkibinə görə başqalarından fərqlənən iri sahəsi.
T.Z.-lar, əsasən, istilik və rütubətdən asılı olaraq bir-birini qanunauyğun surətdə əvəzləyir, ekvatordan qütblərə, okeanlardan materiklərin daxilinə doğru dəyişir. T.Z.-ların kəskin seçilən sərhədləri yoxdur.
Həmçinin bax:
Coğrafiya terminləri lüğətiyun. antropos – insan + yun. genes – mənşə + alm. landschaft – ölkə, mahal
İnsan fəaliyyəti nəticəsində qismən dəyişdirilmiş landşaft.
T.-A.L.-a insanın məhdud müdaxiləsi onun dinamikasını, təbii inkişaf qanunauyğunluqlarını dəyişmir; məsələn, təpənin üstündə qurulmuş kiçik yeldəyirmanı T.-A.L. yaradır. Lakin bir sıra hallarda bu termin həddən artıq geniş izah edilir və o, bütün antropogen landşaft tiplərinə aid olunur.
Coğrafiya terminləri lüğətiTəbii və coğrafi komponentləri uyğunluq təşkil edən vahid sistem.
Bu sistemin formalaşdığı ərazi səciyyəvi relyefi, torpaq örtüyü, Yer səthinə yaxın atmosfer təbəqəsi, yerüstü və yeraltı suları, canlı orqanizm qrupları ilə seçilir. Tayqa, Böyük Səhra, 150 min km2-dən çox ərazini tutan Pantanal bataqlıqları (Braziliya) T.-Ə.K.-lərinə misal ola bilər. Ayrı-ayrı T.-Ə.K.-ləri, onların komponentləri arasında daim maddələr və enerji mübadiləsi baş verir.
Coğrafiya terminləri lüğəti